Livilla
Liviya Yuliya (lat. Livia Ivlia[1]), Klavdiya Liviya Yuliya (lat. Claudia Livia Ivlia), Livilla (lat. Livilla Liviyanın əzizlənmə, kiçildilmə forması) (e.ə. 13, Roma – 31, Roma) Neron Klavdi Druz və Gənc Antonianın qızı IV Roma imperatoru Klavdinin bacısi, Seyana qarşı sui-qəsdin iştirakçısı. Xatirənin lənətlənməsi damğası almışlardandır.
Livilla | |
---|---|
Klavdiya Liviya Yuliya | |
Doğum tarixi | |
Doğum yeri | Roma |
Vəfat tarixi | |
Vəfat yeri | Roma |
Vəfat səbəbi | edam (öyünə qəsd) |
Uşaqları |
1. Yuliya Druza 2. Tiberiy Gemell hər ikisi ikinci nikahdan |
Atası | Neron Klavdi Druz |
Anası | Gənc Antonia |
Vikianbarda əlaqəli mediafayllar |
Ailə həyatı
Birinci nikah
İlk dəfə e.ə. 2-ci ildə, 10 yaşında Avqust tərəfindən Aqrippin ölümündən dərhal sonra oğulluğa götürülmüş 17 yaşlı Qay Yuli Sezar Vipsaniana ərə verilmişdir. O zamanlar Qay Yuli Avqust səltənətinin inamlı xələfi sayılırdı. Nikah 6 il sürür. 4-cü ildə Qay Yuli vəfat edir. Livilla təzə-təzə həddi buluğa çatdığına görə ilk nikahdan evladı olmur. Liviya Germanikanın arvadı Yaşlı Aqrippina ilə yola getmirdi[2]. Həddindən gözəl olsa da bir qədər oğlan bənizliyi ilə seçilirdi[3].
İkinci nikah
Ərinin ölümündən sonra Livillanı ikinci dəfə yeganə xələf Gənc Druza – Tiberin oğluna ərə verirlər. Bir ildən sonra onların bir qızı sonradan Neron Druzun arvadı olan Yuliya Druza dünyaya gəlir. 19-cu ildə 14 ildən sonra Yuliya Tiber Gemella və Germanika Gemellanı dünyaya gətirir. Lakin Germanik doğumdan dərhal sonra tələf olur. 23-cü ildə Druz qəflətən vəfat edir və Livilla dul qalır.
Livilla və Seyan
17-18-ci ildə Tiber Romaya 30 koqort pretorian qvardiyası yeridir. Onun prefekti Lusiy Eliy Seyan get-gedə Romanın ən güclü və avtoritetli şəxsinə və imperatorun oğlu Druyun rəqibinə çevrilir. 20-ci ildə Seyan hakimiyyətə gedən yolda qarşısına çıxanları aradan götürməyə başlayır. Əvvəlcə Livillanı yoldan çıxardaraq öz tərəfinə çəkə bilir.
23-cü ildə Druz qəflətən vəfat edir. Uzun müddət naməlum qalan ölümün səbəbi Seyanın birinci arvadı Apikata tərəfindən yazılmış və qulları tərəfindən təsdiqlənən apokalipsisdə qeyd olunduğu kimi Livillanın Druzu zəhərləməsi olmuşdur.
Daimi Kapridə yaşayan Tiber faktiki Romada olmur. Seyan imperatordan sonra ikinci adama çevrilir. Yeganə onun səlahiyyətini məhddudlaşdıran imperatorun anası Liviya olduğundan vəziyyəti dəyişmək məqsədilə 25-ci ildə Livillaya evlənmək təklifini edir. İmperator onların birgə yaşamalarına baxmayaraq buna razılıq vermir.
31-ci ildə Tiber nəhayət Livilla ve Seyanın nişanlanmasına, həm də konsul təyin olunmasına izin verir. Elə həmin il Tiber gəlini Antoniadan Seyanın məkirli planını öyrənir. Senat qarşısında Seyanı ittiham edərək həbsinə qərar verir. 18 oktyabrda Seyan edam edilir. Livilla da imperator ailəsinə mənsub olmasına baxmayaraq ölümə məhkumluqdan canını qurtara bilmir. Bəzi mənbələrdə özü-özünü öldurməsi və ya edam edilməsi, digər bir mənbədə Tiberin onu dustaq kimi anası Antonianın yanına göndərmiş, oda onu kilidli otaqda saxladığından acından öldüyü göstərilir.
İstinadlar
- E. Groag, A. Stein, L. Petersen – e.a., (edd.), Prosopographia Imperii Romani saeculi I, II et III (PIR), Berlin, 1933 – L 303
- Tacitus, Annals, 2.43
- Tacitus, Annals, 4.3