Linneyin həvariləri

Linneyin həvariləri — böyük İsveç alimi Karl Linneyin dünyanın müxtəlif yerlərinə səyahətlər edən və bitkilərin toxumlarını, zooloji nümunələr yığan şagirdlərinə verilən addır. Bu səyahətlərin bəzilərinin planı Linneyin özü tərəfindən və ya onun iştirakıyla hazırlanmışdır.

Linney və onun şagirdləri

Yaxşı təşkilatçılıq bacarıqlarına və İsveç yüksək təbəqəsində geniş əlaqələrə sahib olan Karl Linney dünyanın müxtəlif hissələrində araşdırmaların aparılmasıyla bağlı olan müxtəlif layihələrin gerçəkləşdirilməsinə vəsaitin ayrılmasına nail olurdu. Sponsor qismində İsveç Ost-Hind şirkəti və kral ailəsi iştirak edirdi. Onun şagirdlərindən bir neçəsi Ost-Hind şirkətinin gəmilərində həkim və ya keşiş qismində ərqi Hindistana, Çinə yollanmışdılar.

O zamanlar səyahətlər təhlükəli keçirdi, belə ki həvarilərdən yeddisi, o cümlədən, Linneyin ilk şagirdi olan Kristofer Ternström də səyahətlərdə vəfat etmişdilər. Ternströmün ölümündən sonra onun dul qalmış həyat yoldaşı Linneyi onun uşaqlarını atasız qoymaqda günahlandırmağa başladı. Bundan sonra Linney səyahətlərə yalnız subay şagirdlərini göndərməyə başladı.

Səyahətlər zamanı həvarilərin yığdıqları kolleksiyalar Linneyə göndərilirdi. Smirnada vəfat etmiş Fredrik Hasselkvistin kolleksiyalarına borc səbəbindən həbs qoyulmuşdu. Onlar sonradan böyük çətinliklərlə İsveç kraliçası tərəfindən satın alındı. 

Xarici keçidlər

LINNAEUS' DISCIPLES AND APOSTLES

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.