Linkoln dənizi

Linkoln dəniziŞimal Buzlu okeanın akvatoriyasında yerləşir. Еlsmir adası və Qrenlandiya adaları sahillərində yerləşir. Qərbdə Kolumbiya burnu, şərqdə isə Moris Desup (Qrenlandiya) burnu yerləşir. Baffin dənizi ilə Nares boğazı vastəsilə birləşir. Narsen boğazı özü də bir necə boğaza bölünür: Robeson boğazı, Kennedi boğazı, Smit boğazı. Dəniz qütb səyyahı Adolfus Vaşinqton Qrili tərəfində qütbə 1881-1884 ci illərdə təşkil olunan ekspedisiya zamanı kəşf edilir. Dəniz 16-cı ABŞ prezidenti Avraam Linkolnın adı ilə deyil, onun oğlu hərbi nazir Robert Toddam Linkolnun adı ilə bağlıdır.

Linkoln dənizi
ing. Lincoln Sea
Ümumi məlumatlar
Tip Adalar arası
Orta dərinliyi 100-500 m
Yerləşməsi
83°36′49″ şm. e. 55°19′38″ q. u.
Ölkələr
Linkoln dənizi xəritədə
Linkoln dənizi
Linkoln dənizi
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Hidroqrafiyası

Sahilləri qayalıdır. Sahillərində çoxlu fiordlar vardır. Dərinliyi 100-500 arası dəyişir. Cərəyanlar əsasən şərqə doğru istiqamətlənir. İl boyu buzla örtülü olur. Burada buz parçaları dreyf edir. Buzların qalınlığı 15 metrə çatır.

Mənbə

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.