Lui Massinyon

Lui Massinyon (fr. Louis Massignon; 25 iyul 1883[1][2][…], Nojan-sür-Marn[3]31 oktyabr 1962[1][4][…], Paris[3]) — fransız şərqşünası və ərəbşünası.

Lui Massinyon
fr. Louis Massignon
Doğum adı Louis Fernand Jules Massignon
Doğum tarixi 25 iyul 1883(1883-07-25)[1][2][…]
Doğum yeri
Vəfat tarixi 31 oktyabr 1962(1962-10-31)[1][4][…] (79 yaşında)
Vəfat yeri
Elm sahələri şərqşünaslıq, İslamşünaslıq
İş yerləri
Təhsili
Tanınmış yetirməsi Henri Korbin[d]
Üzvlüyü
Mükafatları 1914–1918 hərbi xaçı Grand Cordon of the Order of the Throne
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Həyatı

Lui Massinyon 25 iyul 1883-cü ildə Parisin şimalındakı Nogentsur-Marneda doğulmuşdu. Atası rəssam və heykəltaraş Fernard Massinyon, anası Mariya née Hovyndir. İlk dini təhsilini anasından aldı. Parisdə Lui le Grad Litseyindəki şagirdliyi sırasında şərqşünas Henri Masperonun təsiriylə Şərq dil, din və mədəniyətlərinə maraq duymağa başladı. 1900-cü ildə litseydən məzun oldu. Ali təhsilini aldığı Paris École des Hautes Étudesdə Fransız ədəbiyatı, tarix, arxeologiya öyrəndi və Sanskrit dilinə yiyələndi. Sorbonn universiteti illərində yaxın yoldaşlarından biri Ernest Renanın bacısı oğlu Ernest Psichariydi. 1904-cü ildə Həsən əl-Vəzzan (Afrikalı Leon) üzərinə apardığı, "Tableau géographique du Maroc dans les 15 premières anneés du XVIe siècle, daprès Léon lAfricain" adlı çalışmasını tamamlayaraq universitet diplomu aldı. École des Langues et Civilisations Orientaleste şərqşünaslarından Hartwing Derenbourg və A. Le Chatalierin dərslərini təqib etdi, burada Ərəb dilini öyrendi. 1905-ci ildə Əlcəzairdə hazırlanan XIV Şərqşünaslar Konqresinə qatıldı. İqnas Qoldziher və Miquel Asin Palacios ilə bu sırada tanış oldu. Silvain Lévinin tələbəsi oldu. Ernest Renanın kurslarına davam etmesi onu şərqşünaslığa yönləndirdi.

École des Langues et Civilisations Orientelesin Ərəb ədəbiyatı bölümünden məzun olduqdan sonra Qahirə Fransız Arxeoloji İnstitutuna təyin edildi (1906). 1907–1908-ci illərdə İraqda araştırmalar aparan arxeoloji heyətinde çalaşırkən Mənsur Həllac və təsəvvüflə ilgilənməyə başladı. Bölgənin etibarlı üləma ailələrindən olan Alusilərlə də bu sırada tanış oldu. Əli Alusidən Quran oxumağı öyrəndi. Həllacın yaşadığı çevrəni tanıdı. Kərbəlada olduğu sırada Bağdad valisi tərəfindən cəsusluqla suçlanaraq tutulduysa da Alusilerin və diger dostlarının girişimiylə sərbəst buraxıldı. 15 avqust 1908-ci ildə Kopenhagda hazırlanan XV Şərqşünaslar Konqresində Bağdadda mədfun övliyalar mövzusunda bir təbliğ təqdim etdi. Konqres dönüşü Goldziherin tövsiyəsiylə Misirə getdi. Əzhərdə İslam ilahiyatı mövzusunda dərslər aldı. Misirdən, İstanbul kitabxanalarında olan Mənsur Həllaca dair əlyazmaları incələmək üçün İstanbula getdi və ardından Fransaya döndü. aprel 1912-ci ildə Afinada toplanan Şərqşünaslar Konqresində "Ənəlhaq" başlıqlı bir təbliğ təqdim etdi. Goldziher, bu konfransda Massinyon ilə Hollandiyalı alim C. Snouck Hurgronje və Alman şərqşünas Karl Heinrich Beckeri tanış etdi. 1912–1913-cü illərdə o sırada yeni açılan Qahirə universitetində Misir kralı Fuadın dəvətiylə fəlsəfə müəllimi kimi çalışdı. I Dünya Savaşının başlarında fransızların Fələstin və Suriyadakı ali komisarlığı nəzdində yedək zabit olaraq müşavirlik və tercümanlıq vəzifəsini daşıdı. İstanbulda təhqiqini tamamladığı Həllacın "Kitabüŧ-Ŧavasi"nini 1913-cü ildə Parisdə nəşr etdi. Bu kitabın yayımlanmasıyla Massinyon elm aləmində yaxşı bir yer qazanmağa başladı. Lui Massinyon 27 yanvar 1914-cü ildə Marcelle Dansaert ilə evləndi, bu evlilikdən üç övladı oldu. mart 1915-ci ildə cəbhədə xidmət etmək üzrə Fransız hökumətinə baş vurdu və avqust ayında Çanaqqala və Makedoniyada tərcüman olaraq vəzifələndirildi. Ertesi il Sykes-Picot gizli anlaşmasında Fransız heyetinde delege olarak yer aldı. 1916 yazında İngilis və fransızların qurduqları Ərəb legionunda Thomas Edward Lavrens ilə birlikdə zabit olaraq çalışdı. oktyabr 1917-ci ildə müttəfiklərin Ortaşərq ordusunun başkomandanı Lord Edmond Allenbynin Qazzədəki qərargahında xidmət etdi və noyabr ayında onunla birlikdə Qüdsə daxil oldu. Qüdsə əhl-i kitab mənsublarının göstərdiyi sayğını görüncə bu şəhərin üç din üçün də açıq qalması gərəkdiyi görüşünə vardı və həyatı boyunca bu görüşün müdafiəçisi oldu. 28 aprel 1919-cu ildə Qüdsdəki diplomatik xidmətini tamamlayaraq Parisə döndü və College de Franceın İslam Sosiologiya kafedrasına təyin edildi. dekabr 1921-ci ildə Parisdə Qandi ilə iki dəfə görüşərək ondan ciddi şəkildə təsirləndi. 24 may 1922-ci ildə Sorbonne universitetində Mənsur Həllac haqqında hazırladığı "La Passion dal-Hallaj, mystique de lIslam" adlı dissertasiyanı müdafiə etdi.

Ədəbiyyat

  • Fr. Angelier, "Louis Massignon: Une courbe de vie (1883–1962)", Question de Louis Massignon, Paris 1992, s. 224–253;
  • H. Laoust, "Louis Massignon", MW, LIV/4 (1964), s. 300–306;
  • J. Jomier, "Le centenaire de la naissance du Professeur Louis Massignon", Islamochristiana, X (1984), s. 39–47;
  • G. Basetti-Sani, "Louis Massignon Christian Islamologist", HI, VIII/1 (1985), s. 55–79;
  • Ibrahim Madkour, "Massignon, Le grand arabisant", MIDEO, XVII (1986), s. 265–269.

İstinadlar

  1. Bibliothèque nationale de France BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
  2. Louis Fernand Jules Massignon // Léonore verilənlər bazası (fr.). ministère de la Culture.
  3. Deutsche Nationalbibliothek Record #118782460 // Ümumi tənzimləmə nəzarəti (GND) (alm.). 2012—2016.
  4. L.F.J. Massignon // KNAW Past Members (ing.).
  5. list of professors at Collège de France.

Xarici keçidlər

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.