Livanlılar
Livanlılar — Livan ərazisində yaşayan əhali, milli kimlik.
Lebanese people.JPG | |||||||||||||||||||||||||||
Ümumi sayı | |||||||||||||||||||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
8[1]-14[2] mln. nəf | |||||||||||||||||||||||||||
Yaşadığı ərazilər | |||||||||||||||||||||||||||
| |||||||||||||||||||||||||||
Dili | |||||||||||||||||||||||||||
Dini | |||||||||||||||||||||||||||
İslam | |||||||||||||||||||||||||||
Qohum xalqlar | |||||||||||||||||||||||||||
Yayılması və sayları
Livanlıların ümumi sayı 14-15 milyon nəfər təşkil edir. Livanın özündə isə onların ümumi sayı 3 971 941 nəfər təşkil edir. Bu isə ölkə əhalisinin 95 % bərabərdir. Digər xalqlar arasında fələstinlilər, kürdlər, ermənilər (4%), yunanlar, türklər və s. xalqlar nəzərdə tululur. Şəhərlərə görə əhali: Beyrut — 1,5 mln, Tərabülüs əş-Şam — 200 mi ., Zəhlə — 200 min., Sayda — 100 min., Sur— 70 min. İllik təbi artım 1,34 % təşkil edir. Hər min nəfərə 10,68 nəfər doğulduğu halda, hər 1000 nəfərə 6,32 nəfər həyatını itirir. Onların Cənubi Amerika, Şimali Amerika, Avropa, Afrika və Yaxın Şərq ölkələrində böyük diasporaları vardır. Dünyada ən böyük diasporaları Braziliyada yerləşir.
Formalaşmaları
Livanlılar semit xalqlarına daxildirlər. Onlsrın kökü Arameylər və Finikyalılara gedib çıxır. Ancaq onlar ərazilərini işğal etmiş semit və qeyri semit qrupuna daxil olan xalqlarla qarışmışlar. Onların genindı misirlilər, romalılar, farslar, yunanlar, ərəblər, assuriyalılar və xaçlı yürüşləri zamanı gəlmiş avropalıların qanı vardır.
İnanc
Müxtəlif konfesiyaya daxil olan xristianların sayı 40 % çatır (digər məlumata görə 30 %). Fransız mandatlığı dönəmində Şərqi Katolik kilsəsinə, xaldey katolik kilsəsi, maruni kilsəsi, melkit katolik kilsəsi, erməni katolik kilsəsi və süryani katolik kilsəsinə daxil olanları sayı əhalinin yarısına bərabər olmuşdur. Livan əhalisinin hazırda 40 % şiə müsəlmanlardır. Onlar əsasən ölkənin sərhəd zonalarında yaşayırlar. Əhalinin az bir hissəsini sünnilər və ismaililər təşkil edir.
Dil
Livanlıların böyük qismi ərəb dilinin livan dialektində danışır. Bununlabelə Kipr adasında yaşayan livanlılar kipr-ərəb dilində danışırlar. Müəyyən qismi isə fransız dili və ingilis dilində danışır.
Adət-ənənə
Digər ərəb ölkələrində olduğu kimi ailə şəklində yaşayırlar. Ancaq qərb təsiri açıq şəkildə təsir göstərmişdur. Bu əsasən şəhərlərdə özünü açıq adın büruzə verir. Dağlıq kəndlərdə isə əvvəlki yaşayış tərzi qorunmuşdur. Uzun zaman əsarətdə qalmaları, asimilyasiyaya məruz qalmaları sayəsində etik müxtəliflikdən irəli gələrək qarşılıqlı anlaşma meydana gəlmişdir[8].
- Yaşayış yeri.
Livanlıların böyük qismi şəhərlərdə yaşayır. Livanlıların ənənəvi evləri müxtəlifdir.
- Geyim.
Onlar müasir geyimlər geyinirlər. Qadınlar isə şəriətə uyğun şəkildə başlarını örtürlər. Livanlı dizaynerlər dümyada məşhurdular. Onlar Milan və Paris kimi moda mərkəzlərində çalışırlar.
- Təsərrüfat
Kənd təsərrüfatı ilə məşğul olanlar banan, potağal, limon, dağlıq ərazilərdə üzüm yetişdirilir. Üstəlik burada alma, armud, ərik, gilənar sahələri belə mövcuddur. Tərəvəzçilik və tütünçülük kimi sahələrdə inkişaf etdirilmişdirr. Ölkədə 1995-ci ildə 420 min baş keçi, 245 min baş qoyun, 79 min baş iri buynuzlu qaramal yetişdirilirdi.
Livan diasporası
Livanda yaşamayan livanlılar nəzərfə tutulur. Ən böyük duaspora Latın Amerikasında yaşayır. Təkcə Braziliyada 7 milyon livanlı yaşayır. Bu isə Livanın özündən iki dəfə çoxdur. Onların ilk dalğası 1860-cı ildə, ikinci dalğa Birinci Dünya müharibəsi dönəmində, üçüncü dalğa isə 1950-1960-ci illərdə Livan vətəndaş müharibəsi dönəmində ayaq basmışlar. Köç günümüzdə belə azda olsa davam edir. Latın Amerikada olan məşhur livanlılar: Karlos Slim (Meksikalı milyarder), Mişel Temer (Braziliyanın vitse-prezidenti), Salma Hayek (Meksikalı aktrisa), Şakira (Kolumbiyalı məşhur müğənni[9][10]).
Ədəbiyyat
- Fisk, Robert. Pity the Nation: The Abduction of Lebanon. New York: Nation Books, 2002.
- Firzli, Nicola Y. Al-Baath wa-Lubnân [Arabic only] («The Baath and Lebanon»). Beirut: Dar-al-Tali’a Books, 1973
- Hitti Philip K. History of Syria Including Lebanon and Palestine, Vol. 2 (2002) (ISBN 1-931956-61-8)
- Holst, Sanford. Phoenicians: Lebanon’s Epic Heritage. Los Angeles: Cambridge and Boston Press, 2005.
- Norton, Augustus R. Amal and the Shi’a: Struggle for the Soul of Lebanon. Austin and London: University of Texas Press, 1987.
- Riley-Smith, Jonathan. The Oxford Illustrated History of the Crusades. New York: Oxford University Press, 2001.
- Salibi, Kamal. A House of Many Mansions: The History of Lebanon Reconsidered. Berkeley: University of California Press, 1990.
Mənbə
- General People’s Committee (The Cabinet) Arxivləşdirilib 2008-11-23 at the Wayback Machine (ing.)
- russarabbc.ru Arxivləşdirilib 2016-03-06 at the Wayback Machine
İstinadlar
- "Bassil promises to ease citizenship for expatriates". 2018-09-02 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2016-11-19.
- "Country Profile: Lebanon". Foreign and Commonwealth Office. 3 April 2007.
- ":: Embaixada do Líbano no Brasil ::". Libano.org.br. 2014-11-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2011-07-04.
- "News :: Politics :: Sleiman meets Brazilian counterpart, Lebanese community". The Daily Star. 2011-03-03 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2011-07-04.
- "News :: Politics :: Sleiman meets Brazilian counterpart, Lebanese community". The Daily Star. 2012-02-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2011-07-04.
- "Brazil-Arab News Agency - Colombia awakens to the Arab world". .anba.com.br. 2012-02-29 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2011-07-04.
- The biggest enchilada Arxivləşdirilib 2008-12-05 at the Wayback Machine, Telegraph
- "Livanlıların adətləri". 2008-01-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-11-19.
- "Ən güçlü diaspora". 2016-12-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-11-19.
- "Ərəblərin Latın Ametikasında yerləşən diaspora". 2016-03-08 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2016-11-19.