Lop səhrası

Lop səhrası — səhra Sintszyan-Uyğur Muxtar Rayonu ərazisində yerləşir. Korla şəhərindəb Tarim çökəkliyinənin sərhədinə qədər uzanır. Səhra ideal şəkildə düzən relyefə malikdir. Şimal-şərqdə Baqraşgöl sahillərində hündürlü 1030—1040 metr, cənub-şərqdə isə Lobnor gölü ərazisində hündürlük 250 metrdir.

Lop səhrası
çin. 罗布沙漠
Ümumi məlumatlar
Sahəsi 50. 000 km²
Yerləşməsi
40°10′ şm. e. 90°35′ ş. u.
Ölkə  ÇXR
Lop səhrası xəritədə
Lop səhrası
Lop səhrası
Lopsəhrası (Asiya)
Lop
səhrası

Coğrafiya

Lop səhrası bütünlüklə düzən relyefə malikdir. Bununla belə ərazisində çala ərazilər vardır ki, onlara su toplandığı halda göllərə çevrilə bilər[1]. Tarim çayı dövrlərdən asılı olaraq öz məcrasını dəyişir. Bu səbəbdən göllərin sərhədləridə dəyişilir.

Keçmişdə Lobnor nəhəng bir bataqlıq olmuşdur. Hazırda bu ərazi gum və gildən ibarət olan olan səhradır. Burada gil sarı və sarı-boz rəngdə olur. Ərazisində demək olar ki, dreyf edən dyunlar yoxdur[2].

İqlimi

Lop səhrasının iqlimi olduqca quraqdır. 1984-cü ildə aparılan müşahidələr onu göstərmişdir ki, səhraya düşən yağıntının miqdarı 20 mm[1], 2008-ci ildəki araşdıma isə 31,2 mm[3] olması qeydə alınır. Bəzi hissələrdə rütubət sıfıra bərabərdir. Burada temperatur 50 °C bərabərdir. 1984-cü il məlumatına görə səhrada buxarlanma 1000——1500 mm-dir. Bu isə dərinliyi 2 metr olan gölün qidalanması olmadığı təqdirdə iki ilə qurumasına səbəb ola bilər. 2008-ci ildə buxarlanmanın miqdarı 2901 mm-dir.

Tarixən bölgə əkinçilik üçün əlverişli olmuşdur. Araşdırmalar göstərir ki, plestosen dövrünün sonundan bu günə kimi 7 dəfə iqlim dəyişikliyi baş vermişdir[3][4].

Lobnor

Çoxlu sayda faktlar vardır ki, Lonbor gölünün sahəsi olduqca böyük olmuşdur. Tarim çayı üzərinə atılan bənd sayəsində XX əsrdən etibarən göl demək olar ki tamamən qurumuşdur. Onun ərazisi şoranlığa çevrilmişdir. Burada duzun qalınlığı 30 sm-dən 1 metrə qədərdir.

Flora və fauna

Bölgənin bitki örtüyü olduqca kasaddır. Lobnor elmi ekspedisiya 1979—1982-ci illərdə cəmi 36 növ bitki növü müəyyən edilmişdir. Ekspedisiya 127 növ heyvan aşkarlayır ki, bununda 23 növü məməli, 97 növü quş, 7 növ sürünən və bir növ suda-quruda yaşayan müəyyən edilmişdir.

Qum fırtınaları

Yaz ayları səhrada güclü qum fırtınaları müşahidə edilir. Ərazisində daim yerini dəyişən dyunlar vardır. Onlar əsasən Təklə-Məkan səhrasının şərq hissəsində üstünlük təşkil edir. Elktermal iqlim şəraiti və yer dəyişən dyunlar yüzlərlə insanın ölməsinə səbəb olmuşdur[5].

Mənbə

İstinadlar

  1. Zhao Zongqiao & Xia Xuncheng (1984).
  2. Chisholm, Hugh, ed. (1911).
  3. Ma, C-M., Wang, F-B., Cao, Q-Y., Xia, X-C., Li, S-F. and Li, X-S. (2008).
  4. «lop NUR, xinjiang, China» Arxivləşdirilib 2016-11-04 at the Wayback Machine.
  5. «Memories of great desert exPlorer live on» Arxivləşdirilib 2012-11-10 at the Wayback Machine.
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.