London Olimpiya Stadionu
London Olimpiya Stadionu (ing. London Stadium, 2016-cı ilə qədər — Olympic Stadium) — 2012 Yay Olimpiya Oyunlarında və 2012 Yay Paralimpiya Oyunlarında istifadə üçün Londonda tikilmiş stadion.[2]
London Olimpiya Stadionu | |
---|---|
London Stadium | |
Tamaşaçı tutumu | 60.000[1] |
Rəsmi saytı | |
Vikianbarda əlaqəli mediafayllar |
Tarixi
Stadionun tikintisi 29 mart 2011-ci il tarixində başa çatdırılmışdır. 2012-ci il Yay Olimpiya Oyunlarının məşəli bu stadionda yandırıldı.
Olimpiyadadan sonra istifadə
2012 Yay Olimpiya Oyunları və 2012 Yay Paralimpiya Oyunlarından sonra stadiondan istifadə hüququ üzrə tender keçirilmişdir. Olimpiadadan sonra stadiondan istifadə etmək üçün iki tərəfdaşlıq təklif etdi. Bu tərəfdaşlıq əlaqələriː
- Tottenhem Hotspur FK və AEG
- West Ham United FK və Newham Council
11 fevral 2011-ci il tarixində West Ham United-ın təklifi yekdil qərarla qəbul edildi. West Ham United-ın 2014-cü ilin yayında həmin stadiona köçəcəyi gözlənilirdi. Lakin West Ham United 2016-cı ilin yayında stadiona daşına bildi.[3]
Qalereya
- Stadion 2009-cu ilin yanvar ayındakı vəziyyəti.
- Stadion 2009-cu ilin oktyabr ayında.
- Stadion 2010-cu ilin yazında.
- Stadion 27 aprel 2011-ci il tarixində.
İstinadlar
- https://resources.premierleague.com/premierleague/document/2021/04/07/6ebff069-a7ee-415d-afbd-15878b6d33b2/2020-21-PL-Handbook-240321.pdf.
- "New Stadium capacity increased to 60,000". West Ham United F.C. 27 March 2016 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 24 March 2016.
- "West Ham set to end Olympic Stadium saga with 99-year deal" (ingilis). The Guardian. 2016-08-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-10-06.