Li Sol Çju
Li Sol Çju (kor. 리설주; 28 sentyabr 1985, Çxoncin) — Şimali Koreya lideri Kim Çen Inın həyat yoldaşı. 25 iyul 2012-ci ildə onların qanuni münasibətləri haqqında KİV-ə məlumat verilib. Cütlük ictimaiyyət arasında bu tarixə bir neçə həftə qalmış görünməyə başlayıb.
Li Sol Çju | |
---|---|
kor. 리설주 | |
Şimali Koreyanın 4-cü Birinci Xanımı | |
Vəzifədədir | |
29 dekabr 2011-ci ildən | |
Əvvəlki | Ko Yon Xi |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 28 sentyabr 1985 (38 yaş) |
Doğum yeri | |
Partiya | Koreya Əmək Partiyası |
Təhsili | Kim İr Sen adına Universitet |
Fəaliyyəti | müğənni |
Həyat yoldaşı | Kim Çen In |
Uşağı | 3 övladı olduğu barədə məlumatlar var |
Dini | ateizm |
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
Li Sol Çju Pxenyanda yerləşən Kim İr Sen adına Universitetin məzunudur. Onun atası müəllim, anası isə həkimdir. Bəzi ehtimallara görə isə, o, hərbçi ailəsində dünyaya gəlib.[1]
O, İnçxon şəhərində keçirilən Yüngül atletika üzrə Asiya çempionatı zamanı Şimali Koreya nümayəndə heyətinə dəstək qrupunun tərkibində 2005-ci ildə Cənubi Koreyaya səfər edib.[2]
Kim Çen Inın onunla münasibətlərini 2009-cu ildə rəsmiləşdirdiyi güman edilir.[3][4] KİV-də yayılmış məlumatlara əsasən, Kim Çen İrin təkidindən sonra 2010-cu ilin payız-qış aylarında, yaxud 2011-ci ilin qışında onların övladı dünyaya gəlib.[5] Cütlüyün ikinci övladı 2012-ci ilin dekabrın sonunda anadan olub. Uşaq Çju E adını daşıyır. 2017-ci ildə Cənubi Koreya kəşfiyyatı Kim və Linin üçüncü övladının dünyaya gəlməsi barədə xəbərlər yayıb[6].
İctimai fəallığı
Kim Çen Inın həyat yoldaşı kimi ilk dəfə onun haqqında kütləvi informasiya vasitələri 25 iyul 2012-ci ildə məlumat yaymışdır. Lakin cütlük ictimaiyyət arasında bu tarixə bir neçə həftə qalmış görünməyə başlamışdı.[7][8] Daha sonra Li Sol Çju haqqında müntəzəm surətdə Koreya Əmək Partiyasının əsas mətbuat orqanı olan "Nodon sinmun" qəzetində onun müxtəlif rəsmi tədbirlərdə iştirakı barədə məlumatlar verilmişdir. Məqalələrdə cütlüyün toyundan bir il sonra onların birgə çəkilmiş fotoşəkilləri də yayımlanmışdır.[9][10]
Kim Çen Ina təsiri
Bir sıra müşahidəçilərin rəyinə əsasən, həyat yoldaşının təsiri altında Kim Çen In Şimali Koreya qadınlarının xarici görünüşü ilə bağlı bəzi məsələlərə göz yumdu: artıq ölkədə qadınların şalvarlı kostyum, cins, qara kolqotqa, platformalı və dikdaban tufli geyinmələrinə icazə verilir; həmçinin qadınların velosiped sürmələrinə qoyulmuş qadağa da aradan qalxıb.[11][12]
İstinadlar
- Publika. "Kim sülaləsinin qadınları" (az.). Publika.az. 10.05.2015. 2018-06-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-04-05.
- "(LEAD) N. Korean leader's wife visited S. Korea in 2005: spy agency". Yonhap News. 2012-07-26. 2013-04-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-03-18.
- "Ким Чен Ын женат, впервые объявило гостелевидение КНДР". 2017-03-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-03-18.
- "Ким Чен Ын плюс Ли Соль Чжу". 2015-04-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-03-18.
- "Ким Чен Ын на lenta.ru". 2017-03-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-03-18.
- "Keeping up with the Kims: North Korea's elusive first family". BBC News (ingilis). 2017-08-29. 2019-06-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-03-18.
- "North Korea leader Kim Jong-un married to Ri Sol-ju". BBC News. 2012-07-25. 2022-09-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-03-18.
- Choe, Sang-hun. "North Korean Leader Marries". The New York Times. 2012-07-25. 2014-10-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-03-18.
- 경애하는 김 정 은원수님을 모시고 릉라인민유원지 준공식 성대히 진행 (kor.)
- 경애하는 최고사령관 김 정 은원수님께서. 조선인민내무군 장병들과 함께 전승절경축 조선인민내무군협주단. 공연을 관람하시고 기념촬영을 하시였다 (kor.)
- "Корреспондент: Леди Ли. Как супруга лидера Северной Кореи крушит традиции своей нищей страны". 2016-11-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-03-18.
- "Женщинам в Северной Корее разрешили носить чёрные колготки". 2016-11-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-03-18.