Loru mahalı

Loru mahalıAzərbaycanın tarixi mahallarından biri. Səfəvilər dövlətinin, Qarabağ bəylərbəyliyinin doqquz mahalından biri.

Borçalı Rusiya tərəfindən işğal edildikdən sonra, 12 sentyabr 1801-ci ildə Gürcüstan quberniyası daxilində Borçalı distansiyası yaradıldı. 1880-ci ildə Tiflis quberniyası daxilində Borçalı qəzası təşkil edilir və onun ən böyük nahiyəsi də Loru olur. Loru Borçalının dağlıq hissəsini təşkil etdiyindən ona Dağ Borçalısı da deyirlər. Bu ərazidə bir vaxtlar Loru şəhərinin mövcudluğu və həmin şəhərin 1236-cı ildə monqollar tərəfindən dağıdıldığı, XIV-XV əsrlərdə yenidən bərpa olunduğu, XV-XVIII əsrlərdə Osmanlıİran hücumlarına məruz qaldığı yazılır.

1918-ci ildə erməni daşnak hökumətinin silahlı qüvvələri qəflətən hücum edərək Loru və Pəmbək mahalı ərazilərini işğal edir. 1919-cu ilin yanvarında Tiflisdə keçirilən Ermənistan-Gürcüstan konfransında Borçalı qəzası (əslində Loru nahiyəsi) neytral zona elan edilir. 1920-ci ilin sentyabrında türk qoşunlarının Gümrünü tutmasından narahat olan Gürcüstan hökuməti Loru neytral zonasına nəzarəti öz üzərinə götürür.

1921-ci ildə isə GürcüstanErmənistan bolşevik hökumətləri arasında Lorunun Ermənistana verilməsi haqqında razılıq əldə edilir. 1922-ci il dekabrın 22-də Vorontsovka bölgəsi də Ermənistanın Loru-Pəmbək qəzasına qatıldı. Beləliklə Ermənistanın inzibati bölgüsündə Loru mahalı 4 rayon- Barana rayonu, Allahverdi rayonu, Cəlaloğlu rayonu və Vorontsovka rayonu şəklində öz əksini tapdı.

Mahalın kəndləri

  • İlməzli kəndi
  • Qızılşəfəq kəndi
  • Evli kəndi
  • Soyuqbulaq kəndi
  • Qızıldaş kəndi,
  • Qaraqala kəndi,
  • Qaraisə kəndi,
  • Dəmirçilər kəndi,
  • Sarəyal kəndi

Həmçinin bax

Xarici keçidlər

  • Əziz Ələkbərli, "Qədim türk-oğuz yurdu "Ermənistan"", Bakı, "Sabah", 1994.
  • PDF versiyası. // Qərbi Azərbaycanın türk mənşəli toponimləri. Müəllifi: İ. M. Bayramov; Redaktorları: B. Ə. Budaqov, H. İ. Mirzəyev, S. A. Məmmədov. Bakı: "Elm" nəşriyyatı, 696 səh. ISBN 5-8066-1452-2
  • Həbib Rəhimoğlu. "Silinməz adlar, sağalmaz yaralar", Bakı, "Azərnəşr", 1997.
  • B.Ə.Budaqov, Q.Ə.Qeybullayev. "Ermənistanda Azərbaycan mənşəli toponimlərin izahlı lüğəti". Bakı, "Oğuz eli", 1998.
  • Ermənistan azərbaycanlılarının tarixi coğrafiyası, Bakı, «Gənclik», 1995.
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.