Lotus (Formula-1 komandası, 2012—2015)
Lotus Formula-1 komandası (ing. Lotus F1 Team) - Formula 1 Dünya Çempionatında iştirak edən İngiltərə avtomobil yarış qrupudur. Lotus F1 Team 2009-cu ilin sonunda Lüksemburqun özəl Genii Capital investisiya fonduna satılan Renault şirkətinin varisidir.
İlk sezonda, Lotus adı altında "Formula-1" Konstruktorlar Kuboku dünya çempionatı yarışmasında dördüncülük qazandı. 2011-ci ildən etibarən komandanın sponsoru və tərəfdaş sahibi Lotus Cars şirkətidir və komandaya Lotus Renault GP adı verilmişdi. 2012-ci il mövsümündə Lotus F1 komandası adlandırıldı, lakin aprel ayından etibarən əsas sahibi, investisiya şirkəti Genii, idman avtomobili istehsalçısının qeyri-sabit maliyyə vəziyyətindən xəbərdar olduqdan sonra Lotus Cars ilə baş sponsor müqaviləsini pozdu.
9 oktyabr 2014-cü ildə məlum oldu ki, 2015-ci ildən etibarən Mercedes mühərrikləri istifadə ediləcək. Komanda Renault'a 18 dekabr 2015-ci ildə satıldı.
Lotus F1 Komandasının adı 3 Fevral 2016 tarixində rəsmi olaraq ləğv olundu və Renault Sport Formula 1 komandası olaraq rəqabət edəcəklərini açıqladılar.
Tarixi
Qrupun Formula bir tarixi 1981-ci ildən Witney, Oxfordshire, İngiltərədə yerləşən, Toulmen motorsport adı altında başlamışdır. 1986-cı ildə, komandanın Benetton ailəsi tərəfindən 1985-ci ildə alınması səbəbindən ad dəyişdirilərək Benetton Formula adı verildi. Renault 2000-ci ildə Benetton komandasını satın aldı və 2002-ci ildə komanda Renault F1 adlandırıldı.
2009-cu ilin sonunda Renault komandanın əksər hissəsini Genii Capital-a satmışdı. 2011-ci ildən komandanın adı "Lotus Renault GP" və 2012-ci ildə isə dəyişdirilərək "Lotus F1 Team" olmuşdur.