Mursa
Mursa (lat. Luciobarbus mursa) — heyvanlar aləminin xordalılar tipinin şüaüzgəclilər sinfinin çəkikimilər dəstəsinin çəkilər fəsiləsinin luciobarbus cinsinə aid heyvan növü.
Mursa | ||||||||
---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||
Domen: Ranqsız: Amorphea Ranqsız: Obazoa Ranqsız: Opisthokonta Ranqsız: Holozoa Ranqsız: Aləm: Yarımaləm: Klad: ParaHoxozoa Klad: Nephrozoa Tipüstü: Tip: Klad: Olfactores Yarımtip: İnfratip: Klad: Eugnathostomata Klad: Teleostomi Sinifüstü: Sinif: Ranqsız: Actinopteri Yarımsinif: Neopterygii İnfrasinif: Dəstəüstü: Ostariophysi Ranqsız: Otophysi Ranqsız: Cypriniphysae Dəstə: Fəsiləüstü: Cyprinoidea Fəsilə: Yarımfəsilə: Barbinae Cins: Növ: Mursa |
||||||||
Beynəlxalq elmi adı | ||||||||
|
||||||||
|
Morfoloji əlamətləri
Bədəni uzunsov, dəyirmi, alnı qabarıqdır, dodaqları yaxşı inkişaf etmiş ətlidir. Alt dodağı üçdilimlidir. Alnı qabarıqdır. Ənsənin gerisində beli düzdür. Bel üzgəcinin son şaxəsiz şüası xeyli yoğunlaşmış və çoxsaylı dişiciklərlə təchiz olunmuşdur. Quyruq üzgəci güclü şəkildə çökəklikdir. Cavanların bədənində bəzən xallar olur, yaşlılarda isə olmur. Bel üzgəcində 8, anal üzgəcində 5 şüa, yan xətt orqanında 87-97 pulcuq olur.
Yayılması
Kürün orta axarında və qollarında (Qanıxçay, Qabırrıçay (İori), Mazım, Katex, Əlcihan, Türyan, Tərtər, Qara) yayılmışdır. Əvvələr Kürdə Salyana, Arazda isə Qaradonluya qədər enirdi.[1] Arazın qollarından Şərqi Arpa, Naxçıvan, Aza, Oxçu, Bazar, Həkəri çaylarında qeydə alınmışdır.
Yaşayış yeri və həyat tərzi
Daşlı dibi olan iti axan çaylara üstünlük verən şirinsu balığıdır. Suyu sürətlə axan, dibi daşlı olan çaylarda yaşayır. Uzunluğu 32,5 sm-ə çatır. Su cücülərinin sürfələri (əsasən bulaqçılar, gündəcələr), bitki detriti və toxumaları, bəzən xironomidlər və kürəkayaqlı xərçənglərlə qidalanır.
Təsərrüfat əhəmiyyəti
Azsaylı olduğundan yalnız həvəskar balıqçılar tərəfindən ovlanılırlar. Əti dadlıdır, qızılxallını xatırladır.
İstinadlar
- Abbasov H.S ,Hacıyev R.V.İxtiologiya. Bakı, 2007, s 246.