Libido
Libido (lat. libido — ehtiras, nəfs, istək) — Ziqmund Freydin psixoanalizində anlayış. Seksual ehtirası və cinsi instinkti nəzərdə tutur. Bu termin seksuallığın müxtəlif təzahürlərini təsvir etmək üçün işlənir. Freyd libidonu Platonun Erosu ilə eyniləşdirirdi və onu "vurğunluq" sözünü əhatə edən hər şeyə: cinsi vurğunluq, özünə-vurğunluq (narsissizm), valideynlərə və uşaqlara vurğunluq, ümumi insansevərlik və sairəyə aid edirdi. "Libido" terminini Freyd psixi pozuntuların, nevrozun, və eləcə də normal insanın psixi inkişaf gedişini, onun elmi və bədii fəaliyətini, sublimasiyanı izah etmək üçün istifadə edirdi.[1]
Libido və Freydizm
Böyümə zamanı libido enerjisinin bədənin hansı hissəsində konsentrasiya olunması insanın inkişafını şərtləndirir. Psixoseksual inkişaf nəzəriyyəsində Freyd aşağıdakı mərhələləri qeyd etmişdir:
- oral mərhələ (doğuşdan 0–1.5 yaşa kimi) — ananın döşlərinin əmilməsi nəticəsində yaşanan həzz;
- anal mərhələ (1.5–3 yaş arası) — yoğun bağırsağın və ya sidik kisəsinin ekskretor fəaliyyəti nəticəsində yaşanan həzz;
- falistik mərhələ (3–6 yaş arası) — seksual xarakterli araşdırmalar, oğlanlarda Edip kompleksinin, qızlarda isə Elektra kompleksinin yaranması;
- latent mərhələ (6–12 yaş arası);
- genital mərhələ (12 yaşdan sonra). Freydin fikrincə, libidonun inkişafının pozulması nəticəsində, psixi pozuntular yaranır. Libido — həzz hissi doğuran bütün hərəkətlərin əsasını təşkil edir..
Yunqun nəzəriyyəsində Libido
Karl Qustav Yunq libidonu ümumilikdə insanın psixi enerjisi kimi, seksuallığı isə bu enerjinin ifadəsi formalarından biri hesab edir. Freyddən fərqli olaraq, Yunq libidonu Şərq enerji konsepsiyası hesab edilən Tsi və ya Prana bənzədirdi. Həmçinin libidonun kökünü primitiv millətlərin vanimistik təsəvvürlərində axtarırdı.
İstinadlar
- "Güc artırmaq yolları". 2020-09-27 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2020-09-15.