Lyuizit
Lyuizit — Asetilenin alüminium xlorid AlCl3 iştirakında arsenxloridlə təsirindən (AsCl3) lyuizit alınır. Lyuizit üç maddənin birləşməsindən ibarət olub rəngsiz, yağlı maye halındadır və xoşagəlməz iyə malikdir.
Lyuizit | |
---|---|
Ümumi | |
Kimyəvi formulu | AsCl₃[1] |
Molyar kütlə | 0 kq[1] |
Termik xüsusiyyətlər | |
Ərimə nöqtəsi | −16 °C[2] |
Qaynama nöqtəsi | 130 °C[2] |
Təsnifatı | |
CAS-da qeyd. nöm. | 7784-34-1 |
PubChem | 24570 |
RTECS | CG1750000 |
ChEBI | 63952 |
ChemSpider | 22974 |
Xüsusi çəkisi 1,9 q/sm3, qaynama temperaturu 930 °C , mənfi 150 C-də bərk kütləyə çevrilir, uçucu maddədir, onun buxarları da insanları zəhərləyə bilir. Suda çətin, üzvi həlledicilərdə yaxşı həll olur.
Zəhərlənmə təsirinə görə lyuizit ipritə oxşardır, ancaq onun özünün də xüsusi əlamətləri vardır. Bunlardan əsası odur ki, lyuizitin gizli inkişaf dövrü yoxdur. Lyuizit dəriyə düşdükdə həmin an yandırma hiss olunur, sonra qızartı və şiş əmələ gəlir, köpün əmələ gəlmə mərhələsi 2-ci günün sonuna kimi qurtarır. Sonra köplər açılaraq yara əmələ gətirir. Lyuizitin buxarları ilə nəfəs aldıqda əvvəlcə yuxarı tənəffüs orqanları zədələnir, sonra öskürək və burundan su axma kimi əlamətlər olur. Yüngül zəhərləmələrdə belə hallar bir necə saat, ağır hallarda isə bir necə sutka davam edir. Ağır zəhərlənmələr ürəkbulanma, baş ağrıları, səsin batması, qusma və bronxların iltihabı ilə nəticələnir.
Lyuizitin damcıları gözə düşdükdə 7–10 sutkadan sonra insan görmə qabiliyyətini itirir.
Lyuizit mədə-bağırsaq traktına düşdükdə ürəkbulanma, qan təzyiqinin aşağı düşməsi halları olur və daxili orqanların zədələnməsi inkişaf edir.
Tənəffüs orqanlarının və mədə-bağırsaq traktının zəhərlənməsində təcili tibbi yardım çağırmaq və bütün hallarda sanitar təmizlənmə aparmaq lazımdır.
İlk yardım
Əgər lyuizitin damcıları geyim və yaxud dəri üzərinə düşərsə, zəhərlənmiş sahəni fərdi kimya əleyhinə paketdə olan məhlul, yaxud xloramin məhlulu ilə deqazasiya etmək lazımdır. Gözlərə bu ZM –rin damcıları düşdükdə onları 2%-li soda məhlulu və ya zəif (0,1%-0,2%) xloramin məhlulu ilə yaxalayırlar.
İstinadlar
- Trichloroarsine (ing.).
- David R. Lide, Jr. Basic laboratory and industrial chemicals (ing.): A CRC quick reference handbook. CRC Press, 1993. ISBN 978-0-8493-4498-5