Linux nüvəsi
Linux nüvəsi- Linux əməliyyat sistemləri ailəsinin istifadə etdiyi əməliyyat sistemi nüvəsidir.[4] Linux nüvəsi azad proqram təminatının ən məşhur və geniş yayılmış nümunələrindədir.[5]
Linux nüvəsi GNU General Public License ikinci versiyası (GPLv2) əsasında istifadəyə buraxılır.
Linux nüvəsinin ilk versiyası Finlandiyalı kompüter elmləri tələbəsi Linus Torvalds tərəfindən 1991-ci ildə yaradılmışdır. Tezliklə digər azad proqram təminatı proqramçılarının marağını özünə cəlb etmişdir. Hal-hazırda bütün dünyadan minlərlə proqramçı linux nüvəsinin inkişaf etdirilməsində fəaliyyət göstərirlər. Linux nüvəsi C və assembler dillərində yazılıb.
Linux nüvəsi | |
---|---|
Tipi | Pulsuz və açıq mənbə proqram təminatı, Nüvə, Layihə |
Müəllif | Linus Torvalds[1] |
Tərtibatçı | Linus Torvalds |
Proqramlaşdırma dili | C[2] |
Yayımlanma tarixi | 25 avqust 1991 |
Platforma | ARM[d], Itanium, PowerPC[d], x86, x86_64[d] |
Sonuncu versiya |
|
Sayt | kernel.org |
Vikianbarda əlaqəli mediafayllar |
Linuxun nüvəsi FAT və FAT32 də daxil olmaqla bir çox fayl sistemlərini dəstəkləyir. Linuxun öz fayl sistemləri (ext2 və ext3) disk yaddaşından optimal istifadə üçün hazırlanmışdır.
İstinadlar
- https://web.archive.org/web/20150315012537/http://www.linuxfoundation.org/about.
- The linux Open Source Project on Open Hub: Languages Page. 2006.
- Torvalds L. Linux 6.8. 2024.
- "README". git.kernel.org. İstifadə tarixi: 2010-11-12.
- Linus Torvalds. "Re: GPLv3 Position Statement". 2006-09-25. 2013-09-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2012-08-02.