Li Van Klif

Li Van Klif (ing. Lee Van Cleef; 9 yanvar 1925[1][2][…]16 dekabr 1989[1][2][…], Oksnard[d], Kaliforniya) — məşhur ABŞ aktyoru. Aktyor çəkildiyi vestern filmlərində yaratdığı mənfi rolları ilə tanınır. Elə Yaxşı, pis, hirsli filmində Sentenza (Pis) rolunu ela ifa etmiş,hətta bütün zamanların ən yaxşı mənfi aktyoru sayılır.Mənfi rollar kimi müsbət rolların da öhdəsindən məharətlə gəlmişdir. Belə filmlərdən ən məşhuru “For a Few Dollars More” (Bir Qədər Dollar Daha Çox) filmidir ki, aktyor bu filmdə Polkovnik Duqlas Mortimer obrazını canlandırmışdır. 37 illik aktyorluq karyerasında 90 filmdə rol almışdır.

Li Van Klif
ing. Lee Van Cleef
Doğum tarixi 9 yanvar 1925(1925-01-09)[1][2][…]
Vəfat tarixi 16 dekabr 1989(1989-12-16)[1][2][…] (64 yaşında)
Vəfat yeri
Vəfat səbəbi ürək tutması
Dəfn yeri
  • Hollivud-Hillz qəbiristanlığı[d]
Vətəndaşlığı
Fəaliyyəti kino aktyoru, hərbi qulluqçu, televiziya aktyoru, aktyor
Fəaliyyət illəri 1952–1989
Boyu 188 sm
IMDb ID0001812
briansdriveintheater.com/…
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Həyatı

Van Klif Somerville,Nyu Cersidə anadan olmuşdur. Hər iki valideyni holland mənşəlidir. İkinci dünya müharibəsində iştirak etmiş, müharibədən sonra peşəsi - mühasibliyi atmış və aktyor olmuşdur. İlk filmi klassik "High Noon" filmidir. O, bu filmdə cani obrazını canlandırmışdır. 1959-1962-ci illərdə ABŞ-nin ABC kanalında yayımlanan "The Rifleman" serialında müxtəlif rollar almışdır.Daha sonra aktyor filmlərə, xüsusi olaraq da vestern filmlərinə dəvətlər alır. Beləliklə aktyor 1962-ci ildə Con Fordun "The Man Who Shot Liberty Valance" adlı filmində öz mənfi rolunu alır. Filmdə aktyordan başqa artıq kinoda öz sözlərini demiş Ceyms StüartCon Ueyn də çəkilmişdir. Van Klif elə həmin ili yenə də Con Fordun digər "How the West Was Won " adlı filmində rol alır.

1958-ci ildə Li Van Klif ağır avtomobil qəzasına düşür və bir müddətlik aktyor karyerasını dayandırmalı olur. 1962-1965-ci illərdə Hollivudda otellərin birində rəssam işləyir.Bu dövrdə içkiyə qurşanır və günlərin bir günü ona dünya şöhrəti gətirəcək adamla - Serco Leone ilə təsadüfən tanış olur.Bu təsadüfi görüşdən sonra Van Klif rejissorun "Dollar trilogiya"sının iki böyük filmində əsas rollar alır. Bu filmlər Yaxşı, pis, hirsli və “For a Few Dollars More” filmləridir.İllər sonra Con Karpenterin "Escape from New York" adlı filmində ikinci plan kişi rolunu ifa edir.

Ölümü

Li Van Klif

Aktyor ömrünün son illərində ürək xəstəliklərindən əziyyət çəkir. 1989-cu ildə dekabrın 16-sı gecə Oxnarddakı evində huşunu itirir. Gecə ilə St. John's Regional Medical Center adlı xəstəxanaya çatdırılsa da dünyasını dəyişir.

Los-Ancelesdə "Hollywood Hills"də dəfn edilmişdir. Qəbrinin üstündə "Lee Van Cleef Jan 9, 1925 - Dec 16, 1989 'Best of the Bad' Love and Light" yazılmışdır.

Filmoqrafiya

  • High Noon (1952)
  • Untamed Frontier (1952)
  • Kansas City Confidential (1952)
  • The Beast From 20,000 Fathoms (1953)
  • The Lawless Breed (1953)
  • The Bandits of Corsica (1953)
  • White Lightning (1953)
  • Arena (1953)
  • Vice Squad (1953)
  • From Here To Eternity (1953)
  • Jack Slade (1953)
  • The Nebraskan (1953)
  • Private Eyes (1953)
  • Tumbleweed (1953)
  • Gypsy Colt (1954)
  • Arrow in The Dust (1954)
  • Rails into Laramie (1954)
  • The Yellow Tomahawk (1954)
  • Princess of the Nile (1954)
  • The Desperado (1954)
  • Dawn at Socorro (1954)
  • Treasure of Ruby Hills (1955)
  • Ten Wanted Men (1955)
  • The Naked Street (1955)
  • Man Without A Star (1955)
  • I Cover the Underworld (1955)
  • The Road to Denver (1955)
  • A Man Alone (1955)
  • The Vanishing American (1955)
  • The Conqueror (1955)
  • The Big Combo (1955)
  • It Conquered the World (1956)
  • Tribute to a Bad Man (1956)
  • Pardners (1956)
  • Accused of Murder (1956)
  • The Lonely Man (1957)
  • The Tin Star (1957)
  • The Quiet Gun (1957)
  • Gunfight at the O.K. Corral (1957)
  • China Gate (1957)
  • The Badge of Marshal Brennan (1957)
  • The Last Stagecoach West (1957)
  • Joe Dakota (1957)
  • Gun Battle of Monterey (1957)
  • Raiders of Old California (1957)
  • Day of the Bad Man (1958)
  • The Bravados (1958)
  • The Young Lions (1958)
  • Machete (1958)
  • Wanted: Dead or Alive, "The Hostage" (1959)
  • Guns, Girls, and Gangsters (1959)
  • Ride Lonesome (1959)
  • The Rifleman, "The Deadly Wait"
  • Bonanza, "The Blood Line" (1960)
  • Mr. Lucky, "Dangerous Lady"
  • The Slowest Gun in the West (1960)
  • Posse from Hell (1961)
  • The Twilight Zone – "The Grave" (1961)
  • The Man Who Shot Liberty Valance (1962)
  • How the West Was Won (1962)
  • The Dakotas as Larry Jackson in "A Man Called Ragan" and as Slade Tucker in "Thunder in Pleasant Valley" (1963)
  • The Andy Griffith Show - "Banjo-Playing Deputy" (1965)
  • For a Few Dollars More (1965)
  • Yaxşı, pis, hirsli (1966)
  • The Big Gundown (1966)
  • Death Rides a Horse (1967)
  • Day of Anger (1967)
  • Beyond the Law (1968)
  • Commandos (1968)
  • Sabata (1969)
  • Barquero (1970)
  • El Condor (1970)
  • Captain Apache (1971)
  • Return of Sabata (1971)
  • The Grand Duel (aka Storm Rider, The Big Showdown) (1972)
  • Bad Man's River (1972)
  • The Magnificent Seven Ride! (1972)
  • Mean Frank and Crazy Tony (aka Escape From Death Row) (1973)
  • The Stranger and the Gunfighter (1974)
  • Escape From Death Row (1975)
  • Take a Hard Ride (1975)
  • God's Gun (1976)
  • Kid Vengeance (1977)
  • The Perfect Killer (1977)
  • Nowhere to Hide (1977)
  • The Rip-Off (1978)
  • The Hard Way (1979)
  • The Octagon (1980)
  • Escape from New York (1981)
  • Killing Machine (1983)
  • Codename: Wild Geese (1984)
  • The Master (1984)
  • Jungle Raiders (1985)
  • Armed Response (1986)
  • Der Commander (1988)
  • Speed Zone aka Cannonball Fever (1989)
  • Thieves of Fortune (1989)

İstinadlar

  1. Bibliothèque nationale de France BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
  2. Lee Van Cleef // filmportal.de. 2005.

Xarici keçidlər

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.