Lui Davu

Lui Nicolas Davu (10 may 1770[1][2][…]1 iyun 1823[1][3][…], Paris[4]) - “dəmir marşal” ləqəbinə sahib olan bu fransız marşalı Napoleon Bonapartın sərkərdəsi olmuş, və Fransa tarixində Napoleonun heç bir döyüşdə məğlub olmayan yeganə marşalı kimi tarixə düşmüşdü.

Lui Nicolas Davu
Louis-Nicolas Davout
Şəxsi məlumatlar
Ləqəbi Dəmir Marşal
Doğum tarixi
Doğum yeri Fransa
Vəfat tarixi (53 yaşında)
Vəfat yeri Paris,Fransa
Vəfat səbəbi vərəm
Vətəndaşlığı Fransa
Hərbi fəaliyyəti
Xidmət illəri 1788-1815
Rütbəsi Ordu Generalı
Döyüşlər Napoleon müharibələri, Fransa İnqilab müharibələri
Təltifləri Fransa Marşalı mükafatı, Şərəf ordeni,
İmzanın şəkli
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Həyatı

1770-ci ildə anadan olan Lui Davu Napoleonla birgə Briensk hərbi məktəbində təhsil almışdı.

General-mayor Davu 1798-1801-ci illərdə Napoleonun Misirə olan yürüşündə iştirak etmişdi. Süvari dəstələrinin başçısı olan Davu xüsusilə 1799-cu il Əbukir döyüşündə fərqlənir. Həmin döyüşdə Napoleonun 7 minlik ordusu Mustafa Paşanın rəhbərlik etdiyi 15 minlik türk ordusu darmadağın etmişdi. Bu ekspedisiyadan sonra Davu Napoleonun yaxın çevrəsinə daxil olur və 1800-1801-ci illər arasında Napoleonun İtaliya ordusunun süvari dəstələrinin başçısı olur.

1804-cü ildə Davu ən yüksək hərbi vəzifəyə layiq görülür- o Fransanın marşalı adını alır və Napoleonun məsləhətçilərindən biri olur.

2 dekabr 1805-ci ildə Auserlits yaxınlığında baş verən və tarixə “Üç imperatorun döyüşü” kimi düşən döyüşdə Napoleonun hərbi dəstələri Rus-Avstriya birləşməsini darmadağın edir.

1806-cı il də “dəmir marşal” üçün uğurlu olur. Güclü Prusiyaya qarşı Auerştedst yaxınlığındakı döyüşdəki parlaq qələbədən sonra imperator Napoleon ona ordenlərlə yanaşı Auerştedstın hersoqu vəzifəsinə təyin etmişdi.

Lev TolstoyHərb və Sülh” əsərində Davunun nəyə görə özünə iqamətgah kimi çirkli bir sarayı seçdiyini belə izah edir: “Davu o şəxslərdəndi ki, bilərəkdən özlərini tutqun həyat şəraitinə salırlar ki, həyatda tutqun olmağa haqqları olsun.”

“Mən Parisi yalnız sizə etibar edə bilərəm”- Napoelon belə deyərək, ön cəbhələrə yollanmaq istəyən Davunu öz fikrindən çəkindirmək istəyirdi.

Napoleon hökumətinin hərbi və siyasi məğlubiyyətindən sonra Davu Napoleona sadiq qalan azsaylı marşallardan idi. Burbonların Fransada yenidən hakimiyyəti ələ keçirməsindən sonra Davu bütün fəxri adlarından məhrum olur. Lakin onun cəmiyyət içində, həmçinin orduda məşhurluğu çox böyük idi. Burbonların ona olan münasibəti cəmiyyətdə ciddi etirazlara səbəb olur, buna görə də Davuya bütün hərbi adlar qaytarılır. Bundan başqa 2 ildən sonra o, Fransanın perı vəzifəsinə təyin olunur.

Mənbə

https://en.wikipedia.org/wiki/Louis-Nicolas_Davout

Xarici keçidlər

NAPOLEONUN MƏĞLUB OLMAYAN YEGANƏ MARŞALI: LUI DAVU

  1. Bibliothèque nationale de France BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
  2. Louis Nicolas Davout d' auerstaedt prince d' eckmuhl // Léonore verilənlər bazası (fr.). ministère de la Culture.
  3. Gallaher J. G. Louis-Nicolas Davout, duke of Auerstedt // Encyclopædia Britannica (ing.).
  4. Даву Луи Никола // Большая советская энциклопедия (rus.): [в 30 т.]. / под ред. А. М. Прохоров 3-е изд. Москва: Советская энциклопедия, 1969.
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.