Lotiyev gürzəsi
Lotiyev gürzəsi (Vipera lotievi) — Əsl gürzələr cinsinə daxil olan ilan növü. Rus herpetoloqu Konstantin Lotiyevin şərəfinə adlandırılıb.
Lotiyev gürzəsi | ||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||||
XƏTA: parent və rang parametrlərini doldurmaq lazımdır.
???: Lotiyev gürzəsi |
||||||||||
Beynəlxalq elmi adı | ||||||||||
|
Görünüşü
Lotiyev gürzəsi çöl gürzəsinə çox bənzəyir. Əsas fərqləri isə Lotiyev gürzəsinin nisbətən enli və başının yumru olması ilə fərqlənir. Rəngi parlaq-boz və ya boz qəhvəyi olur. Uzunluğu 500 mm təşkil edir.
Yayılması
Lotiyev gürzəsi əsasən Şimali Qafqazın Kabarda-Balkariya, Şimali Osetiya, Çeçenistan, İnquşetiya və Dağıstan ərazilərində, üstəlik Gürcüstanın dağlıq ərazilərində yayılmışdır. Son zamanlar bu canlılara Azərbaycanda belə rastlanılır[3]. Azərbaycanda Böyük Qafqazın şimal yamaclarında yayılıb. Hec bir yarımnövü yoxdur. Əvvəllər isə çöl gürzələrinə daxil edilirdi.
Həyat tərzi
Dağ çölü şəraitində hündürlüyü 1200–1800 metr olan ərazilərdə yayılırlar. Daglıq kserofit bitkilərin yayıldığı ərazilərdə üstünlük təşkil edir.
Əsasən kiçik gəmiricilər, kərtənkələlər və digər sürünənlərlə qidalanır. Çoxalması öyrənilməmişdir.
İstinadlar
- Integrated Taxonomic Information System (ing.). 2004.
- The Reptile Database (ing.). / P. Uetz 2015.
- "Azərbaycanda yeni növ ilan peyda olub". 2015-11-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-03-05.