Luka Bıç

Luka Lavrentyeviç Bıç (rus. Лука Лаврентьевич Быч, 30 noyabr 187012 yanvar 1944[1]) — sağ menşevik. "Yedinstvo" təşkilatının üzvü[2]. 1917–1918-ci illərdə Kuban Xalq Respublikasının ilk sədri.

Luka Bıç
bayraq
Kuban Diyar Hökumətinin sədri
bayraq2
noyabr 1917 dekabr 1918
ƏvvəlkiVəzifə təsis edildi.
SonrakıFlipp Suşkov
bayraq
Kuban Radasının üzvü
bayraq2
1917 mart 1920
1919 1920
1917 1917
ƏvvəlkiV.İ.Frolov
SonrakıVəzifə təsis edildi.
1912 fevral 1917
ƏvvəlkiFyodor Qolovin
SonrakıCümşüd Harutyunov
Şəxsi məlumatlar
Doğum tarixi 30 noyabr 1870(1870-11-30)
Vəfat tarixi 12 yanvar 1944(1944-01-12)[1] (73 yaşında)
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Həyat və fəaliyyəti

Luka Bıç 1870-ci ildə Pavlovski stanitsasında anadan olmuşdur. Moskva Universitetinin hüquq fakültəsini bitirmişdir. Fevral inqilabı ərəfəsində — 1912–1917-ci illərdə Bakı şəhər rəisi olmuşdur. Fevral inqilabından (1917) sonra o, Bakı Şəhər Duması adından vurduğu teleqramda yeni hökuməti salamlayaraq bildirirdi ki, Bakıda bu münasibətlə bir günlük təbrik tətili keçirilmişdir. Bıç 1917-ci il martın 5-də Müvəqqəti hökumətin Bakıda yaratdığı İctimai Təşkilatların İcraiyyə Komitəsinin sədri olmuşdur. 1917-ci ilin payızında Kuban vilayətində bolşeviklərə qarşı mübarizədə fəal iştirak etmiş, noyabrda müstəqil Kuban Respublikasının yaradıcılarından biri olmuş, ilk Kuban hökumətinin başçısı seçilmişdir. 1919-cu ildə Paris Sülh Konfransında Kuban Respublikası nümayəndə heyətinin başçısı kimi iştirak etmiş, keçmiş Rusiya imperiyası ərazisində yaranmış yeni dövlətlərin nümayəndələri ilə birlikdə həm bolşevik hakimiyyətinə, həm də Denikinin Rusiya imperiyasını bərpa etmək cəhdlərinə qarşı qətiyyətlə mübarizə aparmışdır.

Xarici keçidlər

İstinadlar

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.