Livlər

Livlər və ya livoniyalılar (latış. līvi или lībieši, liv. līvlizt, q.rus либь) — Baltikyanı-fin xalqlarından biri.

Livlər

Tarixi

Özlərini livli, kalamiez ("balıqçı"), bəzən də pandalist ("sahil adamı") adlandırırlar. Ural dil ailəsinin fin qrupunun pribaltika-fin qoluna mənsub olan liv dilində danışırlar. Antropoloji cəhətdən ağ (avropa) irqin aqdəniz-balt tipinə aiddirlər. Xristian dininin lüterçilik təriqətinə mənsubdurlar. Latviya Respublikasının Talsin və Ventcpil rayonlarında yaşayırlar. Assimilyasiya olunub qurtarmaq üzrədir. 1989-cu il məlumatına görə sayları 150 nəfərə yaxın olmuşdur. Livlər XII əsr Rus salnamələrində və Latviyalı Henrixin xronikasında adları çəkilən lib tayfalarının nəsilləridir. Kurlandiya XIII əsrdə Livaniya ordeninin tərkibinə qatıldıqdan sonra livlər latışların əcdadları olan kurşalar və latqallarla qaynıyıb-qarışmağa başlamışlar. Livlərin əsas məşğuliyyətləri balıqçılıq, meşə arıçılığı və ovşuluq olmuşdur. Ənənəvi mənzilləri kərtmə ağac evlərdir. Qadınlar zolaqlı don və arxalıq, kişilər gödək şalvar və dik yaxalıqlı gödəkcə geyinirdilər.[1][2][3]

İstinadlar

  1. Ural xalqları, Bakı,1997, səh.18..
  2. Денисова Р,И. Антропологический тип ливов. В кн.-Балтийский этнографический сборник. Москва,1956.
  3. Народы мира. Москва,1988.
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.