Lonseston

Lonseston (ing. Launceston, tələffüzü - [ˈlɒnsəstən])[2]Avstraliyanın Tasmaniya adasının şimal kəsiyində, Şimali Esk və Cənubi Esk çaylarının birləşib Tamar çayını əmələ gətirdiyi yerdə yerləşən liman şəhəri. Hobart şəhərindən sonra Tasmaniyanın ikinci ən böyük şəhəridir.[3] Əhalisi 106.153 nəfərdir. Avstraliyanın ən böyük 9-cu qeyri-paytaxt şəhəridir. Tasmaniyanın sahildə yerləşməyən yeganə şəhəridir.

Şəhər
Lonseston
ing. Launceston
Bayraq
Bayraq
41°26′40″ c. e. 147°08′16″ ş. u.
Ölkə  Avstraliya
Rayon Tasmaniya
Mer Albert Van Zetten
Tarixi və coğrafiyası
Əsası qoyulub 1806
Sahəsi 91.1 km²
Mərkəzin hündürlüyü 0 m
Saat qurşağı UTC+10
Əhalisi
Əhalisi 106 153[1] nəfər (2011)
Rəsmi dili ingilis dili
Rəqəmsal identifikatorlar
Poçt indeksi 7250
Digər
launceston.tas.gov.au/lcc/  (ing.)
Lonseston xəritədə
Lonseston
Lonseston
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Şəhərin əsası 1806-cı ilin martında avropalılar tərəfindən qoyulmuşdur. Avstraliyanın ən qədim şəhərlərindən biri olduğundan bir çox tarixi tikiliyə ev sahibliyi edir. Şəhər öz adını Böyük Britaniyanın Lonston qəsəbəsindən almışdır. Şəhərdə bəzi ilklər gerçəkləşmişdir. Cənub yarımkürəsində ilk anestetik burada istifadə edilmişdir, Avstraliyanın kanalizasiya sisteminə sahib olan ilk şəhəridir. Şəhərdə mülayim iqlim hakimdir.

Tarixi

Peterson küçəsi.

Bu ərazinin ilk dəfə Tasmaniyanın daxili hissələrində yaşayan yerli aborigenlər tərəfindən məskunlaşıldığı ehtimal olunur.

Bura gələn ilk avropalılar 1798-ci ildə Corc Bass və Matyu Flinders olmuşlar. Onların ekspedisiyası indiki Lonseston şəhərinin 40 km şimal-qərbində məskunlaşmışdılar.[4]

Ərazidə ilk koloniya 1804-cü ildə Britaniya qarnizonu Uilyam Peterson tərəfindən qurulmuşdur. Lakin koloniya ilk əvvəllər indi Corc Taun şəhərinin ərazisində yerləşirdi. Daha sonra koloniya indiki York Taun şəhərinin ərazisinə, ən sonda indiki yerinə köçürülmüşdür.[5]

İlk əvvəllər bu yaşayış məntəqəsi Petersoniya adlanırdı. Amma Uilyam Peterson Cənubi Yeni Uelsin qubernatoru Filip Qidli Kaynqın şərəfinə anadan olduğu Lonston qəsəbəsinə görə buranın adını Lonseston qoymuşdur.

Lonseston 1830-cu ildə əhəmiyyətli balina ovçuluğu mərkəzi, 1852-ci ildə bələdiyyə, 1858-ci ildə qəsəbə, 1888-ci ildə şəhər olmuşdur.

Haqqında

Şəhər Şimali Tasmaniyanın ən böyük şəhəridir. Tasmaniyanın dəmiryol şəbəkəsinin mərkəzidir. Şəhərin ətrafında meyvə, taxıl yetişdirilir, yun istehsalı ilə məşğul olunur. Əsas ixracat məhsulları alüminium, taxta və toxuma məhsullardır. Şəhərdə bir çox un, pivə, toxuculuq müəssəsələri yerləşir.

Şəhərdə bir universitet, Kraliça Viktoriya Muzeyi və İncəsənət Qaleriyası, Müqəddəs Con kilsəsi, Entalli Evi yerləşir. Dünyanın ilk su elektrik stansiyalarından biri 1895-ci ildə Cənubi Esk çayı üzərində Katarakt keçidində tikilmişdir.[6]

Şəhərin 15 km cənubunda Lonseston Hava Limanı yerləşir. Brisben, Sidney, Melburn şəhərlərinə birbaşa reyslər vardır.

Qardaş şəhərlər

Şəhər Ştat/Əyalət Ölkə Tarix
İkeda[7] Osaka Yaponiya Yaponiya 1 noyabr 1965
Napa Kaliforniya ABŞ ABŞ 6 iyun 1988
Tayyuan Çin Şansi Çin Çin 28 noyabr 1995

Qalereya

İstinadlar

  1. "2011 Census QuickStats: Launceston". censusdata.abs.gov.au. 2016-01-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-02-20.
  2. Macquarie Dictionary, Fourth Edition (2005). Melbourne, The Macquarie Library Pty Ltd. ISBN 1-876429-14-3
  3. Atkins, Ben M.; Vince, Joanna Z. "The Launceston flood policies: Levees and beyond". The Australian Journal of Emergency Management. 24 (3). 2009: 32–37. ISSN 1324-1540. 2 November 2014 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2 November 2014.
  4. "History of Launceston". Launceston City Council. 6 April 2010 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2 November 2014.
  5. "Logbooks of the Lady Nelson". Project Gutenberg. 29 December 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 27 February 2009.
  6. "Launceston's Firsts". Launceston City Council. 25 June 2009 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 10 July 2009.
  7. "Sister Cities". Launceston City Council. 18 February 2011 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 16 February 2011.

Xarici keçidlər

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.