Love, Chunibyo & Other Delusions

Love, Chunibyo & Other Delusions (azərb. Sevgi, çunibyo və digər xəyallar), Yaponiyada tanınan adı ilə Chuunibyou demo Koi ga Shitai! (中二病でも恋がしたい!, Chūnibyō demo Koi ga Shitai!, Hətta 8-ci sinif sindromu ilə belə, mən aşiq olmaq istəyirəm) və ya qısaca Chū-2 — Nozomi Osakanın rəssamlığı ilə Torako tərəfindən yazılan ranobe seriyası. Əsər 2010-cu ildə Kyoto Animation mükafatı müsabiqəsində uğur qazandıqdan sonra şirkət 2011-ci ilin iyununda ranobeni nəşr etməyə başlamışdır. 4 oktyabrdan 19 dekabr 2012-ci ilə kimi Kyoto Animation tərəfindən istehsal olunmuş anime serialı və YouTube vasitəsilə ilə hərəsi 6 dəqiqə olmaqla 6 seriyadan ibarət "Lite" ONA seriyası yayımlanmışdır. 2013-cü ilin sentyabrında anime filmi buraxılmışdır. Anime serialının ikinci mövsümü "Love, Chunibyo & Other Delusions -Heart Throb-" 2014-cü ilin yanvarından martına kimi nümayiş etdirilmişdir. Yeni hekayəyə malik ikinci film "Love, Chunibyo & Other Delusions! Take on Me" 6 yanvar 2018-ci ildə buraxılmışdır.

Love, Chunibyo & Other Delusions
Birinci cildin üzlüyü. Personajlar: Yuuta Toqaşi (solda) və Rikka Takanaşi (sağda).
中二病でも恋がしたい!
(Chūnibyō demo Koi ga Shitai!)
Janr dram, romantik komediya
Manqa
ManqakaTorako
RəssamNozomi Osaka
NəşriyyatKyoto Animation
Nəşr tarixi1 iyun 2011 – 4 dekabr 2017
Cildlər4 (cild siyahısı)
Anime
Love, Chunibyo & Other Delusions Lite
RejissorTatsuya İşihara
ProdüsserEharu Oohaşi
Şiqeru Sayto
Şiniçi Nakamura
SsenaristCukki Hanada
BəstəkarNicine
StudiyaKyoto Animation
Digər lisenziyalar
AVA
Madman Entertainment
Sentai Filmworks
Animatsu Entertainment / Manga Entertainment
Buraxılış tarixi27 sentyabr 20121 noyabr 2012
Vaxt6 dəq.
Seriyalar6 (seriya siyahısı)
Anime
RejissorTatsuya İşihara
ProdüsserEharu Oohaşi
Şiqeru Sayto
Şiniçi Nakamura
SsenaristCukki Hanada
BəstəkarNicine
StudiyaKyoto Animation
Digər lisenziyalar
AVA
Madman Entertainment
Sentai Filmworks
Animatsu Entertainment / Manga Entertainment
Kaze
Mighty Media
KanalTokyo MX, SUN, KBS, TVA, Animax, BS11
Digər kanallar
Animax Asia
Anime Network
Buraxılış tarixi4 oktyabr 201219 dekabr 2012
Seriyalar12 (seriya siyahısı)
Anime
RejissorTatsuya İşihara
StudiyaKyoto Animation
Digər lisenziyalar
AVA
Madman Entertainment
Sentai Filmworks
Animatsu Entertainment / Manga Entertainment
Vaxt24 dəq.
Anime
Takanashi Rikka Kai: Gekijō-ban Chūnibyō demo Koi ga Shitai!
RejissorTatsuya İşihara
SsenaristCukki Hanada
StudiyaKyoto Animation
Vaxt96 dəq.
Anime
Love, Chunibyo & Other Delusions -Heart Throb- Lite
RejissorTatsuya İşihara
SsenaristCukki Hanada
BəstəkarNicine
StudiyaKyoto Animation
Digər lisenziyalar
AVA
Madman Entertainment
Sentai Filmworks
Animatsu Entertainment / Manga Entertainment
Buraxılış tarixi26 dekabr 201313 mart 2014
Vaxt4 dəq.
Seriyalar6 (seriya siyahısı)
Anime
Love, Chunibyo & Other Delusions -Heart Throb-
RejissorTatsuya İşihara
ProdüsserEharu Oohaşi
Şiqeru Sayto
Şiniçi Nakamura
SsenaristCukki Hanada
BəstəkarNicine
StudiyaKyoto Animation
Digər lisenziyalar
AVA
Madman Entertainment
Sentai Filmworks
Animatsu Entertainment / Manga Entertainment
Kaze
Mighty Media
KanalTokyo MX, SUN, KBS, TVA, BS11, Animax
Digər kanallar
Animax Asia
Anime Network
Buraxılış tarixi8 yanvar 201426 mart 2014
Seriyalar12 (seriya siyahısı)
Anime
Love, Chunibyo & Other Delusions -Heart Throb-
RejissorTatsuya İşihara
StudiyaKyoto Animation
Digər lisenziyalar
AVA
Madman Entertainment
Sentai Filmworks
Animatsu Entertainment / Manga Entertainment
Vaxt24 dəq.
Digər
  • Love, Chunibyo & Other Delusions! Take on Me (film)

Anime Şimali Amerikada Sentai Filmworks, AvstraliyaYeni Zelandiyada Madman Entertainment, Böyük Britaniyada Manga EntertainmentAnimatsu Entertainment, Fransada Kaze, Tayvanda Mighty Media tərəfindən lisenziyalaşdırılmışdır.

Məzmun

Yuuta Toqaşi orta məktəbdə ikən "8-ci sinif sindromu"na (çuubinyo) yaxalanmış oğlandır: fövqəltəbii güclərə malik olduğuna inanır və özünü "Qara alov ustası" adlandırır. Buna görə də sinif yoldaşları ondan uzaqlaşırlar. Artıq bu sindromdan qurtulmuş Yuuta "utandırıcı" keçmişindən qurtulmaq üçün heç kimin onu tanımadığı yeni liseyə keçir. Lakin onun arzusu təhlükə altına düşür: yeni sinfində təhsil alan Rikka Takanaşi də çuubinyodur və Yuutanın keçmişini öyrənər-öyrənməz Yuuta ilə maraqlanmağa başlayır.

Hekayənin gedişatında Rikka ilə Yuutanın aralarındakı münasibətlər getdikcə güclənir. Yuuta onun xəyallarını narahatlıq yaradan və utandırıcı hesab etsə də, Rikkanı qəbul edir. Yuuta Rikkaya bir çox məsələlərdə, məsələn klub qurmaqda kömək edir. Yuuta yay tətilində Rikkanın çox sevdiyi atasının iki il əvvəl sağalmaz xəstəlikdən öldüyünü və Rikkanın atasına yenidən qovuşmaq üçün "Ruhani üfüq"ü (不可視境界線, Fukashi Kyōkaisen) axtardığını öyrənir. Yuuta Rikkaya kömək etmək qərarına gəlir.

Personajlar

Yuuta Toqaşi (富樫 勇太, Togashi Yūta)
Səsləndirən: Cun Fukuyama
Əsas kişi personajdır. Əsas hadisələr başlamazdan Yuuta 8-ci sinif sindromuna yaxalanmışdı və özünü "Qara alov ustası" adlandırırdı. Buna görə sinif yoldaşları ondan uzaqlaşmışdırlar. Keçmiş həyatını utandırıcı hesab edən Yuuta yeni həyata başlamaq üçün yeni məktəbə keçir. Lakin Rikka ilə tanış olduqdan sonra "keçmişi yenə onun arxasınca düşür". O və Rikka sonda çox yaxın olurlar və görüşməyə başlayırlar. Satone Şiçimiya onun keçmiş sinif yoldaşıdır, Yuutanın 8-ci sinif sindromuna yaxalanmasına məhz Satone səbəb olmuşdu.
Rikka Takanaşi (小鳥遊 六花, Takanashi Rikka)
Səsləndirən: Maaya Uçida
Hekayənin əsas qadın personajıdır. Yuuta ilə bir sinifdə oxuyur və onun üst qonşusudur. Rikka da Yuuta kimi 8-ci sinif sindromuna yaxalanıb, lakin ondan fərqli olaraq sindromdan çıxmayıb. Rikka düşünür ki, "Şeytan göz" (邪王真眼, Jaō Shingan) adlı gücə malikdir. Yaralı olmamasına baxmayaraq, sağ gözünə sarğı taxıb və sol gözünü sarıyıb, belə etdikdə bədənindəki lənəti möhürlədiyini deyir. Pomidor yeməyi sevmir. Yuuta ilə yaxın olsa da, tanımadığı adamlarla qarşılaşanda döyüş vəziyyəti alır. Onun fentezi silahı büzməli çətirdir və ondan qılınc kimi istifadə edir. Xəyali əməliyyatlarına gedərkən uzunboğaz corab və qotik paltar geyinir. Bir az yöndəmsiz və unutqan qızdır. Rikkanın 8-ci sinif sindromuna yaxalanmasına Yuuta səbəb olmuşdu. Belə ki, Yuutanın 8-ci sinif sindromunda olduğu dövrdə onun "xəyalları"na şahidlik etmişdi. Rikka və Yuuta daha sonra görüşməyə başlayırlar, lakin Rikkanın 8-ci sinif sindromu onların münasibətlərinin irəliləməsinə mane olur.
Şinka Nibutani (丹生谷 森夏, Nibutani Shinka)
Səsləndirən: Çinatsu Akasaki
Yuutanın sinif yoldaşı və sinif nümayəndəsidir. Gözəlliyinə görə sinifin ən populyar qızıdır, hər kəs onun mülayim və mehriban qız olduğunu düşünür. Lakin əslində Yuuta kimi keçmişdə 8-ci sinif sindromuna yaxalanmışdı və özünü 1.200 yaşı olan Mori Sammer (モリサマー, Mori Samā) adlandırırdı. 8-ci sinif sindromundan qurtulandan sonra keçmişini arxada buraxmaq üçün Yuuta kimi məktəbini dəyişmişdir. Şinka 8-ci sindromunda olarkən yazdığı "Mabinoqion" adlı kitabın Sanaedə olduğunu öyrənəndə kitabı ələ keçirmək üçün Rikkanın məktəb klubuna qatılır. Lakin məqsədi ortaya çıxanda əsl təbiətini göstərir: bir az kobud və tez əsəbləşən qızdır. Yuuta əvvəlcə Şinka ilə sevgili olacağını düşünür, lakin onun səl təbiətini gördükdən sonra onunla sadəcə dost olmağa qərar verir. Sanae onun əsl Mori Sammer olduğuna inanmır, onu "saxta Mori Sammer" çağırır və ona tez-tez sataşır. Buna görə onlar tez-tez mübahisə edirlər.
Sanae Dekomori (凸守 早苗, Dekomori Sanae)
Səsləndirən: Sumire Uesaka
Liseyin üçüncü sinifində oxuyan qızdır və sadəcə animedə görünmüşdür. Onun çox uzun hörükləri var və onlardan silah kimi istifadə edir. Rikka kimi Sanae də 8-ci sinif sindromundadır və Rikkanı ustası hesab edir. Lakin Rikkadan fərqli olaraq qiymətləri əladır, sinifinin ən yaxşı oxuyanıdır və riyaziyyatı əla bilir. Mori Sammerin böyük fanatıdır, "Mabinoqion" kitabının bir neçə nüsxəsini hələ də özündə saxlayır. Lakin Şinkanın əsl Mori Sammer olduğuna inanmır və onu saxta adlandırır. Cümlələrinin çoxunu "desu" sözü ilə bitirir, çünki "desu" sözünün "death" ("ölüm") sözü kimi səsləndiyini düşünür. Sanae bilir ki, xəyalları xəyaldan başqa bir şey deyil. Ailəsi çox varlıdır, lakin dostlarının arasında bunu hiss etdirmir. Daha sonra Yuta və dostlarının oxuduğu liseyə keçir.
Makoto İşşiki (一色 誠, Isshiki Makoto)
Səsləndirən: Soyçiro Hoşi
Makoto Yuutanın sinif yoldaşıdır və onun arxasındakı partada əyləşir. Makoto sinifin qızlarını analiz etməyi sevir. Qızların diqqətini cəlb etmək məktəbin musiqi klubuna qoşulur və gitara alır, lakin çalmağı bacarmır. Sinifdə "ən gözəl qızlar" adlı sorğu keçirir və məlumatları bir dəfə qeyd edir. Lakin bu dəftəri tapılandan sonra qızlar üzr istəməyə və saçlarını kəsdirməyə məcbur olur. Animedə Kuminə aşiqdir.
Kumin Tsuyuri (五月七日 くみん, Tsuyuri Kumin)
Səsləndirən: Azumi Asakura
Ancaq animedə görünən personajdır. Qayğısız qızdır və digərləri ilə eyni məktəbə gedir, lakin onların senpayıdır. Yatmağı çox sevir, hara gedirsə, özü ilə balış və ya balışlar gətirir. Hətta bəzən məktəbin həyətində futonla yatır. Kumin çox köhnəpərəst və köhnədəblidir, lakin Makoto onu bu xüsusiyyətinə görə sevir. Məktəbdə yuxu klubunu qurur, lakin heç kim kluba üzv olmadığından klubunu Rikkanın klubu ilə birləşdirir. Rikka və Sanaeyə olan hörmətinə görə onların fentezi xəyallarını başa düşmək istəyir. Pişikləri də çox sevir.
Nanase Tsukumo (九十九 七瀬, Tsukumo Nanase)
Səsləndirən: Kikuko İnoe
Yuuta və Rikkanın müəllimidir. Mehriban, amma şagirdlərinə, xüsusilə Rikkaya sataşmağı sevir. Yuuta və Rikka onu Nana-çan çağırırlar.
Toka Takanaşi (小鳥遊 十花, Takanashi Tōka)
Səsləndirən: Eri Senday
Sadəcə animedə görünən personajdır. Rikkanın böyük bacısıdır, restoranda baş aşpaz kimi işləyir. Kiçik bacısının 8-ci sinif sindromunda olmasını istəmir, onu tez-tez əlində tutduğu çömçəsi ilə vurur. Akrobatik və elastik bədən quruluşuna malikdir, bunun səbəbi liseydə oxuyarkən gimnastika ilə məşğul olmasıdır. Rikka bacısını şeytanın yüksək səviyyəli rahibəsi hesab edir və onu "Ruhani üfüq"ü tapmaqda mane olmaqda günahlandırır. Toka daha sonra işləmək üçün İtaliyaya gedir.
Yumeha Toqaşi (富樫 夢葉, Togashi Yumeha)
Səsləndirən: Mami Şitara
Yuutanın ən kiçik bacısıdır, beş yaşı var. Yuutanın 8-ci sinif sindromunda aldığı antik əşyaları maraqlı hesab edir və onları "cool" adlandırır. Rikkaya heyranlığı var.
Kuzuha Toqaşi (富樫 樟葉, Togashi Kuzuha)
Səsləndirən: Kaori Fukuhara
Yuutanın kiçik bacısıdır. Orta məktəbin 1-ci sinfinə gedir. Yaxşı yemək bişirə bilir.
Satone Şiçimiya (七宮 智音, Shichimiya Satone)
Səsləndirən: Curi Naqatsuma
Satone Yuutanın keçmiş sinif yoldaşıdır. Yuutanın 8-ci sinif sindromuna yaxalanmasına məhz Satone səbəb olmuşdu. Orta məktəbin ikinci ilində Yuuta onunla sağollaşmadan yeni məktəbə keçmişdir. Satone daha sonra Şinka Nibutaninin əvvəllər oxuduğu məktəbə keçmişdir və onlar orada daha yaxın olmuşdurlar. Satone də 8-ci sinif sindromundadır və özünü "Sofiya Rinq SP Saturn VII" (ソフィアリング・SP・サターン7世) adlandırır, Yuutanı isə "Yuuşa" (勇者, azərb. "Qəhrəman") çağırır. O, ilk dəfə ranobe seriyasının 2-ci cildində, animenin isə 2-ci mövsümündə peyda olmuşdur. Satone Yuuta ilə birlikdə orta məktəbdə oxuyarkən ona qarşı sevgi hisləri bəsləmişdir, lakin əbədi olaraq "Sofiya Rinq SP Saturn VII" və "Sehrli şeytan qız" kimi qalmağa qərar vermişdir.
Kazari Kannaqi (巫部 風鈴, Kannagi Kazari)
Səsləndirən: Manami Şirakava
Kazari Yuutanın sinif yoldaşıdır və sinif idoludur. Məktəbində ən gözəl qızlar sıralamasında 2-ci yerdə göstərilmişdi. Nibutani ilə yaxın münasibətləri var.

Media

Ranobe

"Love, Chunibyo & Other Delusions" Nozomi Osakanın rəssamlığı ilə Torako tərəfindən yazılan ranobe seriyasıdır. Torako ranobenin birinci cildini 2010-cu ildə keçirilən birinci Kyoto Animation Mükafatı müsabiqəsinə təqdim etmişdir və əsəri roman kateqoriyasında uğur qazanmışdır.[1] Daha studiya 1 iyun 2011-ci ildə ranobeninin birinci cildini nəşr etmişdir.[2] 14 mart 2014-cü ilə kimi 3 cildi çapdan çıxmışdır.[3] Dördüncü cild 22 dekabr 2017-ci ildə buraxılmış və sonuncu cild olmuşdur.[4]

Nəşr tarixi ISBN
1 1 iyun 2011ISBN 978-4-9905812-0-6
2 28 dekabr 2011ISBN 978-4-9905812-2-0
3 14 mart 2014ISBN 978-4-907064-14-3
4 4 dekabr 2017ISBN 978-4-907064-76-1

Anime

4 oktyabrdan 19 dekabr 2012-ci ilə kimi Yaponiyada Tatsuya İşiharanın rejissorluğu ilə Kyoto Animation tərəfindən istehsal olunmuş 12 seriyalıq anime serialı adaptasiyası yayımlanmışdır.[5][6][7][8] Anime serialının yayımlanmazdan əvvəl YouTube vasitəsilə 27 sentyabrdan 1 noyabr 2012-ci ilə kimi həftəlik olaraq 6 seriyalıq "Love, Chunibyo & Other Delusions Lite" adlı ONA seriyası yayımlanmışdır.[9][10] Anime serialı 19 dekabr 2012-ci ildən 15 may 2013-cü ilə kimi BD/DVD cildlərində buraxılmışdır.[11][12] Cildlərə "Depth of Field: Ai to Nikushimi Gekijō" (Depth of Field ~ 愛と憎しみ劇場, azərb. "Sahə dərinliyi: Sevgi və nifrət teatrı) adlı bonus seriyalar əlavə olunmuşdur.[13] Yeddinci cild OVA seriyası, əlavə "Depth of Field" seriyası və "Lite" seriyaları ilə birlikdə 19 iyun 2013-cü ildə buraxılmışdır.[10]

Animenin açılış mahnısı Zaq tərəfindən ifa olunan "Sparkling Daydream" mahnısı, bağlanış mahnısı Black Raison d'être (Maaya Uçida, Çinatsu Akasaki, Azumi Asakura və Sumire Uesaka) tərəfindən ifa olunan "Inside Identity" mahnısıdır. Üç əlavə mahnıdan istifadə olunmuşdur: 8-ci seriyada Zaq tərəfindən ifa olunan "Hajimari no Tane" (始まりの種) mahnısı, 10-cu seriyada Zaq tərəfindən ifa olunan "Kimi no Tonari ni" (君のとなりに) mahnısı və 10-cu seriyada Maaya Uçida tərəfindən ifa olunan "Miagete Goran Yoru no Hoshi o" (見上げてごらん夜の星を) mahnısı səsləndirilmişdir. "Sparkling Daydream" sinqlı 24 oktyabr 2012-ci ildə, "Inside Identity" sinqlı 21 noyabr 2012-ci ildə buraxılmışdır.[14] "Lite" seriyalarının açılış mahnısı "Kimi e" (君へ) mahnısı, bağlanış mahnısı isə "Shikkoku ni Odoru Haōbushi" (漆黒に躍る弧濁覇王節) mahnısıdır. Hər iki mahnı Zaq tərəfindən ifa olunmuşdur.[15]

Birinci mövsümdə baş verən hadisələri Rikkanın prespektivindən nəql edən "Takanashi Rikka Kai: Gekijō-ban Chūnibyō Demo Koi ga Shitai!" (小鳥遊六花・改 ~劇場版 中二病でも恋がしたい!~) adlı anime filmi Yaponiya kinoteatrlarında 14 sentyabr 2013-cü ildə göstərilməyə başlamışdır. Film 19 dekabr 2014-cü ildə DVD və BD formatlarında buraxılmışdır.[16] Animenin ikinci mövsümü "Love, Chunibyo & Other Delusions -Heart Throb-" (中二病でも恋がしたい!戀, Chūnibyō Demo Koi ga Shitai! Ren) Yaponiyada 8 yanvarda 26 mart 2014-cü ilə kimi nümayiş etdirilmiş və Crunchyroll vasitəsilə yayımlanmışdır.[17] Açılış mahnısı Zaq tərəfindən ifa olunmuş "Voice" mahnısı, bağlanış mahnısı isə Black Raison d'être tərəfindən ifa olunan "Van!shment Th!s World" mahnısıdır. İkinci mövsümün "Lite" seriyaları YouTube-da 26 dekabr 2013-cü ildə buraxılmışdır.[18] "Lite" seriyalarının bağlanış mahnısı Zaq tərəfindən ifa olunan "Shin'en ni Mau Senritsu Shanikusai" (深淵に舞う戦慄謝肉祭) mahnısıdır.

"Love, Chunibyo & Other Delusions! Take on Me" (映画 中二病でも恋がしたい! -Take on Me-, Eiga Chūnibyō demo Koi ga Shitai! Take on Me) adlı ikinci filmin premyerası 6 yanvar 2018-ci ildə baş tutmuşdur.[19]

Anime Şimali Amerikada Sentai Filmworks,[20] AvstraliyaYeni Zelandiyada Madman Entertainment, Böyük Britaniyada Manga EntertainmentAnimatsu Entertainment,[21] Fransada Kaze, Tayvanda Mighty Media tərəfindən lisenziyalaşdırılmışdır.

İstinadlar

  1. "No Grand Prizes Given for 1st Kyoto Animation Award". Anime News Network. April 22, 2010. 2019-04-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 31 avqust 2016.
  2. "『中二病でも恋がしたい!』『夕焼け灯台の秘密』の販売に関するお知らせ" (Japanese). Kyoto Animation. June 1, 2011. June 12, 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 31 avqust 2016.
  3. "Books | 『中二病でも恋がしたい!』公式サイト" (Japanese). Kyoto Animation. 2018-10-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 31 avqust 2016.
  4. "Books | 『中二病でも恋がしたい!』公式サイト" [Books | Chūnibyō Demo Koi ga Shitai! Official Website] (Japanese). Kyoto Animation. 2018-10-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 16 yanvar 2018.
  5. "Kyoto Animation Plans Chū-2 Byō Demo Koi ga Shitai! Anime". Anime News Network. December 27, 2011. 2019-05-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 31 avqust 2016.
  6. "Kyoto Animation's Chūnibyō Demo Koi ga Shitai! to Run on TV". Anime News Network. July 7, 2012. 2019-04-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 31 avqust 2016.
  7. "First Promo For KyoAni's Chuunibyo Demo Koi ga Shitai!". Crunchyroll. August 10, 2012. August 28, 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 31 avqust 2016.
  8. "Chūnibyō Demo Koi ga Shitai! Slated for October 3". Anime News Network. September 1, 2012. 2019-05-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 31 avqust 2016.
  9. "KyoAni Streams Chūnibyō Demo Koi ga Shitai! 'Lite '​ #1". Anime News Network. September 27, 2012. 2021-01-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 31 avqust 2016.
  10. "7th Chūnibyō Demo Koi ga Shitai! BD/DVD Adds Unaired Anime". Anime News Network. November 1, 2012. 2012-11-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 31 avqust 2016.
  11. "中二病でも恋がしたい! (1) [Blu-ray] (2012)" (Japanese). Amazon.co.jp. 2023-07-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 31 avqust 2016.
  12. "中二病でも恋がしたい! (6) [Blu-ray]" (Japanese). Amazon.co.jp. 2023-07-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 31 avqust 2016.
  13. "Chūnibyō Demo Koi ga Shitai! BDs/DVDs to Have Unaired Shorts". Anime News Network. October 3, 2012. 2021-06-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 31 avqust 2016.
  14. "音楽CD" (Japanese). Kyoto Animation. 2012-10-06 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 31 avqust 2016.
  15. ボーカルミニアルバム・オリジナルサウンドトラック発売決定! (Japanese). Kyoto Animation. 2021-02-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 31 avqust 2016.
  16. "Chūnibyō demo Koi ga Shitai! Gets Film in September". Anime News Network. June 9, 2013. 2021-12-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 31 avqust 2016.
  17. "Crunchyroll to Stream Love, Chunibyo & Other Delusions REN Sequel Anime". Anime News Network. January 6, 2014. 2021-12-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 31 avqust 2016.
  18. "Love, Chunibyo & Other Delusions Lite II Short's 1st Episode Stars Nibutani, Kumin". Anime News Network. December 26, 2013. 2021-06-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 31 avqust 2016.
  19. "Love, Chunibyo & Other Delusions! Gets New Anime Film on January 6". Anime News Network. May 19, 2017. 2021-12-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30 iyul 2017.
  20. "Sentai Filmworks Adds KyoAni's Chūnibyō Demo Koi Ga Shitai". Anime News Network. September 30, 2012. 2022-03-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 31 avqust 2016.
  21. "Manga UK Updates from London MCM Comic Con". Anime News Network. May 28, 2016. 2022-07-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 31 avqust 2016.

Xarici keçidlər

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.