Lujniki stadionu

Lujniki stadionu (rus. Больша́я спорти́вная аре́на олимпи́йского ко́мплекса «Лужники́») — Rusiyanın paytaxtı Moskva şəhərində yerləşən Rusiya millisinin ev oyunlarını oynadığı stadiondur. Stadion 81000 tamaşaçı tutumuna malikdir və Rusiyanın ən böyük stadionu olmaqla yanaşı həm də Avropanın də ən böyük stadionlarından biridir. Stadion həm də Lujniki Olimpiya Şəhərciyinin də bir hissəsidir. Stadionun adı olan Lujniki öz adını stadionun yaxınlığında axan Moskva çayının döngəsində olan sel çayırlarından götürüb.

Lujniki stadionu
UEFA
UEFA 4  4 dən ulduz4  4 dən ulduz4  4 dən ulduz4  4 dən ulduz
Keçmiş adı Mərkəzi Lenin stadionu (1956–1992)
Yeri Moskva, Rusiya
Təməli qoyulub 1955
Açılış tarixi 31 iyul 1956
Yenidən qurulma tarixi 1996–1997, 2001–2004, 2013–2017
Tikinti xərcləri 350 milyon (2013–2017)[1]
Sahibi Moskva höküməti
Tamaşaçı tutumu 78011 (2018 FİFA Dünya Kuboku)[2]
Ev sahibi komanda Rusiya milli futbol komandası
Meydançanın ölçüləri 105 x 68 m
Ot örtüyü SISGrass (Hibrid ot)
Rəsmi saytı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Lujniki stadionu 1980 Yay Olimpiya Oyunlarının əsas stadionu idi və oyunların açılış və bağlanış mərasimləri məhz bu stadionda keçirilmişdi. Stadion bunun kimi bir çox daha mötəbər turnirə ev sahibliyi etmişdir. Lujniki 1999 UEFA Kuboku Finalına2008 UEFA Çempionlar Liqası Finalını öz üzərinə götürmüşdür. Stadionda 2018 FİFA Dünya Kubokunun 7 oyunu və bununla bərabər final oyunu da keçirilmişdir.

Stadionun səthi

2002-ci ildə stadionun səthi süni ot örtüyündən ibarət idi.Lakin 2008 UEFA Çempionlar Liqası Finalı ərəfəsində stadionun ot örtüyü müvəqqəti olaraq təbii ot örtüyü ilə dəyişdirildi..[3]

2016-cı ilin avqustunda stadionun ot örtüyü plastik materialla gücləndirilmiş 95 % təbii ot örtüklü hibrid ot örtüyü olmaqla daimi müddətə dəyişdirildi.[4]

Tarixi

Arxaplan və erkən illər

1954-cü ilin 23 dekabrında SSRİ hökuməti Moskvanın Lujniki bölgəsində bir stadionun inşası barədə qərar verdi.

1980 Yay Olimpiya Oyunlarının açılış mərasimi

SSRİ-nin verdiyi bu qərar beynəlxalq idman vəziyyətinə qarşı bir reaksiya oldu: SSRİ idmançıları 1950-ci illərin əvvəllərində Böyük Vətən Müharibəsindən sonra ilk dəfə Olimpiya oyunlarına qatıldılar. 1952 Yay Olimpiya Oyunlarında iştirak edən SSRİ yığması 22-si qızıl olmaqla,71 medal qazandılar və 43 ölkə içərisində 2-ci yeri tutdular.

Bu çox böyük bir uğur idi,lakin Sovet İttifaqının atletika sahəsində daha da inkişaf etməsi üçün yeni bir idman kompleksi tikilməli idi.Tikiləcək kompleks bütün beynəlxalq standartları qarşılamaqla bərabər,beynəlxalq və daxili yarışları keçirə biləcək gücdə olmalı idi.

Stadion 1955–56-cı illərdə Mərkəzi Lenin Stadionu adı ilə tikildi.Stadionun rəsmi açılışı isə 31 iyul 1956-cı ildə oldu.[5] Stadion 450 günə tikildi.Dövründə SSRİ millisinin ev oyunlarını keçirdiyi stadion, hal-hazırda isə Rusiya millisinin ev oyunlarını keçirir.

1980 Yay Olimpiya Oyunları

Stadion 1980 Yay Olimpiya Oyunlarının əsas stadionu idi.Həmin vaxtlar stadion 103000 tamaşaçı tutumuna malik idi.[6] Stadionda oyunların açılış və bağlanış mərasimləri keçirilməsi ilə bərabər, həm də atletika,futbol və atçılıq yarışları da keçirildi.[7]

1982 Lujniki fəlakəti

20 oktyabr 1982-ci ildə UEFA Kuboku oyunu – Spartak Moskva ilə Harlem oynanırdı.66 insan bu stadionda izdiham nəticəsində həyatını itirdi.[8] Bu fəlakət hələ də Rusiyanın idman tarixində ən ağır fəlakət olaraq qalır.

1990-cı və 2000-ci illər dövrü

Lujniki stadionu 2009-cu ildə. Rusiya və Almaniya milliləri üz-üzə gəlir.

1992-ci ildə stadionun adı dəyişdirilərək Lujniki adını aldı.1996-cı ildə əhatəli bir bərpada stadionun üzərində damın tikilməsi və oturacaqların yenilənməsi nəticəsində tamaşaçı tutumu azaldı.[5]

Stadion 1999 UEFA Kuboku Finalı çərçivəsində oynanan Parma ilə Olimpik Marselin oyununa ev sahibliyi etdi.

UEFA tərəfindən 2008 UEFA Çempionlar Liqası Finalının keçirildiyi stadion kimi Lujniki stadionu seçildi.Stadion 21 mayda Çempionlar Liqaları tarixində ilk dəfə ingilis klublarının (Mançester Yunayted – Çelsi; qələbə Mançester Yunaytedin olmuşdu) duelinə ev sahibliyi etmişdi.

Dünya Kuboku üçün stadionun bərpası

2013-cü ildə stadionun yenilənməsi üçün tikintilər başlandı.Stadionun bərpası 2017-ci ildə tamamlandı.[9] FİFA stadionu mundialın açılış və 15 iyulda oynanılan final oyununun keçirildiyi stadion kimi seçdi.

Stadionun tamaşaçı tutumu 78000-dən 81000-ə artırıldı[10][11],lakin çempionatda stadionun tutumu 78011 olaraq təsdiqləndi.

2018 FİFA Dünya Kuboku zamanı

Lujniki stadionu turnirin açılış və final oyunları da daxil olmaqla, 7 oyuna ev sahibliyi etdi.

Tarix Saat Komanda No. 1 Hesab Komanda No. 2 Mərhələ İştirak
14 iyun 201818:00 Rusiya5–0 Səudiyyə ƏrəbistanıA qrupu78011[12]
17 iyun 201818:00 Almaniya0–1 MeksikaF qrupu78011[13]
20 iyun 201815:00 Portuqaliya1–0 MərakeşB qrupu78011[14]
26 iyun 201817:00 Danimarka0–0 FransaC qrupu78011[15]
1 iyul 201817:00 İspaniya1–1 (3–4 pen.) Rusiya1/8 Final78011[16]
11 iyul 201821:00 Xorvatiya2–1 (ə.v) İngiltərəYarı Final78011[17]
15 iyul 201818:00 Fransa4–2 XorvatiyaFinal78011[18]

İstinadlar

  1. "TASS: İdman - 2018 FİFA Dünya Kubokunun açılış maçının keçiriləcəyi stadion 350 milyona yenidən bərpa edildi". Special.tass.ru. 9 iyul 2015. 2020-10-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 6 iyun 2018.
  2. "Lujniki stadionu". FIFA. 2017-11-16 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 15 iyun 2018.
  3. "2008 Çempionlar Liqası Finalı təbii səthdə oynanacaq". ESPN. 5 oktyabr 2006. 26 fevral 2014 tarixində orijinalından arxivləşdirilib.
  4. Cadden, Phil. "World Cup 2018: Final in Russia will be played on a plastic pitch for the first time". The Sun. London. 9 noyabr 2016. 2020-06-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 16 iyun 2018.
  5. "Lujniki stadionu". The Stadium Guide. 2018-06-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-07-09.
  6. Flanagan, Aaron. "Russia World Cup final venue completed as new look Luzhniki Stadium is revealed". mirror. 2017-09-22. 2018-06-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-12-07.
  7. 1980 Summer Olympics official report. Arxivləşdirilib 2008-11-18 at the Wayback Machine Volume 2. Part 1. pp. 48-51.
  8. Зайкин, В. Трагедия в Лужниках. Факты и вымысел. Известия (rus) (202). 20 iyul 1989. 2018-09-15 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 6 fevral 2012.
  9. "Реконструкция Лужников - образец заботы о культурном наследии - мэр". m24.ru. 2017-04-07 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2018-07-09.
  10. "See the incredible snaps as workmen complete new-look 81,000-seater Moscow stadium in time for 2018 World Cup Final". The Sun (ingilis). 2017-03-23. 2018-06-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-12-07.
  11. FIFA.com. "Luzhniki Stadium blossoms as it prepares for a new chapter". FIFA.com (ingilis). 1900-01-01. 2017-12-07 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2017-12-07.
  12. "Matç hesabatı – A qrupu – Rusiya - Səudiyyə Ərəbistanı" (PDF). FIFA.com. Fédération Internationale de Football Association. 14 iyun 2018. 2018-09-15 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 14 iyun 2018.
  13. "Matç hesabatı – F qrupu – Almaniya - Meksika" (PDF). FIFA.com. Fédération Internationale de Football Association. 17 iyun 2018. 2018-06-24 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 17 iyun 2018.
  14. "Matç hesabatı – B qrupu – Portuqaliya - Mərakeş" (PDF). FIFA.com. Fédération Internationale de Football Association. 20 iyun 2018. 2018-06-24 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 20 iyun 2018.
  15. "Matç hesabatı – C qrupu – Danimarka - Fransa" (PDF). FIFA.com. Fédération Internationale de Football Association. 26 iyun 2018. 2018-07-08 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 26 iyun 2018.
  16. "Matç hesabatı – 1/8 Final – İspaniya - Rusiya" (PDF). FIFA.com. Fédération Internationale de Football Association. 1 iyul 2018. 2018-09-10 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 1 iyul 2018.
  17. "Matç hesabatı – Yarı Final – Xorvatiya - İngiltərə" (PDF). FIFA.com. Fédération Internationale de Football Association. 11 iyul 2018. 2018-07-12 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 11 iyul 2018.
  18. "Matç hesabatı – Final – Fransa - Xorvatiya" (PDF). FIFA.com. Fédération Internationale de Football Association. 15 iyul 2018. 2018-07-15 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 15 iyul 2018.
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.