Liviya Hava yolları reys 1103

Liviya Hava yolları reys 1103 (ing. Libyan Arab Airlines Flight 1103) — Liviya Hava yollarına məxsus Boeing 727–200 modelli təyyarə ilə gercəkləşdirilən Benqazi-Tripoli daxili xətt reysinin həyata keçirilməsi zamanı baş vermiş təyyarə qəzası. Qəzanın səbəbi kimi təyyarənin havada olduğu zaman Liviya Hava Qüvvələrinə məxsus MiQ-23 döyüş təyyarəsi ilə toqquşması göstərilir. MiQ-23-də olan iki pilot xilas olmağı bacarmışdır.

Liviya Hava yolları reys 1103
Liviya Hava yollarına məxsus Boeing 727 tipli təyyarə.
Liviya Hava yollarına məxsus Boeing 727 tipli təyyarə.
Ümumi məlumatlar
Tarix
  • 1992, 22 dekabr
Qəza növü MiQ-23 qırıcısı ilə havada toqquşma
Yer Tripoli, Liviya
Ölkə
Sərnişin sayı 147
Komanda 10
Yaralı sayı
  • 2
Ölü sayı 157
Təyyarə
Təyyarə modeli Boeing 727-200
Havayolu şirkəti Liviya Hava Yolları
Qalxma yeri Benqazi
Uçuş nömrəsi 1103

Arxa plan

Liviya Hava yollarına məxsus Boeing 727–200 modelli təyyarə ilə ölkənin ən böyük iki şəhəri arasında müntəzəm uçuşlar gercəkləşdirilməkdə idi. 1992-ci ilin 22 dekabr tarixində baş tutan Benqazi-Tripoli səfəri də bu uçuşlardan biri idi. Benqazi şəhərinin mərkəzi hava limanından havalanan təyyarə, uçuşun böyük bir qismini arxada qoyaraq Tripoli mərkəzi hava limanına doğru enişə keçməyə hazırlaşarkən 3.500 fit (1.067 m) hündürlükdə Liviya Hava Qüvvələrinə məxsus MiQ-23 qırısıcısı ilə toqquşmuşdur.

Qəza nətcisədinə MiQ-23-də olan iki pilot xilas olmağı bacarmış, Boeing 727–200 təyyarəsində olan 147 sərnişin və 10 heyət üzvünün hamısı həlak olmuşdur. Liviya Hava yolları reys 1103 ölkə daxilində baş vermiş ən faciəvi təyyarə qəzası hesab olunur. Dövlət rəsmilərinin verdiyi açıqlamalarda qəzanın günahkarı kimi MiQ-23-ün pilotları göstərilmiş və hər iki pilot həbs edilmişdir.

20 il sonra

Qəzadan 20 il sonra hadisə barədə bəzi yeni detallar ortaya çıxmağa başladı. Qəzanın təsadüfi olmadığı, keçmiş ölkə başçısı Muəmmər Qəddafinin nəzarəti altında gercəkləşdirildiyi fikiri ortaya atıldı. Təyyarə ilə toqquşduğu bildirilən MiQ-23 qırıcısının pilotu Abdel Məcid Təyyari hadisə günü Boeing 727–200 ilə aralarındakı məsafəni qoruduğunu və təyyarənin gözləri qarşısında partladıldığını bildirimişdir.

Muəmmər Qəddafi dövrünün diplomatlarından olan Əli Aujali Lokkerbi faciəsidən sonra ölkə üzərində yaranmış beynəlxalq təziqin azaldılması üçün sözügedən təyyarənin qəsdən partladıldığı bildirmişdir. London-Nyu-York reysi üzrə hərəkət edən təyyarənin partladılmasından sonra Muəmmər Qəddafiyə yaxınlığını ilə bilinən şəxslər əsas şübhəli kimi təqdim olunmuşdu.[1]

İstinadlar

  1. Olgiati, Christopher. "Libya: Muammar Gaddafi's secrets finally revealed". BBC News. 2 February 2014. 2 September 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2 February 2014.
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.