Leyla (şeir)

LeylaAzərbaycan SSR xalq şairi Səməd Vurğunun 1935-ci ildə yazdığı şeir.[1] Azərbaycanda, Qafqazda, həmçinin bütün Cənubi AvropadaÖn Asiyada ilk qadın təyyarəçi Leyla Məmmədbəyovaya həsr edilmiş əsər.[1]

Leyla
2009-cu ildə "Leyla" şeirinin həsr olunduğu Azərbaycanın ilk qadın təyyarəçisi Leyla Məmmədbəyovanın xatirəsinə buraxılmış poçt markası
2009-cu ildə "Leyla" şeirinin həsr olunduğu Azərbaycanın ilk qadın təyyarəçisi Leyla Məmmədbəyovanın xatirəsinə buraxılmış poçt markası
Janr şeir
Müəllif Səməd Vurğun
Orijinal dili Azərbaycan
Yazılma ili 1935
Nəşr ili 1935
Əvvəlki Xatirə
Sonrakı Qələm ustası

Tarixi

Səməd Vurğun "Leyla" şeirini Leyla Məmmədbəyova həsr etmişdir. Məmmədbəyova Azərbaycanın ilk peşəkar qadın təyyarəçisi olub. O, 1930-cu ildən Bakı aeroklubunun üzvü olub. Leyla Məmmədbəyova ilk uçuşunu 1931-ci ildə yerinə yetirmişdir. Təhsilini 1932-ci ildən Moskvada davam etdirən Məmmədbəyova 1933-cü il, martın 17-də Moskvanın Tuşino aerodromunda U-2 təyyarəsindən paraşüt ilə atlanaraq Sovet İttifaqının ikinci qadın paraşütçüsü olmuşdur (Nina Kamnevadan sonra). 1934-cü ildə Cənubi Qafqaz respublikaları arasında keçirilən paraşütçülər yarışında birinci yeri tutmuş və 1941-ci ilədək artıq aviasiya mayoru olmuşdu. Sonralar sənətini Bakı aeroklubunda müəllim kimi davam etdirmişdir.[2]

Leyla Məmmədbəyovanın bu uğuru diqqətdən kənar qalmamış, ona bir sıra şeir və kinofilm həsr olunmuşdur. Qadın təyyarəçiyə həsr edilmiş şeirlər sırasında ən uğurlusu Səməd Vurğunun 1935-ci ildə yazıdığı "Leyla" şeiridir.

Sənətşünas Qabib Babayevin fikrincə, Səməd Vurğun Leylanın ümumiləşdirilmiş obrazında Azərbaycan qadını simasını ucaltmış, onun “çətin keçmişini, sevincli bu gününü, gələcəyin üfüqlərini əks etdirmişdir:[1]

Bu ad şairlərə çoxdan tanışdır,
Bu adla çoxları tutulmuş dərdə...
Bəlkə deyiləcək söz qalmamışdır?
Doğdu Leylasını bizim günlər də...
Füzuli çataraq sıx qaşlarını,
Leylinin eşqinə saldı Məcnunu.
Axıtdı həsrətlə göz yaşlarını,
Bizə xəbər verir tarixlər bunu.
Sevişən iki qəlb, duyan iki qəlb
Döyünüb çırpındı daş qəfəslərdə...
Aşiqin dərdinə "eşq oldu səbəb",
Asıldı ortadan qara bir pərdə.[3]

1936-cı ildə Şadurun tərcümə etdiyi şeir “Literaturnı Donbass”da (№3,s.13-14), həmçinin “İzvestiya” qəzetinin 28 yanvar tarixli sayında Adelina Adalisin tərcüməsində dərc olunub.[4]

İstinadlar

  1. Бабаев, 1981
  2. Tahirqızı, Ü. Şərqin əfsanəvi xanımı: Leyla Məmmədbəyova: O, müharibə dövrü ərzində 4000 paraşütçü-desant hazırlamışdı: ["İsmət" filmində baş rolun ifaçısı, təyyarəçi qadın Leyla Məmmədbəyova haqqında] //Xalq cəbhəsi.- 2014.- 5 aprel.- S.15.
  3. "Səməd Vurğun. Seçilmiş əsərləri. Beş cilddə. I cild. Bakı, "Şərq-Qərb", 2005, 264 səh" (PDF). 2022-07-05 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2022-03-08.
  4. Бабаян А. М., Теймурова Н. М. Самед Вургун в русской печати: Библиография. Б.: Элм. 1976. 31.

Ədəbiyyat

  • Бабаев Г. Самед Вургун: Очерк творчества. — М.: Советский писатель, 1981. — 271 с.

Xarici keçidlər

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.