Librevil
Librevil (fr. Libreville) — Qabonun paytaxtı (1960-dan) və ən böyük şəhəri. Şəhər Qvineya körfəzinın sahilində, Komo çayı üzərində yerləşir. Əhalisi 2005-ci ilin hesablamalarına görə 578 min nəfərdir.
Librevil | |||
---|---|---|---|
![]() | |||
|
|||
0°23′24″ şm. e. 9°27′15″ ş. u. | |||
Ölkə | |||
Tarixi və coğrafiyası | |||
Əsası qoyulub | 1849 | ||
Mərkəzin hündürlüyü | 13 m | ||
Əhalisi | |||
Əhalisi |
|
||
Digər | |||
libreville.ga | |||
| |||
![]() |
Tarixi
1839-cu ildə fransızların bura gəlməsindən çox əvvəl bu ərazidə mponqve qəbiləsi məskunlaşmışdı. 1846-cı ildə satış məqsədilə qul daşıyan Braziliyaya aid "L'Elizia" gəmisi Loanqo yaxınlığında fransız donanması tərəfindən ələ keçirildi. Qullar azad edildilər və 1848-ci ildə həmin qullar tərəfindən adı fransız dilindən tərcümədə "azad şəhər" mənasını verən Librevilin əsası qoyuldu. 1934-1946-cı illərdə şəhər Fransız Ekvatorial Qvineyasında əsas liman şəhəri rolunu oynayırdı və 1940-cı ildə İkinci dünya müharibəsi dövründə Şarl de Qollun tabeliyindəki Fransa Müqavimət Hərəkatının Vişi hökumətinə tabe qüvvələrə qarşı həyata keçirdiyi "Qabon əməliyyatı"nın əsas məqsədi bu şəhər üzərində hakimiyyəti ələ keçirmək idi.