Love Is a Battlefield (Pet Benatar)

Love Is a Battlefield[2](azərb. Sevgi döyüş meydanıdır) — 1983-cü ildə Polşa əsilli ABŞ müğənnisi Pet Benatar tərəfindən ifa edilən sinqldır.[3][4] Musiqinin sözləri Holli Nayt və Mayk Çepmenə məxsusdur. Sinql ABŞ Billboard Hot 100 hit-paradında 5-ci yer, ABŞ "Billboard Hot Mainstream Rock Tracks" hit-paradında 1-ci yer, Niderland Dutch Top 40Avstraliya ARIA Charts hit-paradlarında 1-ci yer, Almaniya German Singles Chart hit-paradında 3-cü yer tutmuşdur. Mahnı Mart ayında 1985-ci ildə Böyük Britaniya UK Singles Chart hit-paradında 17-ci mövqe qazanmışdır. "Love Is a Battlefield" sinqlı Kanadada qızıl sertifikatı qazanmışdır. Mahnının prodüseri Neyl Ceraldo və Piter Kolemandır. Bu sinql Pat Benatarın ən yaxşı dörd sinqlından biridir.[5] "Love Is a Battlefield" mahnısının bir çox kaver versiyası çıxmış və orijinal versiyanın uğurunu təkrarlaya bilməmişdir.

"Love Is a Battlefield"
"Love Is a Battlefield" mahnısı
"Love Is a Battlefield" mahnısı
Pet Benatar tərəfindən Live from Earth[1] albomunda ifa olunmuş sinql
Yayımlanma tarixi 12 oktyabr 1983
Format Sinql
Janr Rok
Elektronik rok
Yeni dalğa
Dil İngilis dili
Müddət 5:22
4:06 (7")
Prodüser Neyl Ceraldo
Piter Koleman
Sözlərin müəllifi Holli Nayt
Mayk Çepmen
Studiya Chrysalis Records
Pet Benatar sinqllarının xronologiyası
""Anxiety (Get Nervous""
(1982)
""Love Is a Battlefield""
(1983)
""Lipstick Lies""
(1984)
Audio nümunəsi
Love Is a Battlefield mahnısının səslənməsi

"Live from Earth" albomu

1979-cu ildə çıxarılan In the Heat of the Night (azərb. Gecənin hərarətində) albomu Pet Benatar üçün böyük uğur olmuşdur. Ardınca çıxarılan albomlar ona məşhurluq gətirmişdir. 1983-cü il oktyabr ayında Pat Benatar Live from Earth (azərb. Yerdən yaşayın) albomunu çıxarır.[6] Bir neçə müddət sonra Pet Benatar albomun video versiyasını çıxarır. Bu versiyası disk formatından fərqlənirdi. Çox keçməmiş albom video DVD formatında istehsal edilmiş və adı dəyişilərək "Live from New Haven" (azərb. Nyu-Heyvendən yaşayın) adı kimi istehsal edilmişdir.[7]. Albomun bütün mahnıları onun bir çox mahnıları kimi Rok janrındadır. "Live from Earth" albomu 5 dəfə RIAA və CRIA mükafatlarına layiq görülmüş və ABŞ-də 13-cü mövqe tutmuşdur.[8] Albomda 10 mahnı vardır. Bu mahnılardan hit-paradlarda yüksək mövqe tutan və Pat Benatarın ən yaxşı mahnıları siyahısına daxil olan "Hit Me with Your Best Shot" (azərb. Ən yaxşı atəşin ilə mənə zərbə endir) və "Love Is a Battlefield" adlı mahnılardır. "Love Is a Battlefield" mahnısı onun musiqi karyerasında ən çox seçilən mahnılarından biri olmuşdur.[9][10][11][12] Mahnının janrı isə Rok və həmin dövrdə yeni populyarlıq qazanan Yeni dalğa janrlarındadır. Mahnı dövründə çox populyar olduğuna görə MTV musiqi kanalında göstərilmiş və "Ən yaxşı qadın üçün MTV Video Musiqi mükafatı" (ing. MTV Video Music Award for Best Female Video) nominasiyasına layiq görülmüşdür. Hətta bu mahnı ilə Maykl Cekson maraqlanmış və Benatar ona ifa etdiyi rəqsi izah etmişdir. Mahnı 1983-cü ildə Qremmi mükafatının "Ən yaxşı qadın rok-vokal" (ing. Grammy Award for Best Female Rock Vocal Performance) kateqoriyasını qazanmışdır.[13][14][15] Mahnı ilk dəfə Böyük Britaniyanın hit-paradında əvvəlcə 49-cu mövqe tutmuş, sonra isə 17-ci mövqeyə enərək məşhur olmuşdur.[16]

Mahnının klipi

Mahnı klipinin horeoqrafı Maykl Piters mahnının 1:40 dəqiqəsində peyda olur. Mahnıda gənc bir qızın həyatından danışılır.[17] Gənc bir qız (rolu ifa edir: Pet Benatar) azad yaşamaq istədiyi üçün atası (rolu ifa edir: Trey Vilson) tərəfindən evdən qovlanılır. Bu zaman onu yuxarı mərtəbədən qəmli baxışlarla ondan yaşca kiçik olan qardaşı izləyir. Şəhərdə yaşayışını təmin etmək üçün qız gecə klubunda taksi-rəqqasə vəzifəsində çalışmağa başlayır. Burada çalışqdığı müddətdə qız qardaşına yeni düşündüyü həyat haqqında məktub yazır. Qardaşı isə məktubu oxuyur və üzündə təbəssüm hissi yaranır. Bir müddət sonra klubun sahibi rəqqasə qıza zərbə vurmaq istəyir, amma cavan qız buna imkan verməyərək ona uzun müddət qadın azadlığını və qadınların kişilərdən üstün olduğunu göstərir. Bütün rəqsçi qızlar cavan qızla sağollaşaraq buranı tərk edir və günün çıxmasına doğru gedir. Cavan qız şəhərdə hərəkət edən avtobusda bütün bu hadisələri yadına salır.[18][19][20] Mahnı 2004-cü ildə çəkilmiş ABŞ filmi olan "13-dən 30-a" adlı filmdə səslənmişdir.

Kaver versiyalar

"Love Is a Battlefield" mahnısının kaver versiyaları məşhur olmamışdır. 1984-cü ildə Pet Benatar tərəfindən ifa edilən "Love Is a Battlefield" mahnısının ilk kaver versiyası ifa edilir. Mahnının ifaçısı İngilis ifaçısı Kris Normandır. Mahnı gözəl ritmlə səslənsə də hit-paradlara düşə bilməmişdir.[21] Müğənni Şer "Love Is a Battlefield" mahnısını orijinal variantda 1982-ci ildə "Love Hurts Tour" adlı konsertində ifa etmişdir.[22][23] 1998-ci ildə mahnının ikinci kaver versiyası çıxır. Bu kaver versiyası remiks formasında ifa edilir. İfaçılar orijinal mahnını ifa edən Pet BenatarKuin Latifa olur. Mahnıda Kuin Latifa tərəfindən Rep sözləri vardır. 2002-ci ildə ABŞ-nin rok janrında ifa edən qruplarından biri olan Zwan tərəfindən "Love Is a Battlefield" mahnısının kaver versiyası ifa edilir. Mahnı gitarada ifa edilmiş və məşhur olmamışdır. 2005-ci ildə alman rep qrupu olan "Separate" qrupu tərəfindən mahnının yeni kaver versiyası ifa edilmişdir. İfa edilən bu versiya janrına görə nisbətən əvvvəlki versiyalardan fərqlənirdi. 2008-ci ildə isə "Love Is a Battlefield" mahnısının digər versiyası Kanadalı ifaçı olan Jann Arden tərəfindən ifa edilir. Mahnının adı "Love is a Battlefield — Brian and Justin" kimi səslənir. Bu mahnıda homoseksuallığa toxunan 2000-ci ildə ABŞKanada istehsalı olunan "Yaxın dostlar" serialından fraqmentlər göstərilir. Həmçinin, mahnı 2004-cü ildə "SPARK [BE]" və 2010-cu ildə "Boombox Kids" musiqi qrupları tərəfindən uğurla ifa edilmiş, lakin dünya ölkələrinin hit-paradlarında məşhurluq qazana bilməmişdir. Pet Benatar tərəfindən ifa edilən "Love Is a Battlefield" mahnısının orijinal versiyası internetdə YouTube saytında ən çox izlənilən mahnılardan biridir.

Trek siyahısı

7" Single Chrysalis 105 939, 1983
  • Love Is A Battlefield 4:08
  • Hell Is For Childeren (Live) 6:05
12" Maxi Chrysalis 601 086, 1983
  • Love Is A Battlefield (Extended Version) 6:31
  • Hell Is For Children (Live) 6:00
  • Love Is A Battlefield (Instrumental) 5:20

Hit paradlarda yüksəldiyi pozisiya

Pozisiya (1983) Yüksəldiyi
yer
ABŞ U. S. Billboard Hot 100 5[24]
ABŞ U. S. Billboard Hot Mainstream Rock Tracks 1[25]
Pozisiya (1984) Yüksəldiyi
yer
Avstraliya ARIA Charts 1[26]
Niderland Dutch Top 40 1[27][28]
Almaniya German Singles Chart 3[29]
Belçika Ultratop 1[30]
İsveçrə Swiss Music Charts 11[31]
Yeni Zelandiya Recording Industry Association of New Zealand 6[32]
Kanada Canadian Singles Chart 2[33]
Pozisiya (1985) Yüksəldiyi
yer
Böyük Britaniya UK Singles Chart 17[34][35]

İstinadlar

  1. Pond, Steve. "Album Reviews: Pat Benatar - Live from Earth". Rolling Stone. 24 November 1983. 2007-10-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2012-03-08.
  2. "Love Is a Battlefield Diskogs.com". 2015-05-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2012-09-11.
  3. Whitburn, Joel (2004). The Billboard Book of Top 40 Hits, 8th Edition (Billboard Publications), page 57.
  4. "Musikvideo in MyVideo.de". 2014-08-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2012-04-01.
  5. "RIAA Celebrates 50 Years Of Gold Records". Riaa.com. 2012-03-09 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2012-06-14.
  6. "Search for Live from Earth - Benatar, Pat". Recording Industry Association of America. 2016-01-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2012-03-08.
  7. Amazon.com "Live from New Haven". 2009-03-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2012-11-12.
  8. DeGagne, Mike. "Pat Benatar Live from Earth review". Allmusic. Rovi Corporation. 2023-07-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2012-03-08.
  9. Rəsmi sayt Arxivləşdirilib 2006-06-18 at the Wayback Machine Pat Benatar.
  10. Pat Benatar Arxivləşdirilib 2012-05-18 at the Wayback Machine Allmusic.com.
  11. Site d'un fan italien Arxivləşdirilib 2012-04-10 at the Wayback Machine dédié à l'artiste.
  12. Pat Benatar Arxivləşdirilib 2020-01-16 at the Wayback Machine Benatargiraldo.com.
  13. "Recording Industry Association of America". RIAA. 2016-01-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2012-03-31.
  14. Publisher A-Side: Chinnichap Publ. Ltd./Rak Publ. Ltd. — B-Side: Chrysalis Music Ltd.
  15. Taken From The Album: 'Live From Earth' — 205 771
  16. "Pet Benatar Rusca həyatı". 2013-11-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2012-09-26.
  17. "Almightyrecords.com". 2010-07-27 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2012-04-01.
  18. "Love Is a Battlefield" Songfacts.com Arxivləşdirilib 2021-06-22 at the Wayback Machine, Yoxlanılıb: 11 yanvar 2011
  19. "Mahnının sözləri ingiliscə". 2022-03-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2012-09-11.
  20. "Love Is a Battlefield mahnısının rusca tərcüməsi". 2021-07-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2012-09-11.
  21. "Kris Norman Love Is a Battlefield Swisscharts.com". 2023-07-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2012-09-26.
  22. Kaplan, Renee. "This Week". Newsday. 24 May 1992. (#cite_web_url); (#accessdate_missing_url)
  23. "BBC - Top of the Pops - Videoclips". BBC. 2020-11-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2009-03-29.
  24. "Pat Benatar Album & Song Chart History Billboard Hot 100.Retrieved December 17, 2010". October 20, 2009 tarixində arxivləşdirilib. İstifadə tarixi: April 1, 2012.
  25. "Billboard chart positions singles". allmusic. 2011-02-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2012-11-12.
  26. David Kent. Australian Chart Book 1970 - 1992. Australian Chart Book, St Ives, N.S.W. 1993. ISBN 0-646-11917-6.
  27. De Nederlandse Top 40, week 11, 1984.
  28. "Dutch charts portal - Pat Benatar". dutch charts.nl. 2015-02-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2012-11-12.
  29. Chartquellen: DE Arxivləşdirilib 2013-10-31 at the Wayback Machine AT Arxivləşdirilib 2021-07-24 at the Wayback Machine CH Arxivləşdirilib 2021-04-17 at the Wayback Machine UK US Arxivləşdirilib 2009-10-20 at the Wayback Machine
  30. "Love Is a Battlefield Swisscharts.com". 2004-07-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2012-11-12.
  31. "Hit Parade - Pat Benatar". hit parade.ch. 2014-12-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2012-11-12.
  32. "New Zealand charts portal - Pat Benatar". charts.org.nz. 2015-03-06 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2012-11-12.
  33. "Search results for "Pat Benatar"". RPM (magazine). 2012-10-15 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2012-11-12.
  34. "UK Singles chart runs - Pat Benatar". Polyhex. 2008-12-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2012-11-12. (#apostrophe_markup)
  35. Quellen Chartplatzierungen: DE Arxivləşdirilib 2015-12-15 at the Wayback Machine / UK/ US Arxivləşdirilib 2009-10-20 at the Wayback Machine, abgerufen am 25. Dezember 2010.

Xarici keçidlər

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.