Lina Heydrix
Lina Heydrix (14 iyun 1911, Femarn[d], Şlezviq-Holşteyn – 14 avqust 1985, Femarn[d], Şlezviq-Holşteyn) ― Reyx Təhlükəsizliyinin Baş İdarəsinin rəhbəri və Nasist Almaniyasında mərkəzi fiqur olan Reynhard Heydrixin həyat yoldaşı. Kiçik alman aristokratının qızı (atası kənd məktəbində müəllim işləyirdi) olan Lina von Osten 1929-cu ildə Nasist Partiyasına qoşulmuş və 1930-cu ilin dekabrında Reynhard Heydrix ilə tanış olmuşdur.
Lina Heydrix | |
---|---|
alm. Lina Heydrich | |
Doğum tarixi | 14 iyun 1911 |
Doğum yeri | |
Vəfat tarixi | 14 avqust 1985 (74 yaşında) |
Vəfat yeri |
|
Həyat yoldaşları |
|
Uşağı | 4 (Heyder Heydrix daxil olmaqla) |
Fəaliyyəti | yazıçı |
Partiyası | |
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
Nasist partiyasına üzvlük
Linanın böyük qardaşı Hans Nasist Partiyasına qoşulmuşdu və nasist hərbi birləşməsi olan Hücum dəstələrinin (SA) üzvü idi. Lina onun təsiri ilə 1929-cu ildə Adolf Hitlerin danışdığı bir partiya mitinqində iştirak edir və qısa müddətdən sonra Nasional Sosialist Alman Fəhlə Partiyasına qoşulur. (Üzvlük bileti № 1 201 380)[1][2]
Lina 6 dekabr 1930-cu ildə, 19 yaşında Kildə avarçəkmə klubunun balında iştirak edir və orada o vaxt dəniz leytenantı olan Heydrixlə tanış olur. 18 dekabr 1930-cu ildə nişanlandıqlarını elan edən cütlük[3] 26 dekabr 1931-ci ildə evlənmişdir.[4]
Ailə
Cütlüyün Klaus (17 iyun 1933-cü il təvəllüdlü) və Heider (23 dekabr 1934-cü il təvəllüdlü) adlarında iki oğlu və Silke adlı qızı (9 aprel 1939-cu il təvəllüdlü) dünyaya gəlmişdir. Onların dördüncü övladı, Marte adlı qızları (23 iyul 1942-ci il təvəllüdlü) isə Reynhard Heydrixin ölümündən qısa müddət sonra anadan olub. Klaus 24 oktyabr 1943-cü ildə yol qəzası nəticəsində ölüb.[5]
Müharibədən sonra
Lina Heydrix müharibə bitdikdən sonra denazifikasiya prosesi zamanı olduğu mövqelərdən uzaqlaşdırılır. O, daha sonra 1956 və 1959-cu illərdə Qərbi Almaniya hökumətinə qarşı açdığı bir necə məhkəmə işi nəticəsində pensiya almaq hüququ qazanır. Onun həyat yoldaşı xidmət zamanı öldürülmüş alman polis generalı olduğu üçün o böyük pensiya almaq hüququna sahib idi, lakin hökumət daha əvvəl Heydrixin Holokostdakı roluna görə pensiyanı ödəməkdən imtina etmişdi.[6] Lina Heydrix Çexoslovakiyada qiyabi olaraq mühakimə olunaraq ömürlük həbs cəzasına məhkum edilsə də, bundan yayınmışdır.[7]
O 1965-ci ildə Finlandiyaya tətil səfərində olarkən fin teatr rejissoru Mauno Manninen ilə tanış olmuş və soyadını dəyişdirmək məqsədi ilə onunla evlənmişdir. Manninen 1969-cu ilin sentyabrında vəfat etmişdir.
1976-cı ildə Lina Heydrixin Leben mit einem Kriegsverbrecher (Müharibə Cinayətkarı ilə Həyat) adlı xatirə kitabı nəşr edilmişdir.[8] O 14 avqust 1985-ci ildə Fehmarnda 74 yaşında ölənə qədər birinci ərinin şöhrətini müdafiə etmişdir.[5]
Mənbə
İstinadlar
- Williams, 2001. səh. 22
- Klee, 2007. səh. 244
- Williams, 2001. səh. 21
- Calic, 1985. səh. 51
- Williams, 2003
- Gerwarth, 2011. səh. 290-291
- Nacisté Reinhard a Lina Heydrichovi – Jejich honosné sídlo v Panenských Břežanech obcházela smrt | Krvavá léta | Stream (çex), 2021-06-09 tarixində arxivləşdirilib, İstifadə tarixi: 2021-06-09
- Gerwarth, 2011. səh. 291
Ədəbiyyat
- Calic, Edouard. Reinhard Heydrich: The Chilling Story of the Man Who Masterminded the Nazi Death Camps (ingilis). New York: Morrow. 1985 [1982]. ISBN 978-0-688-00481-1.
- Deschner, Guenther. Heydrich: The Pursuit of Total Power (ingilis). Orbis. 1981. ISBN 978-0-85-613295-7.
- Gerwarth, Robert. Hitler's Hangman: The Life of Heydrich (ingilis). New Haven, CT: Yale University Press. 2011. ISBN 978-0-300-11575-8.
- Klee, Ernst. Das Kulturlexikon zum Dritten Reich. Wer war was vor und nach 1945 [The Cultural Excyclopedia of the Third Reich. Who was What before and after 1945] (alman). Frankfurt am Main: S. Fischer. 2007. ISBN 978-3-10-039326-5.
- Lehrer, Steven. Wannsee House and the Holocaust (ingilis). Jefferson, NC: McFarland. 2000. ISBN 978-0-7864-0792-7.
- McNab, Chris. The SS: 1923–1945 (ingilis). Amber Books. 2009. ISBN 978-1-906626-49-5.
- Williams, Max. Reinhard Heydrich: The Biography, Volume 1—Road To War (ingilis). Church Stretton: Ulric Publishing. 2001. ISBN 978-0-9537577-5-6.
Əlavə oxu
- Heydrich, Lina. Leben mit einem Kriegsverbrecher (alman). Ludwig Verlag. 1976. ISBN 3-7787-1025-7.