Lorens Kun
Lorens Yakovleviç Kun (alm. Lorenz Jakob Kun, 1884, Yelenendorf, Yelizavetpol qəzası – 1942) — Azərbaycan Xalq Cümhuriyyəti Parlamentində Milli azlıqlar fraksiyasının sədri, Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin üzvü.
Lorens Kun | |
---|---|
alm. Lorenz Jakob Kun | |
15 dekabr 1918 – 27 aprel 1920 | |
15 dekabr 1918 – 27 aprel 1920 | |
Fraksiya | Milli azlıqlar fraksiyası |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 1884 |
Doğum yeri | |
Vəfat tarixi | 1942 |
Fəaliyyəti | siyasətçi |
Həyatı
Lorens Kun 1884-cü ildə əslən almanların yaşadığı Yelenendorf şəhərində anadan olmuşdur. 1915-ci ildən neft sənayeçisi Bekenderfun yanında sahə müdiri olaraq çalışdı.
1920-ci illərdə o, Gəncə rayonunda mühəndis kimi çalışmışdır. Gəncə Rayony "Konkordiya" Üzümçü və Şərabçıların İstehsal Kooperativinin İdarə Heyətinin üzvü idi. Onun vəzifələrinə texniki hissənin idarə edilməsi, ofis işləri və mədəni-maarif işləri daxil idi.
Repressiya
Lorens Kun KQB tərəfindən "Konkordiya işi" səbəbilə 1925-ci ildə əvvəlcə 8 il müddətinə həbs olunur.[1] 5 ildən sonra isə azad olunur. 1930-cu ildə Gürcüstan şirkəti "Qruzneft"də baş mühəndis daxil olmaqla fərqli vəzifələrdə çalışır. 1933–1934-cü illərdə Gürcüstanda Mirzəan sahəsinin baş mühəndisi olaraq çalışmışdır.
Lorens Kun 18 fevral 1938-ci ildə yenidən həbs olundu və 5 il həbs cəzasına məhkum edildi. 18 fevral 1940-cı ildə SSRİ Daxili İşlər Komissarlığı Şimali Ural İTL rəhbərinin qərarı ilə Kaganoviç adına Tavda Dəmiryolu Stansiyaya köçürüldü. 1942-ci ildə Uxtada vəfat etdi.
Siyasi fəaliyyəti
Yelenendorfda işlədikdən sonra yerli Alman komitəsinə üzv seçilmişdir.
10 dekabr 1918-ci il tarixində Alman Milli Şurası sıralarından Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin üzvü seçilmiş, sənədləri 15 dekabr tarixində təsdiqlənmişdir. O, parlamentdə Milli azlıqlar fraksiyasının üzvü və sədri olmuşdur.[2][3][4][5][6]
Parlamentin 10 dekabr 1918 tarixli sayca 2-ci iclasında Lorens Kun azərbaycanlılar və almanlar arasındakı 100 illik dostluq haqqında belə çıxış etmişdir.[7]
...ən səmimi qonşuluq əlaqələrimiz heç vaxt pozulmamışdır. Azərbaycan Xalq Cümhuriyyəti almanları sakitcə gələcəyə baxır, öz milli mənsubiyyətlərinin qorunacağına və sakit iş həyatına davam edəcəyinə ümidlidir və müstəqil Azərbaycanın xeyrinə çalışacaqlar.. |
Ailəsi
- Xanımı Lina Forer — (d.1898) "Forer qardaşları" Səhmdar Cəmiyyətinin qurucularından olan Henrix Forerin qızı
- Oğlu: Alfred Kun — (d. 1925)
- Qızı: Qertruda Kun — (d. 1917)
- Qardaşları: Robert Kun, Samuil Kun (d. 1870), İmmanuel Kun (d. 1881)
Mənbə
İstinadlar
- Государственный Архив новейшей истории Азербайджанской Республики (Баку), Институт германских и восточноевропейских исследований, Гёттинген (Германия). Конкордия. Производственный кооператив виноградарей и виноделов Гянджинского района. — Одесса, 2001. — С. 71–73.
- Hacıyeva, Rima. Azərbaycan tolerantlığında alman irsinin izləri və memarlığı (az.). Bakı: Mənəvi Dəyərlərin Təbliği Fondu. 2019. 23.
- Ангальдт, Марина. "Азербайджанские немцы: от славного прошлого до депортации". Russian DAZ (rus). 2022-04-13. 2023-02-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-11-28.
- Государственный исторический архив Азербайджанской Республики, Государственный архив Азербайджанской Республики, Институт германских и восточноевропейских исследований, Гёттинген (Германия). Еленендорф в Азербайджане. — Одесса, 2001. — С. 116.
- Lorens Kun // Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası. II. Bakı: "Lider". 2005. 472. ISBN 9952-417-44-4.
- Stenoqramlar 2, 1998. səh. 49-50
- Рауф А. ГУСЕЙН-ЗАДЕ Немцы Азербайджана Arxivləşdirilib 2021-11-20 at the Wayback Machine : журнал. — IRS Наследие, 2007. — № 25. — ISSN1992–4836.
Ədəbiyyat
- Yaqub Mahmudov. Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası (PDF). 1 (Lider nəşriyyatı). Bakı. 2004. səh. 440. ISBN 9952-417-14-2.
- Yaqub Mahmudov. Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası (PDF). 2 (Lider nəşriyyatı). Bakı. 2004. səh. 472. ISBN 9952-417-44-4.
- Azərbaycan Xalq Cümhuriyyəti (1918–1920), Parlament (Stenoqrafik hesabatlar). I kitab (PDF). Bakı: Azərbaycan nəşriyyatı. AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİ YANINDA BAŞ ARXİV İDARƏSİ. 1998. səh. 976.
- Azərbaycan Xalq Cümhuriyyəti (1918–1920), Parlament (Stenoqrafik hesabatlar). II kitab (PDF). Bakı: Azərbaycan nəşriyyatı. AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİ YANINDA BAŞ ARXİV İDARƏSİ. 1998. səh. 992.