Lilbalıq

Lilbalıq (lat. Tinca tinca) — lilbalıq cinsinə aid balıq növü. Çəkikimilər fəsiləsinə aid balıq növüdür.

Lilbalıq
Elmi təsnifat
Ranqsız:
Amorphea
Ranqsız:
Obazoa
Ranqsız:
Opisthokonta
Ranqsız:
Holozoa
Ranqsız:
Aləm:
Yarımaləm:
Klad:
ParaHoxozoa
Klad:
Nephrozoa
Tipüstü:
Klad:
Olfactores
Yarımtip:
Klad:
Eugnathostomata
Klad:
Teleostomi
Ranqsız:
Actinopteri
Yarımsinif:
Neopterygii
Dəstəüstü:
Ostariophysi
Ranqsız:
Otophysi
Ranqsız:
Cypriniphysae
Fəsiləüstü:
Cyprinoidea
Fəsilə:
Yarımfəsilə:
Tincinae
Cins:
Tinca
Növ:
Lilbalıq
Beynəlxalq elmi adı
Vikianbarın loqotipi
Şəkil
axtarışı
ITIS  163348
NCBI  27717
EOL  46581781

Morfoloji əlamətləri

D III–IV 8, A III 7, birinci qəlsəmə qövsündə 16–20 dişcik olur. Udlaq dişləri bir sırada yerləşir, adətən 4–5 və ya 5–4 olur. Lilbalığının bədəni pulcuqlarla və sıx seliklə örtülüdür. Pulcuqlar xırda olub, dəridə möhkəm yerləşmişdir. Yan xətt bədənin tam ortasında yerləşir. Orta hesabla hər sırada 100-ə yaxın pulcuq olur. Rəngi qidalanma şəraitindən asılıdır: yaşımtıl-gümüşü (qumsal şəffaf sularda) rəngdən bürünc çalarlı tünd-qonur (lil qruntlu su hövzələri) rəngə qədər olur. Kürək və anal üzgəcləri nisbətən kiçikdir. Kürək üzgəcində 4 çıxıntısız və 8–9 çıxıntılı sümük, anal üzgəcdə isə 3 çıxıntısız, 8–9 çıxıntılı sümük olur. Quyruq üzgəci çıxıntısız olur.

Yayılması

Daha çox Xəzərə tökülən böyük çaylarda və Volqa deltasının mənsəb hissələrində yayılmışdır. Volqa-Xəzər rayonunda daha çoxsaylıdır. Azərbaycanda Aşağı Kürün su hövzələrində, su anbarlarında (Hacıqabul, Sarısu gölləri, Kürətrafı axmaz və digər sular, Varvara və Mingəçevir), Dəvəçi limanında, Kiçik Qızılağac körfəzində yaşayır. Böyük Qızılağacda körpələr ancaq yay aylarında rast gəlinir.

Yaşayış yeri və həyat tərzi

Şirin su balığıdır. Kür çayı hövzəsində, Hacıqabul, Sarısu və Kür boyu Yevlaxa qədər olan su hövzələrdə yayılmışdır. Bundan başqa lil balığına Lənkəran yaxınlığındakı Olxov gölündə də çoxlu miqdarda təsadüf edilir. Dibi lilli və içərsində çoxlu su bitkiləri olan sularda yaşayır. Suda oksigen azlığına yaxşı davam gətirə bilir. Suyun dibində az hərəkət edərək yaşayır. Zəif hərəkətli olan bu balıq kiçik molyuskalar, xironomid sürfələri, digər cücü sürfələri ilə qidalanır.

Çoxalması

Azərbaycan sularında lil balığı cinsi yetkinliyə 3–4 yaşında çatır. Olxov gölündə yaşayan lil balığı kürüsünü mayın axırlarında tökməyə başlayır və iyunun axırlarında qurtarır. Kürülər üç hissədə yetişir. Tam yetişmiş kürünün diametri 0,88–1,06 mm olur. Lil balığının kürü tökmə şəraiti, çoxalması və qidalanması hələ yaxşı öyrənilməmişdir.

Təsərrüfat əhəmiyyəti

Lil balığının təsərrüfat əhəmiyyəti çox deyil.

Sinonimləri

  • Cyprinus tinca Linnaeus, 1758[2]
  • Cyprinus tinca auratus Bloch, 1782[2]
  • Cyprinus tincaauratus Bloch, 1782[2]
  • Cyprinus tincauratus Lacepède, 1803[2]
  • Cyprinus tincaurea Shaw, 1804[2]
  • Cyprinus zeelt Lacepède, 1803[2]
  • Tinca aurea Gmelin, 1788[2]
  • Tinca chrysitis Fitzinger, 1832[2]
  • Tinca communis Swainson, 1839[2]
  • Tinca italica Bonaparte, 1836[2]
  • Tinca limosa Koch, 1840[2]
  • Tinca linnei Malm, 1877[2]
  • Tinca vulgaris Fleming, 1828[2]
  • Tinca vulgaris (non Valenciennes, 1842)[2]
  • Tinca vulgaris cestellae Segre, 1904[2]
  • Tinca vulgaris maculata Costa, 1838[2]

İstinadlar

  1. Integrated Taxonomic Information System (ing.). 1996.
  2. "Təsnifatı və sinonimləri" (ingilis). BioLib. 2010-05-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2011-01-16.

Ədəbiyyat

  • Azərbaycanın heyvanlar aləmi. Onurğalılar, III cild. Bakı: Elm, 2004, s 100.
  • Abbasov H. S , Hacıyev R. V. İxtiologiya. Bakı,2007, s 243.
  • Əbdürrəhmanov Y. Ə. Azərbaycan faunası (Balıqlar), VII, cild, Bakı, Elm, 1966, 117 s.

Xarici keçidlər

Həmçinin bax

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.