Lil Uzi Vert

Symere Woods və ya səhnə adı ilə Lil Uzi Vert (31 iyul 1995[2], Filadelfiya, Pensilvaniya) — Amerikalı repçi, müğənnisöz yazıçısı. Filadelfiyada anadan olan[7] Lil Uzi ilk dəfə 2015-ci ildə Atlantic Recordsa məxsus olan DJ Dramanın da sahib olduğu Generation Now etiketi ilə yayımladığı mixtape albomu Luv Is Rage ilə tanındı[8]. 2016-cı ildə ilk single mahnısı "Money Longer" Billboard Hot 100 siyahısında 54-cü yeri tutur və bununla RIAAda 4x-Platinum mükafatını qazanır[9].

Lil Uzi Vert
ing. Symere Woods
Ümumi məlumatlar
Doğum adı Symere Bysil Woods[1]
Ləqəbi Lil Uzi Vert
Doğum tarixi 31 iyul 1995(1995-07-31)[2] (28 yaş)
Doğum yeri
Vətəndaşlığı
Musiqiçi məlumatları
Fəaliyyəti repçi, müğənni, mahnı müəllifi[d]
Fəaliyyət illəri 2010-cu ildən
Janrlar alternativ hip-hop[3], pank rep[d][4], rage rap[d][5][6][…], trep, hip-hop[d], pop rep[d]
Albom şirkətləri Atlantic Records
liluziofficial.com
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mahnı 2016-cı ildə Lil Uzinin növbəti albomu olan Lil Uzi Vert vs. the Worldda aparıcı rol oynayır. Alboma daxil olan digər mahnı "You Was Right" Hot 100-də 40-cı yerə sahib olur, albom isə Billboard 200-də 37-ci yeri tutur. 2016-cı ilin sonunda isə Migos qrupu ilə birgə yayımladıqları "Bad and Boujee" Billboardda 1-ci nömrə oldu[10]. 2017-ci idə yayımlanan və Billboard 200-də 1-ci yeri ələ keçirən Luv Is Rage 2 adlı ikinci studiya albomunda yer alan "XO Tour Lif3", "The Way Life Goes" və Sauce It Up" Uzinin hit mahnılarından bəziləri oldu[11]. 60-cı Grammy mükafatında Ən Yaxşı Rep İfasıƏn Yaxşı Yeni Sənətçi mükafatı’na namizəd göstərilən repçi[12], 2020-ci ildə sürpriz bir albom olaraq Eternal Atakei yayımladı.

Diskoqrafiya

Studiya albomları

  • Luv Is Rage 2 (2017)
  • Eternal Atake (2020)

EPləri

  • Purple Thoughtz EP Vol. 1 (2014)
  • 1017 vs. The World (2016) (Gucci Mane ilə)
  • Luv Is Rage 1.5 (2017)

Mixtapeləri

  • The Real Uzi (2014)
  • Luv Is Rage (2015)
  • Lil Uzi Vert vs. the World (2016)
  • The Perfect LUV Tape (2016)

İstinadlar

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.