Limli (Şərqi Azərbaycan)
Limli (fars. خر) — Güney Azərbaycanın Muğan məntəqəsinin Xoruzlu mahalında yerləşən kənddir. İndiki durumda 20 ailədən ibarətdir. Limlinin qonşu kəndləri bunlardır: Quzeydən Tumar, Doğudan İdəli, Güney Doğudan Ocaq qışlaq, Güneydən Aşağı Sümüklü, Güney Batıdan Yuxarı Sümüklü və Pecnallı, Batıdan Dəmirçixarabası və Daşbulaq.
Limli | |
---|---|
38°37′36″ şm. e. 47°17′31″ ş. u. | |
Ölkə | |
|
Limli kəndində Cavanşir soyu daha çox yaşamışdır. Limlinin nüfusu keçən 50 ildə 100 oğuşdan (ailədən) ibarət olmuşdur. Ancaq şəhərlərə köç nəticəsində indi 20 ailədən ibarətdir.
Limliyə yaxın kəndlər bunlardır: Tıbılğa, Xəmmət, Təkbulaq, Kolankəndi, Balabəyli, Nəzərəlbulağı, Məstalbəyli, Qızqalası, Məscidli, Şahtəpəsi, İncilli, Onbirbəylər. Limli Biləsuvar və Germiyə yaxındır. Əhalisinin çoxu Parsabada, Ərdəbilə və Tehrana köçmüşdür. Limlidən Güntay Gəncalp (Cavanşir) adında bir yazıçı yetişmişdir. Qulamhüseyn Saidinin "Top" və Güntay Gəncalp (Cavanşir)in "Yağız qarışqalar" adlı əsərində bu kəndin adı keçər.
İstinadlar
- "Kəndin əhalisi". 2011-11-14 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2011-11-14.