Lobya fisincanı

Lobya fisincanıAzərbaycan mətbəxinə aid qəlyanaltı

Lazım olan ərzaqlar

  • Qırmızı lobya – 100 q
  • baş soğan – 30 q
  • ərinmiş yağ – 20 q
  • qoz ləpəsi – 30 q
  • sirkə – 20 q və ya nar şirəsi – 15 q
  • keşniş göyərtisi – 20 q
  • istiot
  • duz

Hazırlanma qaydası

Lobya bişirilir, qızardılmış baş soğan və qoz ləpəsi ilə ətçəkən maşından keçirilir. İstiot, duz, sirkə və ya nar şirəsi əlavə edilib qarışdırılır. Fisincanın üstünə göyərti səpilir və halqavarı doğranmış baş soğanla bəzənir.

Mənbə

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.