Lui Paster
Lui Paster (fr. Louis Pasteur; 27 dekabr 1822[2][3][…] – 28 sentyabr 1895[2][4][…]) — Fransa bioloqu, kimyaçı, əczaçı, müasir mikrobiologiya və immunologiyanın banisi. O quduzluğa qarşı vaksin kəşf etmiş və bakteriyaların bu xəstəliyi necə meydana gətirdiyinin izahını vermişdir.Hətta Parisdə , 1888 - ci ildə inşa edilmiş Paster instutu onun adını Lui Paster cansız materiyadan canlıların yaranmasının (abiogenez) mümkünlüyünü tədqiq etmişdir. 1861-ci ildə çox sadə vasitələrlə apardığı təcrübədə sübut etdi ki, abiogenez fərziyyəsi deyil, biogenez qanunu (canlı canlıdan ortaya çıxır) elmi təsdiqini tapır. O deyirdi:
“Ən adi təcrübənin vurduğu öldürücü zərbədən sonra öz-özünə yaranma nəzəriyyəsi heç vaxt duruş gətirə bilməyəcək... Öz valideynlərinin iştirakı olmadan mikroskopik canlıların dünyaya gəlməsini təsdiq etmək üçün hal-hazırda əlimizdə heç bir əsasımız yoxdur. Bunu mümkün hesab edənlər isə öz xəyallarının və qaçılmaz səhvlərlə nəticələnmiş yanlış təcrübələrin qurbanına çevriliblər”.[10].
Lui Paster | |
---|---|
fr. Louis Pasteur[1] | |
Doğum tarixi | 27 dekabr 1822[2][3][…] |
Vəfat tarixi | 28 sentyabr 1895[2][4][…] (72 yaşında) |
Vəfat səbəbi | ürək tutması[d][1] |
Dəfn yeri | |
Elm sahələri | kimya[1], mikrobiologiya[1] |
Elmi dərəcələri |
|
İş yerləri |
|
Təhsili |
|
Elmi rəhbəri | Antuan Jerom Balar[1] |
Üzvlüyü |
|
Mükafatları |
|
Vikianbarda əlaqəli mediafayllar |
Ölümü:Lui Paster 72 yaşında insult və iflic nəticəsində vəfat etmişdir. Onun məqbərəsi Paster İnstitutunun yeraltı qatındadır.
Həyatı
Atası adı Jan Jozef Paster pərən-pərən salınmış Napoleon ordusunun keçmiş çavuşu idi. Lui iki illik məktəbi bitirdikdən sonra Kulj Arboa məktəbinə keçdi. 1843-cü ildə ali məktəbə qəbul olundu, təhsilini başa vurduqdan sonra 26 yaşında Strasburq Universitetində kimya mütəxəssisliyini öyrəndi. Paster Strasburq Universitetinin rəisinin qızı ilə 1849-cu ildə evləndi. Bu ailədən əvvəlcə 3 qız övladı dünyaya gəldi və o qızlar yetkinlik yaşına çatmadan öldülər. Paster və həyat yoldaşının daha sonra biri qız, biri oğlan olmaqla 2 övladı da dünyaya gəldi
Elmi fəaliyyəti
Paster işıq ilə bağlı işlərə maraq göstərmişdir. Fermentasiya prosesi də onu çox maraqlandırırdı və bu sahədə önəmli kəşflər etmişdir. Fermentasiya bakterial fəaliyyətlərin nəticəsi olduğunu və öz-özünə yaranma nəzəriyyəsini rədd etdi.
Mənbə
- Əli Hüseynov, Məcnun Babayev. "Məşhur biologiya alimləri", Bakı, "Maarif", 2002. səh.44
İstinadlar
- https://www.biography.com/people/louis-pasteur-9434402.
- RKDartists (nid.).
- Louis Pasteur (fr.). ministère de la Culture.
- Louis Pasteur // Nationalencyklopedin (швед.). 1999.
- https://www.sciencesetavenir.fr/archeo-paleo/patrimoine/hommage-a-pasteur-pour-cette-123e-annee-la-ceremonie-ne-s-est-pas-faite-en-presentiel-a-l-institut_147735.
- https://catalogues.royalsociety.org/CalmView/Record.aspx?src=CalmView.Persons&id=NA6990&pos=1.
- Fransa Akademiyası (fr.). 1635.
- NNDB (ing.). 2002.
- https://www.academie-sciences.fr/archivage_site/fondations/lp_bio.htm.
- "Arxivlənmiş surət". 2019-12-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-09-29.