Luçano Pavarotti

Luçano Pavarotti (it. Luciano Pavarotti) — (12 oktyabr 1935[1][2][…], Modena, Emiliya-Romanya[3]6 sentyabr 2007[4][5][…], Modena, Emiliya-Romanya[3]) italyan opera ifaçısı(lirik-dramatik tenor), XX əsrin ikinci hissəsinin ən məşhur opera ifaçısı.

Luçano Pavarotti
it. Luciano Pavarotti
Ümumi məlumatlar
Doğum tarixi
Doğum yeri İtaliya İtaliya, Modena
Vəfat tarixi (71 yaşında)
Vəfat yeri Modena
Vəfat səbəbi Mədəaltı vəzin xərçəngi
Vətəndaşlığı
Milliyyəti İtaliya İtaliya
Uşağı 4
Musiqiçi məlumatları
Fəaliyyəti Müğənni
Fəaliyyət illəri 1955-2007
Janr opera
Səs tembri Tenor
Üzvlüyü
Mükafatları Fəxri Legion ordeninin zabiti.
İmzanın şəkli
lucianopavarotti.com
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Biografiya

Luçano Pavarotti İtaliyanın şimalındakı Modena şəhərində Fernando Pavarotti ailəsində - çörəkçi və müğənni və Adel Ventura - siqar fabrikində işçi, anadan olmuşdur. Ailə çox kasıb yaşamasına baxmayaraq, ifaçı öz uşaqlığını sevgiylə xatırlayırdı. İkinci dünya müharibəsi vaxtı, 1943 cü ildə ailə şəhərdən köçməyə məcbur olur və qonşu kənddə 1 otaqlı ev kirayəyə götürür. Burada Pavarotti əkinçiliklə marağlanmağa başlayır.

9 yaşlı Luciano atası ilə birlikdə kilsə xorunda oxumağa başlayır.Bundan başqa gənclik illərində professor Dondi və həyat yoldaşından bir neçə musiqi dərsi alır lakin musiqi peşəsini davat etdirmək istəmir.

Məktəbi bitirdikdən sonra özünə daimi peşə seçmək istəyir. Futbolla çox marağlanır hətta qapıçı olmaq istəyir ancaq anası onu müəllim olmağa inandırır. Nəticədə Pavarotti 2 il ibtidai məktəbdə dərs deyir lakin musiqiyə olan istək sonda qalib gəlir və musiqi təhsili almağa qərar verir.

1954-cü ildə Modenada 19 yaşı olarkən tenor Arriqo Pola onun təhsil almağa imkanının olmadığını bilərək təmannasız dərs deməyə başlayır. Təhsil aldığı müddət Pavarotti Adua Veoni adlı opera ifaçısı ilə tanış olur və onlar 1961-ci ildə ailə həyatı qururlar. İki il Polanın yanında dərs aldıqdan sonra müəllimi Yaponiyaya gedir və Pavarotti təhsilini Ettori Kampoqallianinin yanında davam etdirir.Təhsil ala-ala o həm də ibtidai məktəbdə müəllim və sonra sığorta agentliyində çalışır.

İlk altı illik təhsil heç bir nəticə vermədiyindən Pavarotti hətta ifaçılıqdan imtina etmək istəyir lakin sonradan bu fikrindən daşınır.

Karyera

1960 - 1980

Pavarottinin yaradıcılıq karyerası 1961-ci ildə Beynəlxalq Vokal Müsabiqəsində qələbə ilə başlamışdır. Həmin il Pavarotti Redjio Emiliya Teatrında Cakomo Puççininin "Boqema" operasından Rudolfun partiyasıni ifa edir. Həmçinin bu partiyanı o 1963-cü il Vyanada və Londonun Kral Opera Teatrında ifa edir.

Pavarottinin Amerikadakı debütü 1965-ci Mayami operasında baş tutur.

1971-ci ildən Pavarotti "Arena di Verona" festivalında müntəzəm çıxış edir. Həmçinin konsertlərdə iştirak edir, "La Skala" teartrı ilə Moskvaya qastrola gəlir.

1980-1990

1980-ci illərin əvvəllərində Pavarotti gənc ifaçıların beynəlxalq müsabiqəsini təsis edir.

1980-ci illərin ortalarında Pavarotti Vyana Dövlət Opera və La Scala ilə əməkdaşlığa yenidən bərpa edir. Bu illərdə Pavarotti La Skalada "Aida", Berlinde "Alman Operasi", San-Fransiskoda " Bohema" operalarında uğurla çıxış edir. 1992-ci ildə Pavarotti La Skala səhnəsində sonuncu dəfə "Don Karlos" operasında çıxış edir. Bu çıxış tənqidçilər tərəfindən neqativ qarşılanır və o bundan sonra La Skalada bir daha ifa etmir.

Ölümü

Luçano Pavarotti 2007- ci il 6 sentyabr, 71 yaşında, xərçəng xəstəliyindən Modenadakı evində vəfat edir.

  1. Bibliothèque nationale de France BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
  2. RKDartists (nid.).
  3. Archivio Storico Ricordi. 1808.
  4. https://web.archive.org/web/20071019064720/http://www.cnn.com:80/2007/SHOWBIZ/Music/09/06/pavarotti.dead/index.html.
  5. Luciano Pavarotti (nid.).
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.