Lomonosov bağı
Lomonosov bağı[1] - Sankt-Peterburqun Nevski rayonundakı meydan.
Lomonosov bağı | |
---|---|
Məlumatlar | |
Yerləşməsi | Rusiya→Sankt-Peterburq |
Sahəsi | 2,76 ha |
Xəritədə yeri | |
Vikianbarda əlaqəli mediafayllar |
Lomonosov bağı plana görə düzbucaqlı formadadır: Matyuşenko zolağı, Babuşkina, Polyarnikov küçələri və Somov zolağı ilə məhdudlaşır.
Bağın yerləşdiyi ərazidə XX-ci əsrin əvvəllərində Transfiqurasiya qəbiristanlığı var idi. Yerli tarixçilər qəbiristanlığın mövcudluğunu İmperatorun Farfor zavodu ilə əlaqələndirirlər. Məzarlığın bir hissəsi Babuşkina küçəsində yerləşirdi,sonradan küçənin adı dəyişib Vinoqradovski meydanı oldu.
Lomonosov bağı ərazisində 21 dekabr 1970-ci ildə Nevsko-Vasileostrovskaya xətti üzrə Lomonosov metro stansiyası istifadəyə verilmişdi. Məzarlıq ərazisində ağacların məhv edilməsi və Makromir kompaniyasının kommersiya mərkəzinin tikilməsini nəzərdə tutması ilə məşhur oldu.2008-ci ilin aprelin sonu mayın əvvəli burada hasar tikdilər daha sonra ağacları kəsdilər. 2009-cu ilin yanvar ayının 28 də məlum oldu ki,tikinti ləğv edilib və hasar dağıdılacaq.[2]
27 yanvar 2015-ci ildə Lomonosov bağı ərazisində (Matyuşenko zolağı tərəfdən) Tanrının Transfiqurasiyasının müvəqqəti məbədi ibadətgahı qoyuldu. Lomonosovskaya metro stansiyasının foyesində tikinti zamanı dağıdılan Nevskaya Zastavanın arxasında,2006-cı ildə Müqəddəs Ruhun Enişi kilsəsinin yenidən qurulması ideyası yaranıb. 2009-cu ildə yenidən bərpa olan məbədin kilsəsi yaradıldı. 2012-ci ildə tarixi yerdə xatirə xaçı ucaldılıb. Məbəd ianələr əsasında tikilib,onun təqdimat mərasimi 19 avqust 2015-ci ildə baş tutub.[3]
İstinadlar
- Название согласно закону «О зеленых насаждениях общего пользования» Arxivləşdirilib 2013-10-19 at the Wayback Machine
- "Строительство торгового центра у «Ломоносовской» отменили" (rus). kanoner.com. 3-4-2019 tarixində arxivləşdirilib.
- ИА "Вода живая". "Храм Преображения Господня освящен у станции метро "Ломоносовская"" (rus). mitropolia.spb.ru. 23-02-2020 tarixində arxivləşdirilib.