Leyla Abdullayeva

Leyla Yaşar qızı Abdullayeva (1981, Bakı) — Azərbaycan diplomatı, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Mətbuat Xidməti İdarəsinin rəisi (2018–2022), Azərbaycanın Fransadakı fövqəladə və səlahiyyətli səfiri (2022–h.h).

Leyla Abdullayeva
Azərbaycan Respublikasının Fransadakı fövqəladə və səlahiyyətli səfiri
Vəzifədədir
17 oktyabr 2022-ciildən
Prezidentİlham Əliyev
Vitse-prezidentMehriban Əliyeva
Baş nazirƏli Əsədov
ƏvvəlkiRəhman Mustafayev[1]
Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Mətbuat Xidməti İdarəsinin rəisi
4 oktyabr 2018 17 oktyabr 2022
Prezidentİlham Əliyev
Vitse-prezidentMehriban Əliyeva
Baş nazirƏli Əsədov
Novruz Məmmədov
ƏvvəlkiHikmət Hacıyev[2]
SonrakıAyxan Hacızadə[3]
Şəxsi məlumatlar
Doğum tarixi 1981
Doğum yeri
Təhsili
Fəaliyyəti siyasətçi, diplomat

Təltifləri "Diplomatik xidmətdə fərqlənməyə görə" medalı  — 2018
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Həyatı və karyerası

Leyla Abdullayeva 1981-ci ildə Bakıda anadan olub. Orta təhsilini Bakıda alıb və Bakı Dövlət Universitetinin Beynəlxalq hüquq və beynəlxalq münasibətlər fakültəsində beynəlxalq münasibətlər ixtisası üzrə bakalavr və magistr pillələrində təhsil alıb.[4]

2002-ci ildən Xarici İşlər Nazirliyində çalışır. Nazirlikdə çalışdığı müddətdə regional təhlükəsizlik, Azərbaycanın regional təşkilatlarda iştirakı, xüsusilə də bu təşkilatlarla siyasi və təhlükəsizlik sahəsində əməkdaşlıq münasibətlərinə məsul olub. Azərbaycan Respublikasının NATO yanındakı Nümayəndəliyində və Azərbaycan Respublikasının Belçika Krallığındakı Səfirliyi və Avropa İttifaqı yanında Nümayəndəliyində diplomatik fəaliyyət göstərib. XİN-də bundan öncə Azərbaycanın Beynəlxalq İnkişafa Yardım Agentliyində (AİDA) direktor müavini vəzifəsində çalışıb.[5]

Leyla Abdullayeva 9 iyul 2018-ci ildə "Diplomatik xidmətdə fərqlənməyə görə" medalı ilə təltif olunmuşdur.[6] 4 oktyabr 2018-ci il tarixindən 17 oktyabr 2022-ci il tarixinədək Xarici İşlər Nazirliyinin Mətbuat Xidməti İdarəsinin rəisi vəzifəsini icra edib.[7]

Prezident İlham Əliyevin 17 oktyabr 2022-ci il tarixli sərəncamına əsasən Azərbaycanın Fransadakı səfiri vəzifəsinə təyin edildi.[8]

Ailəsi

Leyla Abdullayeva Hüseyn Hüseynov ilə evlidir[9] və iki övladı var.[5] Həyat yoldaşı Hüseyn Hüseynov hazırda Azərbaycanın Bolqarıstandakı səfiridir.[9][10]

İstinadlar

  1. "R.S.Mustafayevin Azərbaycan Respublikasının Fransa Respublikasında, eyni zamanda Müqəddəs Taxt-Tacda və Monako Knyazlığında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılması haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı". president.az. 2022-10-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-10-18.
  2. Azərbaycan XİN-in Mətbuat xidmətinin rəhbəri vəzifəsini Hikmət Hacıyev icra edəcək
  3. "XİN-in mətbuat katibi vəzifəsi ona həvalə olundu – EKSKLÜZİV (FOTO)". modern.az. 2022-10-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-10-18.
  4. "XİN-in yeni xanım mətbuat katibi kimdir?. 1news.az". 2023-07-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-04-30.
  5. "XİN-də yüksək vəzifə verilən xanım kimdir? — Bioqrafiya. qafqazinfo.az". 2021-01-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-04-30.
  6. "Azərbaycan Respublikasının diplomatik xidmət orqanları əməkdaşlarının təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı". 2022-05-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-10-01.
  7. "Leyla Abdullayeva XİN-in mətbuat xidmətinin rəhbəri vəzifəsinə təyin edilib. trend.az". 2021-02-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-04-30.
  8. "L.Y.Abdullayevanın Azərbaycan Respublikasının Fransa Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı". president.az. 2022-10-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-10-17.
  9. "Leyla Abdullayeva Fransaya səfir göndərildi". qafqazinfo.az. 2022-10-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-10-17.
  10. "H.C.Hüseynovun Azərbaycan Respublikasının Bolqarıstan Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı". president.az. 2022-10-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-10-17.

Xarici keçidlər

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.