Lomonosov silsiləsi
Lomonosov silsiləsi — Orta-Okean silsiləsinin tərkib hissəsinə daxil olan sualtı dağlar. Silsilə Şimal Buzlu okean daxilində yerləşir. Silsilə Mixail Lomonosovun şərəfinə adlandırılmışdır. Lomonosov silsiləsi demək olar ki, Şimal qütbündən keçir. Silsilə Yeni Sibir adalarından başlayaraq Kanada Arktik arxipelaqının tərkibinə daxil olan Elsmir adasına qədər uzanır. Onun uzunluğu 1800 km təşkil edir. Eni 60–200 km arasında dəyişir. Okean dibindən hündürlüyü 3300 – 3700 m arasında dəyişir. Səthə ən yaxın dərinliyi 954 metrdir. Silsilə 1948-ci ildə sovet alimləri tərəfindən aşkarlanmışdır.
Mənsubluğu haqqında mübahisə
2000-ci ildə Lomonoson silsiləsi insanların diqqətini cəlb etməyə başlayır. Səbəb isə artika ərazilərində sərhədlərin müəyyənləşdirilməsi olmuşdur. Rusiyaya aid materik şelf əraziləri 200 dəniz mili olaraq qiymətləndirilir. Lakin Rusiya bu fikiri qəbul etməyərək Mendeleyev silsiləsi ilə Lomonosov silsiləsi materik şelf ərazisi hesab edirdi[1]. Bu fikir isə BMT Komisiyası tərəfindən inkar edilirdi. Bu rusları qane etmirdi, bu səbəbdən onlar ekspedisiya təşkil etməyə qərar verdilər[2].
Rusiya kontinental şelf sərhədlərinin müəyyənləşdirilməsi üçün 10 may 2007 ildə ekspedisiya təşkil edir[3].
2004-ci ildə Danimarka Şimal Buzlu okean və Atlantik okeanın reylefini araşdırmaq üçün ekspedisiya təşkil edir. Hədəf isə Lomonosov silsiləsinin Qrenlandiyanın davamı olduğunu isbat etmək olmuşdur[4].
2007-ci il araşdırmaları silsilənin materik məşəlli oduğunu isbat etmişdir (ruslara görə)[5].
Payız 2010 ildə Kanadanın xariçi işlər naziri Con Bred 2013-ci ildə BMT Komisiyasına materik şelf zolağının genişlədirilməsi ilə əlaqədar müraciət edəcəyini bildirmişdir. Lomonosov silsiləsinin onun ölkəsinə mənsubluğunu bildirmişdir. O, Rusiyanın Arktikada mövcudluğunu böyük təhlükə hesab edirək bunla əlaqədar narahatlığını bildirmişdir[6]. Nazir ölkə üçün Artikanın vacib olduğunu bildirmiş və lazım gələrsə maraqlarımız naminə silaha əl atacağını bildirmişdir.
İstinadlar
- "Arxivlənmiş surət". 2020-12-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-12-30.
- Arktikanın bölüşdürülməsi Arxivləşdirilib 2021-05-06 at the Wayback Machine (ing.)
- «Исследователи готовы „добавить“ России северных владений» Arxivləşdirilib 2007-09-29 at the Wayback Machine, Морская коллегия при Правительстве РФ — Новости.
- Denmark hopes to claim North Pole Arxivləşdirilib 2021-03-09 at the Wayback Machine, BBC News, 5 October, 2004. (ing.)
- "«…очередной этап работ по обоснованию внешней границы континентального шельфа России в Северном Ледовитом океане»". 2012-08-05 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-12-30.
- «Kanada Rusiya ilə Arktika uğunda vuruşmaq istəyir Arxivləşdirilib 2022-04-01 at the Wayback Machine» — Dni.ru 14:33 / 26.08.2014
Mənbə
- (ing.) Şimal Buzlu okeanın dib reylefi xəritəsi
- (ing.) Текст Конвенции ООН по морскому праву (UNCLOS 1982)
- Lomonosov silsiləsi Arxivləşdirilib 2010-09-27 at the Wayback Machine, Rusiya xəbərləri, 19-26 aprel 2006.
- Палеогеновые отложения хребта Ломоносова