Leyla Vəkilli
Leyla Vəkilli (tam adı; Leyla Həsanalısultan qızı Vəkilli; 1932, Paris – 26 noyabr 2017, Bodrum, Muğla ili) — Fransada yaşayan azərbaycan əsilli jurnalist, Fransada türk film festivallarının qurucusu.
Leyla Vəkilli | |
---|---|
Leyla Həsanalısultan qızı Vəkilli | |
| |
Doğum tarixi | |
Doğum yeri | Paris, Fransa |
Vəfat tarixi | (85 yaşında) |
Vəfat yeri | Bodrum, Muğla, Türkiyə |
Uşaqları | Dəniz (qızı), Çingiz (oğlu) |
Milliyyəti | azərbaycanlı |
Təhsili | Sarbona Universiteti |
Fəaliyyəti | jurnalist |
Həyatı
Leyla Vəkilli 21 fevral 1932-ci il tarixdə Parisdə doğulub. 26 noyabr 2017-ci il tarixdə Türkiyədə Bodrum, Muğla, Türkbükü bölgəsində dünyasını dəyişmişdir.[1] Atası Həsənalısultan bəy Vəkilov Şərur-Dərələyəz qəzasının Çivə kəndində anadan olub. İlk orta təhsilini İrəvanda gimnaziyada alıb, sonra Rusiyada Xarkov Dövlət Universitetinin hüquq fakultəsini bitirib. Bir müddət Tiflisdə yaşayıb. Tiflisdə Mariya adlı gürcü xanımla evli olub. 1920-ci ildə Qafqazda sovet rejimi qurulduqdan sonra Türkiyəyə mühacirət edib.
Türkiyəyə mühacirət edərkən Mariya xanım onunla getməkdən imtina edib. Türkiyədə Krım türklərindən olan Safiyə xanımla ailə qurub. Sonra Həsənalısultan bəy Vəkilov Fransanın paytaxtı Paris şəhərinə köçüb. 1932-ci ildə Leyla Həsanalısultan qızı Vəkilli Parisdə dünyaya gəlib. Sonra yenidən Türkiyəyə İstanbul şəhərinə köçüblər. Leyla Vəkkili 1952-ci ildə İstanbulda Fransız Liseyində təhsil alıb. Sarbona Universitetini sosialogiya fakültəsini bitirb. Sonradan Fransada jurnalist kimi fəaliyyətə başlayıb. Dünyada 184 ölkədə bürosu olan Sipa-Press Agentliyində çalışıb. Jurnalistlik fəaliyyəti ilə bağlı dünyanın bir çox ölkələrində olub. O, cümlədən Afrikaya, Latın Amerikasına, Fələstinə, Nikaraqua və Əlcəzairdə olub. Əlcəzairdə avtomobil qəzasında ağır yaralanıb. Əlcəzairdə Argentinalı marksist-inqilabçı və siyasətçi Ernesto Çe Gevara ilə 3 saatlıq görüşdə iştirak edib. 1962-ci ildə Fransada Nazim Hikmətlə görüşüb. Fransada Türk Film Festivalının qurucularından olub.
Fransada cap olunan DEFİ jurnalının baş redaktoru olub. 1996-cı ilədək Parisdə yaşayıb. Həmin il Türkiyəyə Bodurumun Muğla şəhərinin, Türkbükü bölgəsinə köçüb. 26 noyabr 2017-ci il tarixdə dünyasını dəyişib.[2][3]
Leyla Vəkilli məşhur Vəkilovlar nəsilindəndir. İqtisаdçı və dövlət хаdimi, iqtisаd еlmləri namizədi, dоsеnt İlyas Vəkilovun qardaşı qızıdır.[4]
Həmçinin bax
İstinadlar
- "Dünya şöhrətli azərbaycanlı jurnalistin doğum günüdü". 2022-02-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-02-23.
- "Bir Türkbükü tarihçesi". 2016-08-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-12-04.
- "Savaş Muhabiri Gazeteci Leyla Vekilli, Che ve Nazımlı günlerini anlattı". 2020-08-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-12-04.
- "Vəkilovların 3 fərqli sistemdə yaşayan məşhur üzvü". 2022-01-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-01-25.
Xarici keçidlər
- “İLK TAPDIĞIM VƏKİLOV HİNDİSTANDA YAŞAYIRDI”
- Her Story: Leyla Vəkilli
- Leyla Vəkilliyə həsr edilmiş tədbir keçirilib
- Çe Gevara ilə görüşən məşhur azərbaycanlı qadın - Foto
- Fransada türk filim festivalının qurucusu Leyla Vəkilliyə həsr edilmiş tədbir keçirilib
- Nikaragua Devrimini belgeleyen gazeteci Leyla Vekilli’yi kaybettik. Bakü Röportajı
- Leyla xanım Vəkilli: "Mən İstambulda böyüdüm..."