Livan gürzəsi
Gürzə və ya Livan gürzəsi (lat. Macrovipera lebetina) — Nəhəng gürzə cinsinə aid ilan növü.
Livan gürzəsi | ||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||||
XƏTA: parent və rang parametrlərini doldurmaq lazımdır.
???: Livan gürzəsi |
||||||||||
Beynəlxalq elmi adı | ||||||||||
|
Görünüşü
Gürzələr fəsiləsinin ən iri nümayəndəsidir. Onun quyruğu ilə birlikdə uzunluğu 2 metr, çəkisi isə 3 kq təşkil edir. Başı olduqca iri və enlidir. Ağzı yuvarlaq, gözləri şaqulidir. Yuxarı hissəsi boz-qəhvəyi tondadır. Bəziləri vardır ki, bütünlüklə qara və qəhvəyi rəngdə olur.
Yayılması
Gürzə Şimal-Qərbi Afrika, Aralıq dənizi sahili ərazilər, qərbi, orta və cənubi Asiya ərzilərində yayılmışlar. İordan çayının qərb sahillərində, İsrail, İran, İraq, Türkiyə, Əfqanıstan, Azərbaycan, Dağıstan və nadir hallarda isə Qazaxıstan rast gəlinir. Azərbaycanda əsasən Abşeron yarımadasında rast gəlinir.
Həyat tərzi
Gürzələrə əsasən dağ çölləri, səhralar, yarımsəhralar, çay dərələrərində rast gəlinir. Pamirdə 2500 metr yüksəkliklədə, Türkmənistanda 2000 metrdə belə yaşaya bilir. Qışlamadan mart-aprelin əvvələrində qayıdır. Onların fəallığı üçün +10° lazımdır. Qışlamaya gedərkən qruplar halında 12 baş olmaqla birliklər təşkil edirlər. Gürzələr üzümlüklərdə belə görünürlər. Burada onlar insanlar ziyan vuran qarğaları ovlayırlar. Onlar yumurta qoymaqla çoxalırlar. Yumuta qoyma iyunun sonu, avqustun əvvəlırinə tsadüf edir. Gürzələr 8–25 olmaqla yumurta qoyur. Sentyabrda yumurtadan balalar çıxır. Onların uzunluğu 276 mm, çəkiləri 11 q təşkil edir. Zəfəri çox təhlükəlidir. Adamı öldürməyə yetərlidir. Əvvələr Zirədə ilan zəhərini toplayan müəsisə fəaliyyət göstərirdi.
Bölgü
Əvvələr gürzələr Əsl gürzələr cinsinə aid edilirdi. Hazırda isə Nəhəng gürzə aid edilir. Ümumilikdə 6 yarımnövü vardır:
- Macrovipera lebetina lebetina — Kipr adasında.
- Macrovipera lebetina cernovi
- Macrovipera lebetina obtusa — Cənubi Qafqaz gürzəsi[3] Dağıstan, Azərbaycan, Gürcüstan, Türkiyə, İran, İraq və Suriya
- Macrovipera lebetina peilei — Tam dəqiqləşdirilməmiş yarımnöv
- Macrovipera lebetina transmediterranea
- Macrovipera lebetina turanica — Orta Asiya gürzəsi — Qazaxıstan, Tacikistan, Pakistan və Əfqanıstan və Hindistan.
İstinadlar
- Integrated Taxonomic Information System (ing.). 2004.
- The Reptile Database (ing.). / P. Uetz 2015.
- Систематический список позвоночных животных в зоологических коллекциях на 01.01.2012 // Андреева Т. Ф., Вершинина Т. А., Горецкая М. Я., Карпов Н. В., Кузьмина Л. В., Остапенко В. А., Шевелёва В. П. Информационный сборник Евроазиатской региональной ассоциации зоопарков и аквариумов. Выпуск № 31. Том II. Межвед. сбор. науч. и науч.-метод. тр. / Под ред. В. В. Спицина. — М.: Московский зоопарк, 2012. — С. 299. — 570 с. ISBN 978-5-904012-37-3 PDF Arxivləşdirilib 2013-05-24 at the Wayback Machine