Liu Konq

Liu Konq Xan Çaonun üçüncü imperatoru idi. Qardaşını devirərək hakimiyyətə gəlmişdi.

Liu Konq Hsüanmen Çaovu
劉聰 玄門 昭武皇帝
ƏvvəlkiLiu He
SonrakıLiu Kan
Şəxsi məlumatlar
Doğum tarixi ?
Doğum yeri Şanhsi, Çin
Vəfat tarixi
Vəfat yeri
Fəaliyyəti hərbi qulluqçu
Atası Yuanxay
Anası Çanq Çuvu
Həyat yoldaşları Huyan Çuvu
Vuksiao
Liu E
Cin Yekan
Liu Yinq
digərləri
Uşağı Liu Konq#Ailəsi
Dini Tenqriçilik
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

İlk dövrü

Liu Konq əslində taxta çıxmaq istəmirdi və taxtı qardaşı Liu Aya təqdim etmişdi lakin Ay bundan imtina etdi. Hun ənənələrinə sadiq qalaraq Qiyan qəbiləsindən bir qızla evləndi. O Cin sülaləsi ilə mübarizəyə davam edirdi. Paytaxtı mühasirəyə çalışırdı. Onun orduları bütün döyüşlərdə asanlıqla qələbə çalsa da şəhərləri saxlaya bilmirdi. 311-ci ilin yazında Şi Le Cin sülaləsinin generalını məğlub etdi, onları mühasirəyə aldı və ordudakı şahzadəni diri-diri yandırdı. Paytaxt müdafiəsiz qalmışdı. Şi Le, Vanq Min və Lui Yao paytaxta girərək imperator Huayı əsir etdilər. Vanq Min imperatora paytaxtı yeni fəth edilmiş Loyanqa köçürmələrini təklif etsə də Liu Yao bununla razılaşmayaraq şəhəri yandırdı. 312-ci ildə imperator bir çox əyanını edam etsə də, onun generallarından olan Vanq Çanq bunun doğru olmadığını dedi, imperator əvvəl əsəbləşib onu edam etmək istəsə də, sonra xasiyyətini dəyişdi. Həmin il Hun generalları Liu Kanvə Liu Yao Taiyuan şəhərini işğal edərək Cin sülaləsi generalı Liu Kunun valideynlərini öldürdü. Bundan sonra Liu Kun artıq hunlara problem olmadı. 313-cü ildə Cin sülaləsindən olan Min özünü Çanqanda imperator elan edincə Xan Çao ordularının maraq nöqtəsi də dəyişdi.

Sonrakı dövrü

314-cü ildə Liu Kanı baş nazir postuna gətirən imperator qardaşı Liu Ayı ev həbsinə saldı. 315-ci ildə isə Şi Le şərq bölgələrinin qubernatoru elan olundu. Hakimiyyətlə birbaşa maraqlanmayan imperatorun hökumətin korrupsiya yayılmağa başladı. 316-cı ildə imperator Çanqanı fəth etmək qərarına gəldi. Liu Yao imperatoru həbs edərək Cin sülaləsinin qərb qolunun hakimiyyətinə son qoydu. Liu Yao buna görə qərb bölgələrinin qubernatoru elan olundu. Liu Kan bu arada əmisi Liu Ayı 15.000lik əsgərləri ilə birlikdə öldürərək həyatına son qoydu. 317-ci ildə Liu Kan vəliəhd oldu. 318-ci ildə sarayda yanğın baş verdi və bu yanğında ən kiçik oğullarından biri olan Liu Kanq da öldü. Bundan depressiyaya düşən imperator vəfat etdi və yerinə oğlu taxta çıxdı.

Ailəsi

Övladları:

  • Liu Kan (劉粲),imperator oldu
  • Liu Yi (劉易)
  • Liu Yi (劉翼)
  • Liu Li (劉悝)
  • Liu Fu (劉敷)
  • Liu Ji (劉驥)
  • Liu Luan (劉鸞
  • LIu Honq (劉鴻)
  • Liu Mai (劉勱)
  • Liu Kuan (劉權)
  • Liu Kao (劉操)
  • LIu Çi (劉持)
  • Liu Henq (劉恆)
  • Liu Çenq (劉逞)
  • Liu Lanq (劉朗)
  • Liu Qao (劉皋)
  • Liu Sü (劉旭)
  • Liu Cinq (劉京)
  • Liu Tan (劉坦)
  • Liu Huanq (劉晃)
  • Liu Kanq (劉康)
  • Liu Yue (劉約)
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.