Lomontit

Lomontit – Ca [Al2Si4O12] · 4 H2O; β - leonqardit – Ca [Al2Si4O12] · 3,5 H2O — Monoklinik sinqoniya. Rast gəlmə tezliyi şkalası: çox da tez-tez rast gəlməyən.

Lomontit
Ümumi məlumatlar
Kateqoriya Mineral
Formul
(təkrarlanan vahid)
CaAl₂Si₄O₁₂ * 4H₂O
Strunz təsnifatı VIII/J.22[1]
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

β-leonqardit lomontitin havada, yaxud zəif qızdırıldıqda qismən dehidratatsiyası zamanı kristallizatsiya süyunun 1/8 hissəsini itirməsi nəticəsində əmələ gələn toz şəkilli məhsuldur.

Növ müxtəliflikləri

Vanadiumlu (2,5% V2O5) və maqneziumlu (0,7%  MgO) lomontitlər.

Xassələri

Rəng – ağ, rəngsiz, sarımtıl, qırmızımtıl, bə-zən qəhvəyi; Mineralın cizgisinin rəngi – ağ; Parıltı – şüşə, ayrılma müstəvilərində–sədəfi; Şəffaflıq – şəffafdan yarımşəffafadək; lomontit havada öz-özünə süyunu qismən itirdikdə qeyri-şəffaf torpaqvari kütləyə (β-leonqardit) çevrilir; Sıxlıq – 2,25-2,35; Sərtlik – 3-3,5; Lomontit çox kövrəkdir; Ayrılma – {110} və {010} üzrə mükəmməl; Sınıqlar – qeyri-hamar, pilləli; Başqa xassələr – yaxşı sorbsiya qabiliyyəti; Morfologiya – kristallar: prizmatik, sütunvari; İkiləşmə: {100} üzrə; Mineral aqreqatları: druzalar, sferolitlər, lifli, çubuq- və torpaqvarı, bəzən incə dənəli massiv əmələgəlmələr.

Mənşəyi və yayılması

Bazalt və andezitlərdə badamvari, qranit, diorit və qranit peqmatitlərində damarcıq şəkilli əmələgəlmələrlə təmsil olunmuşdur. Dəmir filizli skarnlarda rast gəlir. Bəzən lomontit bilavasitə termal bulaqlardan çökür. Autigen əmələgəlmələri qumdaşlarında qeyd edilir. Birlikdə rast gəldiyi minerallar: başqa seolitlər, habelə kalsit, xloritlər, desmin, epidot, prenit, apofillit. Mineralın tapıldığı yerlər: Yeni Zelandiya; Yaponiya; Kamçatka, Ural (Rusiya); Bretani (Fransa); Baveno (İtaliya); Burqas (Bolqarıstan); Kaliforniya, Massaçusets ştatları (ABŞ). Azərbaycanda Dağlıq Qarabağda, Daşkəsən, Gədəbəy, Göy-Göl, Ordubad, Lerik, Astara rayonlarında, Kiçik Qafqazın Qazax və Ağcakənd çökəkliklərinin bir çox məntəqələrində qeyd olunur.

Tətbiqi

Böyük yığınlarının molekulyar ələk kimi praktik əhəmiyyəti vardır.

İstinadlar

  1. Ralph J., Nikischer T., Mineralogy H. I. o. Mindat.org (ing.): The Mineral and Locality Database. [Keswick, VA], Coulsdon, Surrey: 2000.

Xarici keçidlər

Mənbə

  • Azərbaycan mineralları. Bakı: Nafta-Press, 2004.
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.