Leyton Haus (Formula-1 komandası)

Leyton Haus (ing. Leyton House Racing) – Yaponiya komandası, 1990-1991-ci illərdə Formula 1-də iştirak etmişdir.

Tarixi

Leyton Haus daşınmaz əmlakın tikintisi və satışı ilə məşğul olub, restoran, maqazin, idman mərkəzlərinin sahibi idi. Şirkətə yaponiyalı Akira Akaqi rəhbərlik edirdi. 1986-cı il Formula 3000 yarış iştirakçısı olan komandalardan birinə dəstək oldu. March komandasında iştirak edən İvan Kapelli çempionluq titulu əldə etdi. Nəticə müsbət oldu və Akaqi komandanın Formula 1 yarışında iştirakı üçün komandaya müəyyən məbləğ ödədi.

İlk mövsümdə komandanı yalnız Kapelli təmsil edirdi. O Qran Pri Monakoda yalnız bir xal əldə etdi. Daha sonra komandaya Maurisio Qugelmin dəvət olundu. 1988-ci ildə iki sürücü "Formula-1" Konstruktorlar Kubokunda 6-cı yeri tutdu.

Növbəti ildə Qugelmin Rioda üçüncü yer ilə başladı. Lakin sonralar nəticə aşağı düşdü. Judd mühərriklərinin aşağı keyfiyyəti, 1979-cu il March komandasının yalnız bir dəfə finiş xəttini keçməsi ilə nəticələndi. Komandaya xərclənən yüksək miqdarda məbləğdən sonra bu nəticələr Akira Akaqini qane etmədi.

İvan Kapelli və Maurisio Qugelmin artıq March komandası yox, Leyton House Racing adı altında yarışlara çıxırdı. 1990-cı ildə Adrian Newey-in Uilyamsa getməsi komanda üçün böyük bir itki oldu. Onu Qustav Branner əvəz etdi. Beləliklə, ardıcıl olaraq bir neçə nəfər də komandanı tərk etdi. Bu komandanın oyununa mənfi təsir etdi. Leyton Haus Konstruktorlar kubokunda yalnız 7-ci yeri qazandı. Mühərriklə bağlı problemlərə görə Judd şirkəti Ilmor ilə əvəz edildi. Lakin bu problemlər davam etdi. Mövsümboyu komanda yalnız Macarıstanda 1 xal qazandı.

Maliyyə problemlərində adı çəkilən Akaqi həbs olundu. Qrup yenidən March adı altında fəaliyyət göstərdi. 1992-ci ildə komanda ən yaxşı nəticə olaraq 4-cü yeri tutdu.

Xarici keçidlər

Həmçinin bax

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.