Lui Antuan Bugenvil
Lui Antuan Bugenvil (12 noyabr 1780[1][2][…], Paris[3] – 31 avqust 1811[4][5][…], Paris[3]) — fransız dəniz səyyahı, vitse-admiral (1791), Fransa Elmlər Akademiyasının üzvü (1795).[6]
Lui Antuan Bugenvil | |
---|---|
Louis-Antoine, Comte de Bougainville | |
| |
Doğum tarixi | |
Doğum yeri | Paris, Fransa |
Vəfat tarixi | (81 yaşında) |
Vəfat yeri | Paris, Fransa |
Dəfn yeri |
|
Vətəndaşlığı | Fransa |
Milliyyəti | Fransız |
Fəaliyyəti | Hərbçi, riyaziyyatçı, hüquqşünas |
Üzvlüyü | |
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
1750-ci il -dən hərbi xidmətdə olmuşdur. Kanadada və Avropada Yeddiillik müharibədə iştirak etmişdir. 1763–65 illərdə Folklend adalarını öyrənmiş, 1766–69-cu illərdə birinci fransız dövr-aləm ekspedisiyasına rəhbərlik etmişdir. Ekspedisiya dövründə Lui ziada və Tua motu arxipelaqlarını, Solomon adalarını və Yeni Hebrid arxipelaqında bir neçə adanı kəşf etmişdir (bəzi hallarda təkrarən). Bugenvilin dövr-aləm səyahəti, bir çox alimin (təbiətşünaslar, astronomlar və b.) iştirak etdiyi ilk elmi ekspedisiyalardan biridir.
Səyahəti haqqında “Dövr-aləm səyahətinin təsviri” (1771–72) əsərini yazmışdır. 1772-ci ildə Cənub qütbünə ekspedisiyanın layihəsini təklif etmişdir. 1781–82-ci illərdə Fransa donanmasının hərbi əməliyyatlarında ABŞ tərəfində Şimali Amerikada istiqlaliyyət müharibəsində (1775–83) iştirak etmişdir. Konstitusiyalı monarxiyanın tərəfdarı olmuş, Fransa inqilabı zamanı bir ne çə ay məhbus həyatı (1794) yaşamışdır. Napoleon Bonapartın dövründə Senatın üzvü (1799) olmuş, Fəxri Legion ordeninə (1804) layiq görülmüş, qraf titulu (1808) almışdır.
İrsi və mükafatları
Solomon adalarında ada, nov və boğaz, Folklend adalarında ada, Yeni Hebrid adalarında boğaz, Magellan körfəzində buxta, Yeni Qvineya adalarında dağ, Mərcan dənizində rif Bugenvilin adını daşıyır.[6]
Tanınması və karyerasının sonu
1787-ci ildə, o, Fransa Elmlər Akademisyasının üzvü oldu. 1791-ci ildə, vitse-admiral rütbəsini əldə etdi.
1794-cü ildə, terror dövründən qaçaraq Normandiyadakı mülkünə sığınmışdı. Parisə qayıtdıqdan sonra Lonqitud bürosunun qurucu üzvlərindən biri oldu. 1799-cu ildə konsul Napoleon onu senator etdi. 1811-ci il avqust ayının 8-də vəfat etmişdir.
1781-ci ildə ailə həyatı qurmuş, 4 oğlu vardı. Övladlarının hər biri fransız dəniz və quru qüvvələrində mübarizə aparmışdır.
İstinadlar
- Louis-Antoine de Bougainville // Gran Enciclopèdia Catalana (kat.). Grup Enciclopèdia, 1968.
- Louis Antoine De Bougainville // GeneaStar.
- Bibliothèque nationale de France BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
- Maktutor riyaziyyat tarixi arxivi. 1994.
- Louis-Antoine de Bougainville // Encyclopædia Britannica (ing.).
- Bugenvil// Azərbaycan Milli Ensiklopediyası (25 cilddə). — V cild. Bakı, 2009. — Səh.: 39-40.
Xarici keçidlər
- Works by Louis Antoine de Bougainville at Project Gutenberg
- Works by or about Louis Antoine de Bougainville at Internet Archive
- Louis Antoine de Bougainville: "Voyage around the world 1766-1769", London 1772 (A transcription of the translation of "Le voyage autour du monde, par la frégate La Boudeuse, et la flûte L'Étoile" into English by John Reinhold Forster)
- Biography at the Dictionary of Canadian Biography Online
- From the Warpath to the Plains of Abraham (Virtual exhibition)
- Gallica Digital Version Plates