Lyubov Berejnaya-Odinokova

Lyubov Berejnaya-Odinokova (qızlıq soyadı: Berejnaya; d. 24 iyun 1955; Otradnıy, Rusiya) — Sovet İttifaqını təmsil edən Ukraynalı sabiq həndbolçu. Lyubov Berejnaya, Sovet İttifaqının yığması ilə birgə 1976 Monreal Olimpiadasında1980 Moskva Olimpiadasında qızıl medal qazanıb. Lyubov Berejnaya, həmdə Dünya Çempionatlarında 1 qızıl və 1 gümüş medala sahib olub.

Lyubov Berejnaya
Ümumi məlumatlar
Tam adı Lyubov İvanovna Berejnaya
Doğum tarixi
Doğum yeri Otradnıy, Rusiya
Vətəndaşlığı Ukrayna Ukrayna
Boyu 167 sm[1]
Çəkisi 61 kq[1]
Mövqeyi Meydan oyunçusu
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Karyerası

Lyubov Berejnaya, 1976-cı ildə Sovet İttifaqının yığması ilə birgə Kanadanın Monreal şəhərində baş tutan XXI Yay Olimpiya Oyunlarına qatıldı. Yarışların son turunda Sovet İttifaqının yığması, Şərqi Almaniya yığmasını 14:11 hesabı ilə məğlub etdi və XXI Yay Olimpiya Oyunlarının çempionu oldu.

Lyubov Berejnaya növbəti dəfə Olimpiya Oyunlarına, 1980-ci ildə elə Sovet İttifaqının Moskva şəhərində baş tutan XXII Yay Olimpiya Oyunlarında qatıldı. Bu səfər, yarışların son turunda Sovet İttifaqının yığması, yenə Şərqi Almaniya yığmasını 18:13 hesabı ilə məğlub etdi və XXII Yay Olimpiya Oyunlarının çempionu oldu.

İstinadlar

  1. Olympedia (ing.). 2006.
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.