Lyudmila Duxovnaya

Duxovnaya Lyudmila Semyonovna (23 oktyabr 1944, Bakı, Azərbaycan SSR, SSRİ) — Azərbaycan aktrisası, Azərbaycan Respublikasının xalq artisti (1991).[1]

Lyudmila Duxovnaya
Duxovnaya Lyudmila Semyonovna
Doğum tarixi
Doğum yeri Bakı, Azərbaycan SSR, SSRİ
Vətəndaşlığı SSRİ SSRİ
Azərbaycan Azərbaycan
Fəaliyyəti aktrisa
Fəaliyyət illəri 1964-cü ildən
Mükafatları "Azərbaycan Respublikasının xalq artisti" fəxri adı  — 1991 "Azərbaycan SSR əməkdar artisti" fəxri adı — 1978
"Şöhrət" ordeni

Həyatı

Lyudmila Duxovnaya 23 oktyabr 1944-cü ildə Bakıda anadan olmuşdur. 1963-cü ildə S.Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrı nəzdindəki studiyanı bitirmişdir[2]. Həmin ildən bu teatrda çıxış edir.

Klassik və müasir dramaturqların pyeslərində müxtəlif obrazlar yaratmışdır: Nastya ("Həyatın dibində", M.Qorki), dul qadın ("Kaliforniyada dəfn", R.İbrahimbəyov), Valentina ("Valentin və Valentina", M.Roşşin), Natalya Qolubeva ("Aləmlə üz-üzə", A.Gelman), Karolli ("Əldən düşmüş at", F.Saqan), Eleonora ("Əliaçıq", İ.Jamiak), Jülyetta ("Oğrular balı", J.Anuy) və s. Azərbaycan Milli Dram Teatrında Elçinin "Ah Paris, Paris" pyesinin tamaşasında Vera rolunda çıxış etmişdir.

1976-ci ildə L.Duxovnaya "Əməkdar artist", 1991-ci ildə "Xalq artisti" fəxri adına layiq görülmüşdür. Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsüdür.Azərbaycanda teatr sənətinin inkişafındakı xidmətlərinə görə 2019-cu ildə “Şöhrət” ordeni ilə təltif olunub.[3]

2016-cı ildə Rusiyada milli aktyor mükafatı olan Andrey Mironov adına "Fiqaro" mükafatına layiq görülmüşdür.[4]

Filmoqrafiya

  1. O qızı tapın (film, 1970)
  2. Qızıl qaz (film, 1972)
  3. Boş yer (film, 1989)
  4. Ləqəbi "İKA"dır
  5. Nigarançılıq (film, 1998)
  6. Bir anın həqiqəti (film, 2003)
  7. Vəkil hanı? (film, 2011)

İstinadlar

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.