Luici Riva

Luici Riva (it. Luigi Riva; 7 noyabr 1944[1], Lecuno, Lombardiya22 yanvar 2024[2], Kalyari[3]) - İtaliyalı futbolçu. Mövqeyi hücumçu olub. Karyerasının çox hissəsini Kalyari klubunda keçirib. Luici Kalyarinin komanda tarixində bombardiridir. Onun şərəfində Kalyari klubunda, onun oynaığə 11 nömrəli forma əbədiləşdirilib və heç bir oyunçuya verilmir. 35 qol ilə İtaliya millisi tarixinin ən yaxşı bombardiridir . İFFHS-ə görə 20-ci əsrin ən yaxşı Avropa futbolçuları arasında 42-ci yerdədir. "Dünya Futbolu" jurnalına görə dünyanın ən yaxşı oyunçuları arasında 74-cü, Placara jurnalına görə isə 20-ci əsrin 100 ən yaxşı futbolçusu arasında 33-cü sırada yer alıb. Kalyari şəhərinin fəxri vətəndaşıdır.

Luici Riva
it. Gigi Riva
Ümumi məlumatlar
Doğum tarixi 7 noyabr 1944(1944-11-07)[1]
Doğum yeri
Vəfat tarixi 22 yanvar 2024(2024-01-22)[2] (79 yaşında)
Vəfat yeri
Vətəndaşlığı
Boyu 180 sm
Çəkisi 78 kq
Mövqeyi cinah yarımmüdafiəçisi[d]
İmzası
İmza
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Biqorafiya

Luici, Lombardiyanın Varese əyalətindəki Lecuno şəhərində anadan olub.

Karyera

Klub karyerası

Karyerasına 1962-ci ildə Lenyano klubunda başlamışdır. Orada bir mövsüm keçirdikdən sonra Kalyari klubuna transfer edilir və karyerasının sonuna qədər orada oynayır [4] . Kalyarinin heyətində A Seriyasında debutu 13 sentyabr 1964-cü ildə Roma ilə oyunda baş tutub. 1966/67, 1968/69 və 1969/70 mövsümlərində A Seriyasında bombardir olur. Həmçinin Kalyarinin 1969/70 mövsümündə, klub tarixindəki yeganə çempionluğu qazanmasına kömək müstəsna rol oynayır. 1968/69 və 1969/70 mövsümlərində Frans Futbol jurnalının tərtib etdiyi Qızıl Top mükafatında ikinci və üçüncü yerləri tutur [5] . 1973-cü ildə Yuventus Luiciyə transfer təklifi göndərsədə Luici bu təklifə yoc deyir və Sardiniyalılarda oynamağa davam edir.

Milli komanda

İtaliya milli komandasına 1965-ci ildə dəvət olunur.Millidə 42 oyun keçirib 35 qol vurur. Luici 1974-cu ilə kimi İtaliya Millisində oynayayır və millinin 23 qələbə qazanmasında iştirak edir. İtaliya millisi Luici ilə 15 dəfə heç-heçə oynayır, 4 dəfə isə məğlub olur.

Titullar

Komanda

İtaliya Millisi
Kalyari

Şəxsi

Titullar

İstinadlar

Xarici keçidlər

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.