Lyudmila Mirzəyeva
Lyudmila Mirzəyeva (tam adı: Lyudmila Musa qızı Mirzəyeva) — Azərbaycan alimi, AMEA akademik Yusif Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun texnika elmləri doktoru, dosent.[1]
Lyudmila Mirzəyeva | |
---|---|
Lyudmila Musa qızı Mirzəyeva | |
Doğum tarixi | |
Doğum yeri | Naxçıvan, Naxçıvan MSSR, Azərbaycan SSR, SSRİ |
Vətəndaşlığı |
SSRİ→ Azərbaycan |
Milliyyəti | azərbaycanlı |
Elm sahəsi | kimya |
Elmi dərəcəsi | texnika elmləri doktoru |
Elmi adı | dosent |
İş yeri | AMEA Neft-Kimya Prosesləri İnstitutu |
Təhsili | Neft-Kimya İnstitutu (indiki Azərbaycan Dövlət Neft və Sənaye Universiteti), Kimya-texnologiya fakültəsi |
Həyatı
Lyudmila Musa qızı Mirzəyeva 1953-cü il may ayının 16-da Azərbaycan Respublikası Naxçıvan şəhərində anadan olmuşdur. O, 1970-ci ildə Xaçmaz rayonu Muxtadır qəsəbəsində orta məktəbi bitirdikdən sonra, həmin ildə Neft-Kimya İnstitutunun (indiki Azərbaycan Dövlət Neft və Sənaye Universiteti) Kimya-texnologiya fakültəsinə daxil olmuşdur.
İnstitutu bitirdikdən sonra 1975-ci ildə təyinatla AMEA-nın Y.H.Məmmədəliyev adına Neft-kimya Prosesləri İnstitutuna göndərilmiş və Krekinq və piroliz laboratoriyasında mühəndis vəzifəsində işə başlamışdır. 1982-ci ildə «Avtomobil benzinləri və onlara yüksəkoktanlı əlavələr» laboratoriyasında mühəndis vəzifəsində işləmişdir. 1984-cü ildə «Effektli emulqatorlardan istifadə etməklə karbohidrogenli yanacaq kompozisiyaların yaradılması və onların alınması texnologiyasının işlənib hazırlanması» mövzusunda namizədlik dissertasiyasını müdafiə etmiş və texnika elmləri namizədi elmi dərəcəsini almışdır. 1986-cı ildə böyük elmi işçi vəzifəsinə keçirilmişdir. 1995-ci ildə baş elmi işçi elmi adını almışdır. 2002-ci ildən aparıcı elmi işçi vəzifəsini icra etmişdir. 2004-cü ildən “Avtomobil benzinləri” laboratoriyasında aparıcı elmi işçi vəzifəsində çalışmışdır. 2015-ci ildə “Ağır neft qalıqlarının termooksidləşdirici emalı prosesindən mühərrik yanacaqlarının və hidrogentərkibli qazın alınması texnologiyasının işlənib hazırlanması” mövzusunda doktorluq dissertasiyasını müdafiə etmiş və texnika üzrə elmlər doktoru elmi dərəcəsini almışdır.
Əsas elmi fəaliyyətləri
L.M.Mirzəyevanın elmi fəaliyyətinin əsas istiqamətini tərkibində kükürdlü birləşmələrin və benzolun miqdarı az olan Avro-3 və Avro-4 tələblərinə cavab verən ekoloji təhlükəsiz avtomobil benzinlərinin alınması texnologiyasının işlənib hazırlanması, müasir fiziki-kimyəvi analiz üsulları ilə Azərbaycan neftlərinin qarışığından alınmış katalitik krekinq benzininin tərkibi, fraksiyalar üzrə kükürdlü birləşmələrin paylanması reduksiyaedici – hidrogentərkibli qazın atmosferində ənənəvi hidrogenləşmədən istifadə etmədən və kükürdü sulfonlara və sulfoksidlərə qədər oksidləşdirərməklə alternativ oksidləşdirici kükürdsüzləşdirmə üsullarından istifadə etməklə benzinin tərkibində kükürdün miqdarının aşağı salınması təşkil edir.
Əsas elmi nailiyyətləri
- Metaloksid katalizatorlarında 68-72 %-ə qədər mühərrik yanacaqları və hidrogentərkibli qaz almaqla ağır neft qalıqlarının emalı texnologiyasını işlənib hazırlanması.
- Avro-3, Avro-4 beynəlxalq standartlarına uyğun qələn, tərkibində kükürdün və benzolun miqdarı az olan, ekoloji cəhətdən təmiz mühərrik yanacağlarının alınması texnologiyasının işlənıb hazırlanması.
- Katalitik krekinq benzininin yüngül və ağır fraksiyalarını hidrotəmizləməklə ümumi kükürdün miqdarını 30 ppm-ə qədər azaltmağa imkan verən selektiv hidrotəmizləmə prosesi tədqiq edilmişdir.
- Мо-, Со-saxlayan heterogen katalizatorlarda katalitik krekinq benzinini oksidləşdirici kükürdsüzləşdirməklə onun tərkibində kükürdlü birləşmələri 86 % qədər azaldan alternativ üsül işlənib hazırlanmışdır.
Elmi – təşkilati fəaliyyəti
- TQDK-da maqistratura şöbəsində kimya fənni üzrə ekspert.
Pedaqoji fəaliyyəti
- ADNA, «Neftin qazın kimyası və emalı texnologiyası» kafedrasında dosent.
Elmi tədqiqatları
Onun rəhbərliyi altında bir namizədlik dissertasiya işi müdafiə olunub. Apardığı elmi tədqiqat işlərinin nəticələri 90 elmi əsərdə, o cümlədən 55 məqalə, 31 tezis, 4 Müəlliflik Şəhadətnaməsində öz əksini tapmışdır.
Əsas elmi əsərləri
- Мурадов Н.З., Мирзоева Л.М., Гусейнова А.Д., Адигезалов С.Н., Ганбаров Р.Ю. Термодеструктивная переработка ТНО с одновременным производством Н2 // Нефтехимия, 1988 г., т. 28, № 6.
- Гусейнова А.Д., Мирзоева Л.М., Мамедова А.Х., Ахвердиев Р.Б., Гаджи-Касумов В.С., Якерсон В.И. Влияние реакционной среды на характеристики Ni-содержащего оксидного катализатора термоокислительной переработки мазута // Нефтехимия, 1992 г., Т. 32, № 2, с. 125-129.
- Гусейнова А.Д., Мирзоева Л.М., Юнусов С.Г., Аббасов М.Ф., Гусейнова И.С. Окислительное обессеривание пероксидом водорода бензинов каталитического крекинга, вырабатываемых из смеси бакинских нефтей // Нефтехимия, 2012, т. 52, № 2, с. 146-150.
- Мирзоева Л.М., Гусейнова А.Д., Гусейнова И.С., Ашрафов Р.А., Бабаева Ф.А. Снижение содержания бензола в риформате путем взаимодействия его узких фракций // ХТТМ, 2012, № 5, с. 26-28.
Mənbə
- Neft-Kimya Prosesləri İnstitutunun alimləri: bioqrafik portret, elmə və təhsilə töhfələr. "Müəllim" nəşriyyatı, Baki 2019, s.204-205.
İstinadlar
- "Arxivlənmiş surət". 2022-01-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-01-18.