Lui Araqon

Lui Araqon (3 oktyabr 1897[1][2][…], XVI arondisman (Paris)[d][3]24 dekabr 1982[1][4][…], VII arondisman (Paris), Fransa[3]) — fransız yazıçısı, şair, ictimai xadim. "Xalqlar arasında sülhü möhkəmlətməyə görə" Beynəlxalq Lenin mükafatı laureatı (1957). Sorbonna Universitetində tibb elmini öyrənmiş, Birinci Dünya müharibəsinin (191418) iştirakçısı olmuşdur. Fransa KP MK-nın üzvü, müqavimət hərəkatının liderlərindən biri idi. 1920-ci illərin əvvəllərində dadaizmə meyil göstərmiş ("Fişəng" şeirlər toplusu, 1920), sonralar Andre Bretonla birlikdə sürrealizm hərəkatına başçılıq etmişdir("Anise…" povesti, 1921). Hərəkatın ilk nəzəri manifestini ("Uyqular dalğası",1924) yazmışdır. "Qırmızı cəbhə" (1931) poemasının, "Ura, Ural" (1934) şeir toplusunun müəllifidir. "Real dünya" (193451), "Kommunistlər" (1949–51;1967 ildə yenidən işlənmişdir) romanlarında sosializm ideyalarını təbliğ etmişdir. Stalin dövrünün törətdiyi amansızlıqların ifşa olunmasından sonra ağır mənəvi sarsıntı keçirmişdir. "Tamamlanmamış roman" (1956) Lui Araqon yaradıcılığının zirvəsidir. Həyatının son illərində "Blanş, yaxud Unutma" (1967), "Anri Matiss" (1971) romanlarını yazmışdır. "Fəxri legion" ordeni ilə təltif edilmişdir (1981). 2Sovet ədəbiyyatları" (1955) kitabının "Şərq-Qərb divanı" zəruriyyəti haqqında" fəsli Azərbaycan ədəbiyyatına həsr olunmuşdur.[6]

Lui Araqon
fr. Louis Aragon
Doğum tarixi 3 oktyabr 1897(1897-10-03)[1][2][…]
Doğum yeri
Vəfat tarixi 24 dekabr 1982(1982-12-24)[1][4][…] (85 yaşında)
Vəfat yeri
Vətəndaşlığı
Həyat yoldaşı
Fəaliyyəti həkim-yazıçı[d], jurnalist, siyasətçi, şair, roman yazıçısı, incəsənət tənqidçisi[d], Fransa Müqavimət Hərəkatı üzvü, tarixçi
Əsərlərinin dili fransız dili
İstiqamət dadaizm, sürrealizm
Janrlar roman, poeziya
Mükafatları "Oktyabr inqilabı" ordeni "Xalqlar dostluğu" ordeni Hərbi medal (Fransa) 1914–1918 hərbi xaçı 1939–1945 hərbi xaçı
Lenin sülh mükafatı
Vikimənbənin loqosu Lui Araqon Vikimənbədə
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

İstinadlar

  1. Bibliothèque nationale de France Aragon, Louis // BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
  2. Delarge J. Louis ( Louis Toucas, dit ) ARAGON // Le Delarge (fr.). Paris: Gründ, Jean-Pierre Delarge, 2001. ISBN 978-2-7000-3055-6
  3. Fichier des personnes décédées.
  4. Louis Aragon // Internet Speculative Fiction Database (ing.). 1995.
  5. LIBRIS. 2012.
  6. Azərbaycan Milli Ensiklopediyası (25 cilddə). 1-ci cild: A  Argelander (25 000 nüs.). Bakı: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi. 2009. səh. 586. ISBN 978-9952-441-02-4.

Xarici keçidlər

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.