Leyli Vəliyeva
Leyli Vəliyeva (tam adı: Leyli Fətulla qızı Vəliyeva; 17 iyul 1969, Zəngilan rayonu) — Azərbaycanın teatr və kino aktrisası, Azərbaycan Respublikasının əməkdar artisti (2002).
Leyli Vəliyeva | |
---|---|
Leyli Fətulla qızı Vəliyeva | |
Doğum tarixi | |
Doğum yeri | Seyidlər, Zəngilan rayonu, Azərbaycan SSR, SSRİ |
Milliyyəti | azərbaycanlı |
Vətəndaşlığı |
SSRİ→ Azərbaycan |
Həyat yoldaşı | Nofəl Vəliyev |
Fəaliyyəti | aktrisa |
Fəaliyyət illəri | 1994–indiyə kimi |
Mükafatları |
Həyatı
Leyli Vəliyeva 1969-cu ildə Azərbaycan Respublikası Zəngilan rayonunun Seyidlər kəndində doğulub. 1994-cü ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin "Dram və kino aktyorluğu" fakültəsini bitirib. 1991-ci ildən Bakı Kamera Teatrının, 2009-cu il oktyabr ayının 1-dən Azərbaycan Dövlət Gənc Tamaşaçılar teatrının aktrisasıdır. O, bir neçə bədii və telefilmlərdə çəkilmişdir. Respublika və Beynəlxalq Teatr Festivalları laureatıdır.
L.Vəliyeva 24 dekabr 2002-ci ildə "Əməkdar Artist" fəxri adına layiq görülmüşdür. 6 may 2016-cı ildə[1], 1 may 2017-ci ildə[2] və 6 may 2023-cü ildə[3] Prezident Mükafatına layiq görülmüşdür.
- Aktisa Güşvər Şərifovanın bacısıdır.
Əsas rolları
- Şölə, Ziba – ("Sərgüzəşti-vəziri-xani Lənkəran", M. F. Axundov)
- Zalxa – ("Hekayəti-xırsi-quldurbasan", M. F. Axundov)
- Xumar – ("Şeyx Sənan", H. Cavid)
- Nastenka – ("Ağ gecələr", F. Dostoyevski)
- Ranevskaya – ("Albalı bağı", A. P. Çexov)
- Dezdemona – ("Otello", V. Şekspir)
- Kleya – ("Ezop", Q. Fiqeyredo)
- Luiza – ("Məkr və məhəbbət", F. Şiller)
- Qedda – ("Qedda Qabler", H. İbsen)
- Fru Alvinq – ("Kabuslar", H.İbsen)
- Başeva – ("Mavi yuxular", Ş. Aleyxem)
- İokasta – ("Şah Edip", Sofokl)
- Zeynəb ("Məkkəyə gedən yol" C.Məmmədquluzadə)
- Nabat xala ("İfritin kələyi" Y.Şvarts)
- İnsan ("Axırıncı qatar, yaxud itlər" İ.Fəhmi, O Kazımi)
- Missis Mann ("Oliver Tvistin macəraları" Ç.Dikkens)
- Sabah müəllimə ("Mən səni sevirəm" Ə.Əmirli)
- Ledi Kapuletti — ("Romeo və Cülyetta" U.Şekspir)
- Şəhrəbanu,Şərəfnisə ("Müsyö Jordan və dərviş Məstəli şah" M.F.Axundzadə)
- Pəricahan xanım – ("Qaraca qız" S.S.Axundov)
- Knyaginya – ("İtalyansayağı xoşbəxtlik" D.Fo, p.Filippo)
- Nazlı – ("Danışan gəlincik" A.Şaiq)
- Yelizaveta, Kraliça - (“III Riçard”, U.Şekspir)
- Ana ördək - (“Çirkin ördək balası” H.X.Andersen)
- Mirandolina - mehmanxana sahibəsi - (“Mehmanxana sahibəsi” K.Qoldoni)
- Fərmanın anası - (“Xortdanın cəhənnəm məktubları” Ə.Haqverdiyev)
- Leylinin anası - (“Leyli və Məcnun”, M.Füzuli)
- Səriyyə - (“Ünvansız qatar”, Ə.Əmirli)
- Ana - (“Yarımçıq qalmış”, Y.Abramov, L.Bəyim)
- Matilda Fon Tsand - (“Dəlixanada qətl”, Fridrix Düremat)
- 2385 Ceyran Bayramova - “Kod adı V.X.A” (M.Ələkbərzadə)
Filmoqrafiya
- Biz qayıdacağıq (film, 2007) — Leyli
- Həyat varsa-Sevda
- Səndən sonra-Nəzakət
- 2 ömür (film, 2016-2017) (bədii serial) (rol: Mirvari)
- İkinci güllə (film, 2017)
- Lal yuxu (teleserial, 2017)
- Mən burdayam, İlahi!
İstinadlar
- "İncəsənət xadimlərinə Azərbaycan Respublikası Prezidentinin mükafatlarının verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı". 2017-07-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-05-06.
- President.Az. "İncəsənət xadimlərinə Azərbaycan Respublikası Prezidentinin mükafatlarının verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı" (az.). President.az. 01.05.2017. 2017-05-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-05-03.
- President.Az. "İncəsənət xadimlərinə Azərbaycan Respublikası Prezidentinin mükafatlarının verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı" (az.). President.az. 06.05.2023. 2023-06-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-05-08.