Leyla Yunus
Leyla Yunus (21 dekabr 1955, Bakı) — hüquq müdafiəçisi, Sülh və Demokratiya İnstitutunun rəhbəri, Milli Şuranın üzvü.
Leyla Yunus | |
---|---|
![]() | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 21 dekabr 1955 (68 yaş) |
Doğum yeri | |
Partiya |
|
Təhsili | |
Fəaliyyəti | insan hüquqları fəalı, siyasətçi, tarixçi |
Həyat yoldaşı | |
|
|
Təltifləri |
![]() |
![]() |
Həyatı
Leyla Yunus 21 dekabr[1] 1956-cı ildə Bakıda doğulub.[2]
Təhsili
Bakı Dövlət Universitetinin tarix fakültəsini bitirib, antik ədəbiyyatı üzrə ixtisaslaşıb[2].
İctimai-siyasi fəaliyyəti
1980-ci illərin sonunda Azərbaycanda başlayan demokratik hərəkatının fəal iştirakçısı olub. Azərbaycan Xalq Cəbhəsi Partiyası və Azərbaycan Sosial Demokrat Partiyasının yaradıcılarından biri sayılır[2].
1992–1993-cü illərdə Dağlıq Qarabağda hərbi əməliyyatlar gedərkən, Leyla Yunus Müdafiə Nazirliyində informasiya və təhlil mərkəzinə rəhbərlik edib[2].
Azərbaycanın ilk hüquq müdafiəçilərindən olan Leyla Yunus 1994-cü ildən bütün fəaliyyətini əsasən bu sahəyə yönəldərək siyasi məhbus problemi ilə məşğuldur[2].
Mükafatları və fəxri adları
İnsan hüquqları və demokratik azadlıqlar sahəsində fəaliyyətinə görə bir sıra beynəlxalq mükafatlara layiq görülüb, Fransanın "Şərəf Legionu Kavaleri" ordeniylə təltif edilib[2].
İstinadlar
- "ЮНУСОВА Лейла". 2017-12-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-11-23.
- "Leyla Yunus kimdir?". Azadlıq Radiosu (az.). azadliq.org. 29.04.2013. 2016-03-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-08-03.